Baharın klassik dəbi - FOTO

Görəsən, doğurdanmı Diana Von Fyurstenberqin vizit kartı olan aşırmalı don yaranana qədər belə bir fason mövcud deyildi?

Hər gənc qız qayınanası ilə ilk tanışlığı ərəfəsində təlaş keçirir və nə geyinəcəyinə heç cür qərar verə bilmir. Qayınanalarla yollaşmaq onsuz da müşkül məsələdir. Üstəgəl, onun xoşuna gəlmək üçün düzgün paltarı seçmək vəziyyəti bir qədər ağırlaşdırır...

Amerikanın tanınmış dizayneri Diana Von Fyurstenberq vəziyyətdən çıxış yolu kimi aşırmalı donları məsləhət görür. Məncə, özünü qayınanasına sevdirmək istəyən hər gənc qız ilk tanışlıqda bu cür modellər seçsə, peşman olmaz. Bu donların 40 ildir ki, öz aktuallığını itirməməsi onların ən böyük üstünlüyüdür.

Amerikanın Kostyum İnstitutunun kuratoru Riçard Martin hesab edir ki, dizayner Fon Fyurstenberqin təklif etdiyi fasonlar amerikan idman üslublunun çoxillik ənənələrinin təcəssümüdür. Lakin onun bəzi işləri tamamilə fərqlənir. Məsələn, bədən quruluşunu vurğulayan, elastik parçalardan tikilən, bir qayda olaraq ətəyi dizə, qolları dirsəyə qədər uzanan aşırmalı donlar dizaynerə xas üslubdur.

Tanınmış dizayner Diana 30-40-ci illərin aşırmalı paltar dəbinə ikinci dəfə həyat verərək 70-ci illərdə yenidən gündəmə gətirir. Paltar dünyanın hər yerində satış rekordu qırır. Birinci il ərzində bu paltardan 1.5 milyon ədəd satılmışdı. Azadlığın və qadın gücünün rəmzinə çevrilmiş ən sadə geyim əşyası həmin onilliyin sonunda populyarlığının zirvəsinə qalxır.

Diana özü bəyan edib ki, "wrap dress" (wrap - ingiliscədən aşırma, dress - paltar deməkdir) – aşırmalı paltarlar sahibinin özünü azad və seksual hiss etməsinə imkan verirdi.

Diana Rusiya mətbuatına verdiyi müsahibəsində etiraf edib ki, öz məşhurluğunun ən pik zirvəsini 1976-cı ildə yaşayıb. Belə ki, həmin il o, "Newsweek" jurnalının üz qabığına çəkilmişdi.

O, "Həmin illərdə karyerama təzə başlamışdım, aşırmalı donun podiumlarda peyda olması ilə qəfildən super populyar oldum. Məni "Newsweek" jurnalında çəkilməyə dəvət etdilər. Hadisələr o qədər sürətlə cərəyan etdi ki, məşhurluqdan başım gicəllənirdi. Arzumu bir anda həyata keçirə bilmişdim" - deyib.

Əlbəttə, modelyerin kolleksiyalarında başqa paltarlar da var. Amma Diana da etiraf edir ki, bir neçə on ildir davam edən məşhurluğunu məhz bu ixtirasına borcludur.

Diana "wrap dress" - aşırmalı paltarı balerinaların geyimindən ilhamlanaraq yaratdığını bildirib:

"Balerinaların məşqinə çox diqqətlə baxırdım. Onların rəqs paltarları mənə ilham verdi".

Diana bu sadə, uzun qollu, qısa ətəkli çox açıq paltarları rahat, zərif və hər kəsin geyinə biləcəyi formaya salır. Paltarın aşırma hissəsi onun parçasından tikilən nazik kəmərlə bərkidilir.

"Diane Von Furstenberg" markası 40 illik yubiley münasibəti ilə "Journey Dress", yəni "Səyahət paltarları" xüsusi layihəsini həyata keçirib. Həmin layihədə həm məşhurlar, həm də müxtəlif ölkələrdən olan adi qızlar bu paltarın öz qarderoblarında mühüm yer tutduğundan və əhəmiyyətindən danışırıblar.

Dünyaca tanınmış model Koka Roşa bu layihədə danışan ilk iştirakçı idi. O, "Anam aşırmalı, iplə bağlanan paltarın pərəstişkarı idi. Aşırmalı paltarları mən də çox sevirəm. 15 yaşından etibarən qarderobumda qiymətləndirməyə başlamışam. Ən inanılmazı odur ki, bu paltarın ixtirasından 40 il keçsə də, hələ də dəbdədir" - demişdi.

Bundan başqa, 2009-cu ildə aşırmalı donların nümayiş olunduğu "Səyahət paltarları" adlı sərgi də açılıb. Ekspozisiyaya Andre Leon Telli nəzarət edirdi. Sərgi əvvəlcə Moskvada, sonra isə dünyanın digər şəhərlərində fəaliyyət göstərib.

Belə uzun populyarlığının sirri nədədir?

Fon Fyurstenberqin ixtirasını ulduzlar da, elit təbəqənin kübar xanımları da, həmçinin adi modapərəst qızlar da sevə-sevə geyinir. Dizayner hesab edir ki, bu paltarın uğurunun səbəbi ondan ibarətdir ki, o, əlverişli və rahatdır, eyni zamanda bədəni cazibədar göstərir. Bu paltarla həm işə, həm də gecə tədbirlərinə getmək olar. Hər iki halda məkana uyğunluq təşkil edir, ahəngdar görünür. Diana bir dəfə paltar haqqında "Bu elə paltardır ki, sevdiyiniz kişinin anası ilə görüşə gedərkən geyinsəniz, ilk baxışdan özünüz haqqında yaxşı təəssürat ötürmüş olarsınız" - söyləmişdi.

Materialı və rəsmləri sayəsində aşırmalı donlar öz aktuallığını itirməyərək mövsümdən mövsümə keçir. Aşırmalı donlar universal olduğu üçün onu ilin istənilən vaxtı geyinmək olar. Sadəcə, parçaları və fasonları mövsümdən asılı olaraq, dəyişilir. Üstəlik, paltarın konstruksiyası onu müxtəlif yaş qruplarından olan qadınların geyinməsinə imkan verir. Paltarın həm uzun, həm qısa, həm də midi versiyaları buraxılıb. Eyni geyim birrəngli və ya güllü parçalardan ibarət ola bilər. Aşırma texnikası kombinezonlarda, həmçinin köynəklərdə də tətbiq olunur.

Pencəklər bu fasonları mükəmməl şəkildə tamamlayır. Onlar həm yastıdaban baletkalarda, həm də dikdaban ayaqqabılarda eyni dərəcədə yaxşı görünürlər.

Yadda saxlamaq vacibdir ki, bu paltarla yüngül, tikişi bilinməyən alt paltarı geyinmək lazımdır.Yoxsa, budlar eybəcər görünəcək. Belə bir riskə gedərək paltarın gözəlliyinə kölgə salmaq lazım deyil. Sinə dekoltesi çox dərindirsə, altdan kontrast rəngli büsqalter və ya parça ilə oxşar nazik bretel geyinmək olar.

Baharın klassik dəbi - FOTOBaharın klassik dəbi - FOTOBaharın klassik dəbi - FOTOBaharın klassik dəbi - FOTOBaharın klassik dəbi - FOTOBaharın klassik dəbi - FOTOBaharın klassik dəbi - FOTOBaharın klassik dəbi - FOTOBaharın klassik dəbi - FOTOBaharın klassik dəbi - FOTOBaharın klassik dəbi - FOTOBaharın klassik dəbi - FOTOBaharın klassik dəbi - FOTOBaharın klassik dəbi - FOTOBaharın klassik dəbi - FOTOBaharın klassik dəbi - FOTOBaharın klassik dəbi - FOTOBaharın klassik dəbi - FOTOBaharın klassik dəbi - FOTOBaharın klassik dəbi - FOTOBaharın klassik dəbi - FOTOBaharın klassik dəbi - FOTOBaharın klassik dəbi - FOTOBaharın klassik dəbi - FOTOBaharın klassik dəbi - FOTOBaharın klassik dəbi - FOTOBaharın klassik dəbi - FOTOBaharın klassik dəbi - FOTO


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 8984   Tarix: 19 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Ən bahalısı 1200 manatdır" - Alıcı tapılmır

Təxminən Yeni İlin gəlməsinə günlər qalıb. Bayram simvollarının qiyməti isə getdikcə artıb. Bəs bahalaşma nə ilə bağlıdır?. xəbər verir ki, Yeni ili yeni yolka və oyuncaqlarla girmək istəyənlər də az deyil. Satıcıların sözlərinə görə, hər məhsulun öz alıcısı var:. "Ən bahalı yolka 1200 manatdır

07.12.2025 445
.

Dünyanın ən böyük qapalı buz meydançası yenidən açılacaq

Parisdəki "Grand Palais" sarayında dünyanın ən böyük qapalı buz meydançası yenidən açılacaq. xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb. Meydança genişmiqyaslı təmirdən sonra istifadəyə veriləcək. "Grand Palais des Glaces" dekabrın 14-də açılacaq. 2 700 kvadratmetrli

07.12.2025 252
.

Afrika pinqvinlərinin nəsli kəsilə bilər

Cənubi Afrika Respublikasının (CAR) sahil sularında balıq populyasiyasının kəskin azalması səbəbindən unikal pinqvin növü olan Afrika pinqvinlərinin nəsli sürətlə kəsilir. xəbər verir ki, bu barədə CAR-ın Meşəçilik, Balıqçılıq və Ətraf Mühit Nazirliyinin Böyük Britaniyadakı Ekseter Universiteti ilə birg

07.12.2025 237
.

Nə şama ehtiyac var, nə lampaya - 10 gün yanır - VİDEO

İşıqlar sönübsə, evdə də şam yoxdursa, effektiv, ancaq təhlükəli üsul var. bildirir ki, armudu stəkana biraz düyü töküb, üzərinə su, sonra da duru yağ əlavə edib, qulaq çöpü batıraraq yandırmaq mümkündür. Eksperimenti edən şəxsin iddiasına görə bu üsulla alov 10 günə qədər davam edə bilər. Qeyd edə

13.12.2025 486
.

Yarpaq dolmasının parlaq olması üçün nə etmək lazımdır?

Yarpaq dolmasının iştahaçan və parlaq görünməsi əsasən düzgün bişirmə üsulu və istifadə olunan inqrediyentlərlə bağlıdır. xəbər verir ki, yarpaq dolmasının parlaq olması üçün təzə və keyfiyyətli, xüsusilə sıxma zeytun yağı seçilməlidir. Dolmalar qazana düzüləndən sonra üzərinə az miqdarda zeytun yağ

12:50 142
.

Kirayə ev tapmaq üçün ən etibarlı üsullar

Kirayə ev tapmaq bəzən göründüyündən daha çətin prosesə çevrilə bilər, çünki bazarda çoxlu sayda elan və təklif mövcuddur. İnsanlar tez-tez münasib qiymət, yaxşı şərait və əlverişli məkan arasında balans qurmaqda çətinlik çəkirlər. Doğru qərar vermək üçün həm məlumatlı, həm də diqqətli olmaq vacibdir

12.12.2025 179
.

Məşhur türk serialında "Tərəkəmə" rəqsi - VİDEO

Məşhur türk serialı "Veliaht"ın 13-cü bölümündə "Tərəkəmə" musiqisi səsləndirilib. xəbər verir ki, görüntülər həm Türkiyənin, həm də Azərbaycanın sosial şəbəkələrində böyük maraqla qarşılanıb. Həmin görüntülər sosial mediada sürətlə paylaşılaraq geniş reaksiyalar doğurub. Qeyd edə

13.12.2025 173
.

Alimlər dünyada ilk dəfə "toxunula bilən" ekran yaratdılar

Kaliforniya Universitetinin (Santa-Barbara) alimləri təsviri göstərməklə yanaşı, ekranın səthində hiss olunan relyef formalaşdıra bilən eksperimental displey təqdim ediblər. Qaynarinfo xəbər verir ki, layihə haqqında məlumat "Science Robotics" jurnalında dərc olunub. Burada Yon Visselin rəhbərli

08.12.2025 373
.

Dekabrda dörd gün DƏFNƏ YARPAĞI YANDIRIN: Həyatınızın necə dəyişdiyini görün...

Dəfnə yarpağı uğur, sərvət və mənfilikdən qorunma ilə əlaqələndirilir. Dəfnə yarpağı sadəcə kulinariya ədviyyatından daha çox şeydir. BİG.AZ -a istinadla xəbər verir ki, qədim Yunanıstan və Romada dəfnə qaliblərə, şairlərə və hərbi liderlərə şərəf, müdriklik və mənəvi güc əlaməti olaraq tac qoymaq üçü

07.12.2025 596
.

TOP MP3