Əri Rusiyaya işləməyə gedən qadın 2 övladını öldürdü
Özbəkistanda məhkəmə Andican vilayətinin 24 yaşlı sakini olan qadın barəsində yekun hökm çıxarıb. O, iki azyaşlı qızını qətlə yetirməkdə təqsirli bilinib.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə İzbasqan rayonunun Urqanji məhəlləsində baş verib.
İş materiallarına əsasən, qadın Rusiyaya işləməyə gedən əri ilə tez-tez mübahisə edirmiş. Ölümcül nəticə ilə bitən münaqişə 13 aprel 2025-ci ildə videozəng zamanı baş verib.
Rusiya ərazisində olan ər məsafədən arvadının telefonuna qoşularaq zəng siyahısında başqa bir kişiyə aid nömrə aşkar edib və onu xəyanətdə ittiham edib. Mübahisə zamanı o, şübhələrini qohumlara açıqlayacağını və ailə həyatını davam etdirmək niyyətində olmadığını bildirib.
Məhkəmənin müəyyən etdiyinə görə, qadın ərinə mənəvi ağrı yaşatmaq məqsədilə yanında olan dörd yaşlı və bir yarım yaşlı qızlarına bıçaqla zərbələr endirib. Hər iki uşaq aldıqları xəsarətlərdən dünyasını dəyişib, bundan sonra qadın özünə də bıçaq xəsarətləri yetirib.
Məhkəmədə təqsirləndirilən qadın günahını etiraf etməyib, baş verənləri xatırlamadığını və qətl törətmədiyini iddia edib. Lakin onun cinayətdə iştirakı sübutlarla, o cümlədən ərinin ifadələri ilə təsdiqlənib.
Ər bildirib ki, cinayət zamanı evdə arvadı və uşaqlardan başqa heç kim olmayıb.
Aparılan psixoloji-psixiatrik ekspertiza da müəyyən edib ki, qadın cinayət zamanı affekt vəziyyətində olmayıb. İzbasqan Rayon Məhkəməsi onu ümumi rejimli cəzaçəkmə müəssisəsində 13 il müddətinə azadlıqdan məhrum edib və Andican Vilayət Məhkəməsi bu hökmü dəyişmədən qüvvədə saxlayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 791 Tarix: 14 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlen Simonyan vəzifəsini itirir?
Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu
12:10 107 Rusiyada məktəbli anasını elektron siqaretə görə öldürdü, cəsədi çamadanda gizlətdi
Noyabrın əvvəlində itkin düşən 38 yaşlı qadının meyiti park ərazisində çamadanın içərisində tapılıb. Qadının qətlində əsas şübhəli onun 14 yaşlı oğludur. -ya istinadən xəbər verir ki, təmizlikçi işləyən qadının meyiti Sankt-Peterburqun kənarındakı meşə-park ərazisində çamadanın içərisində aşkarlanıb
14:00 0 Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər
Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə
15:20 0 Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi
17:00 0 Fon der Lyayen: Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen anti-Rusiya sanksiyalarının 22-ci paketini anons edib. "Report" xəbər verir ki, o bu barədə Dublində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiyaya təzyiqlərin, xüsusən də əlavə sanksiyaları
15:30 0 XƏBƏRDARLIQ! Bu tarixlərdə hava KƏSKİN PİSLƏŞƏCƏK: Güclü külək, temperatur enəcək...
Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir. BİG.AZ xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün - noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürət
10:50 193 ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb
ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu
16:30 0 ABŞ-də "doğuş turizmi"nə qarşı tədbirlər: Minlərlə viza ləğv olundu
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti "doğuş turizmi" adlandırılan fəaliyyətdə iştirak edən və ya bu cür səfərlərin təşkilinə kömək göstərən xarici vətəndaşların 6 mindən artıq vizasını qüvvədən salıb. xəbər verir ki, bu barədə idarənin "X" sosial şəbəkəsindəki rəsmi hesabınd
18:00 0 İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini
12:30 99