İnternetdə pul qazanmağın yolları

İnternetdə pul qazanmağın yolları"İnternetdə onlayn pul qazanmaq" keçmişdə ikinci dərəcəli gəlir mənbəyi idi.

BiG.AZ saytı atvxeber.az saytına istinadən bildirir ki, ancaq hazırda bir çox ağıllı insanlar internetdə pul qazanmaq və böyük miqdarda pul əldə etmək üçün öz müntəzəm işlərinə son verməyə başlayıblar. İnternetdə pul qazanmağın əsas sirri - düzgün strategiya qurmaq və işləri düzgün qaydada görməkdir. Sizə lazım ola biləcək bacarıqlarınızı anlamaq və onları düzgün yerdə doğru şəkildə gerçəkləşdirməkdir. Biz İnternetdə pul qazanmağın ən çox yayılmış üsullarını bir siyahıda toplamışıq, ancaq bu ardıcıllığı xüsusi bir qayda ilə düzməmişik:

Bloqlar. Əgər sizin nə isə bir şeyə xüsusi maraqınız varsa, istər bu hobbi olsun, istərsə də hər-hansı bir məşğuliyyət - və əgər bu haqda nəsə söyləmək istəyirsinizsə, o zaman bloq özünüzün sonsuz düşüncələrinizi ifadə etməkçün səmərəli üsul ola bilər. Burda da İnternetdəki bir çox xidmətlər kimi aparıcı məqam reklam satışından ibarətdir. Şəxsi bloq açdıqdan sonra bir çox yazarlar Google AdSense kimi reklam xidmətlərinə abunə olurlar ki, həmin xidmətlər də sizin veb səhifələrin yuxarısında və kənarlarında tez-tez gördüyünüz tanış sponsor linklərini yerləşdirirlər. Sizin bloqunuzun oxucuları nə qədər çox sayda həmin reklam sahələrində düyməni sıxacaqlarsa, siz relam xidmətləri vasitəsilə o qədər çox pul qazanacaqsınız. Əgər siz təsadüfi, yeni başlamış bloggersinizsə, o zaman bu əla işləyir və siz bir qədər əlavə xərclik üçün pul qazanırsınız. Ancaq əgər sizin bloqunuz davamlı olaraq maraqlıdırsa, yaxşı yazılar yerləşdirilirsə və həqiqətən də oxucu sayı çoxdursa, o zaman bloqunuzun ətrafında qrafik reklam vasitəsilə azarkeş bazanızı cəlb etmək istəyən şikətlər özü sizinlə əlaqə yaradacaqlar. "Mən Çizburger ala bilərəmmi?" və "Boing Boing" kimi uğurlu bloqlardan bəziləri pop-mədəniyyət fenomeninə çevrildilər və onların yaradıcıları reklamçılardan qazandıqları pula görə özlərinin gündəlik işlərinə son verməyi və bütün vaxtı bloqda keçirməyi bacardılar.

Frilans. Frilans muzdlu şəkildə işləyən və uzun müddətli perspektivdə hər-hansı bir sahibkarın yanında çalışmağa can atmayan şəxsdir. Bu termin daha çox yazmaq biznesi ilə əlaqədar meydana çıxmışdır. Siz jurnal və qəzetlərə məqalələr təqdim edirsiniz və sözlərin sayına görə ödəniş alırsınız. Bugünkü gündə frilans sahəsində bir çox insan çalışır. Bunun ən əsas səbəbləri aşağıdakılardır:

Siz öz qrafikinizin rahatlığı əsasında işləyə bilərsiniz;

Siz evdən işləyə bilərsiniz;

Başınızın üzərində müdiriniz yoxdur.

İnternetdə asanlıqla onlayn frilans peşələri tapa biləcəyiniz digər sahələr: tərcümə, proqramlaşdırma, veb səhifələrin dizaynı, konsulsatiya və sairdir.

Müştərilərə Xidmət. Bir çox biznes sahələri öz məhsullarını müştəri xidmətləri şöbələri vasitəsilə dəstəkləyir. Bir çox hallarda bu o deməkdir ki, şirkətdə müştərilərdən gələn telefon zənglərinə cavab verən insanlar vardır. Daha çox sayda biznes müəssisələri həm də öz veb səhifələri və elektron poçt vasitəsilə müştəri xidmətlərini elektron şəkildə təklif edirlər. Veb səhifəsində müştəri xidmətlərinə canlı söhbət vasitəsilə satışlar və dəstək aid edilə bilər. Bundan istifadə etmək üçün, müştəri canlı şəxslə söhbəti tələb edən linkə tıklayır və müştəri xidməti üzrə nümayəndə sorğuya cavab verərək söhbət pəncərəsi vasitəsilə müştəri ilə danışır. Elektron poçt vasitəsilə müştəri xidməti üçün müştəri Veb səhifəsində formanı doldurur və yaxud müəyən bir ünvana birbaşa elektron məktub göndərir.

Canlı söhbət və elektron poçtun yalnız etibarlı internet bağlantısı və Veb brauzerə malik olmaqdan asılı olduğuna görə biznes müəssisələrinin çoxu bu xidmətlər üçün evdən fəaliyyət göstərən işçiləri işə götürməkdə maraqlıdırlar. Nəticədə, Talk2Rep kimi müştəri xidmətləri üzrə podratçı şirkətlər daxil olan və gedən telefon zənglərindən əlavə elektron poçt və canlı söhbət dəstəyini də əhatə edirlər. Bu xidmət üçün ödəniş dərəcələri minimal və ya komissiya haqlarına əsaslanan olduğundan, əgər sizin belə bir işə istedadınız vardırsa, onlayn müştəri xidmətlərinə getdikcə artan tələbat onu etibarlı gəlir mənbəyinə çevirir.

Onlayn sorğular. Onlayn sorğularda iştirak edə bilərsiz. Onlayn sorğular sizə çox pul qazandırmır, lakin həm də çox vaxtınızı aparmır və sizə nağd pul lazım olduğu zaman köməyə çatır. Daha geniş tövsiyə üçün Pulsuz Onlayn Sorğular vasitəsilə Necə Pul Qazanmaq haqqında oxuyun.

Fotoşəkillər Satmaq. İnternet ehtiyat fotoşəkillərə olan tələbin böyük sıçrayışla artmasına səbəb olub. Onlayn KİV-lərin inkişafı ilə media şirkətləri və satış məntəqələrinin sayı artdığından yüksək keyfiyyətli fotoşəkillərə həddən artıq ehtiyac yaranmışdır. Məsələn, Yuri Arkurs hər kəsin foto ehtiyaclarını ödəyə biləcək bir şəxsdir. Dünyanın ən çox fotoşəkil satan fotoqrafı kimi o, gündə 24 saat hər 8 saniyədən bir şəkil satır (BU isə hər il 4 milyondan artıq şəkildən çox edir). Arkurs sadəcə gördüyü iş üzrə ən yaxşı olmaqla hər il milyonlarla dollar pul qazanır. Dünyada bir çox böyük fotoqraflar vardır və baryer sadəcə kameraya sahib olmaq qədər aşağıdır, lakin Arkurs davamlı, yüksək keyfiyyətli və yaradıcı obrazlar üzrə internetdə onlayn nüfuz yaratmağı bacarıb. Əgər siz peşəkar fotoqrafsınızsa (yaxud hətta sadəcə bu işlə hobbi kimi məşğul olursunuzsa), siz öz şəkil ehtiyatınızı internetdə satmaq imkanı haqqında düşünməlisiniz.

Mobil telefonların sınaqçısı olmaq. iPhone modellərini sınaqdan keçirmək və səhvləri aşkar etmək üçün vaxtı və istəyi olan şəxslər öz səylərinə görə pul ilə mükafatlandırıla bilər. uTest belə saytlardan biridir. Bu sayta abunə olmuş şəxslər də indiyə qədər həyata keçirdikləri sınaqlar əsasında müəyyən reytinq qazana bilər. Daha yaxşı nüfuz daha səmərəli tətbiqetmə sınağı imkanlarına çıxışı artırır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3226   Tarix: 12 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avadanlıq icarəsi Xidmetler.AZ saytında

Xidmətlər saytı -da axtardığınız avadanlıqları icarəyə götürmək imkanınız var!. Eviniz və ya ofisiniz üçün avadanlıqlar icarəyə götürmək istəyirsiniz? Keyfiyyətli avadanlıq olsa, birdəfəlik satın almaq fikriniz var? Elədirsə, saytından faydalanın. Onlayn, pulsuz elanlar platforması olan -da məhz sizi

22.03.2026 2478
.

1.5 milyonluq uduş "buxarlandı" - Almaniyada inanılmaz hadisə

Bavariyada bir kişi lotereyada qazandığı 1.5 milyon avroluq uduşdan yanacaqdoldurma məntəqəsinin əməkdaşının hərəkətinə görə məhrum olub. xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Hadisə 2024-cü ilin aprelində Qrasbrunn qəsəbəsində baş verib. Yerli sakin "Spiel 77" lotereyasın

21.03.2026 366
.

Çayı belə dəmləyənlər HƏMİŞƏ TƏRİF EŞİDİRLƏR

Azərbaycanda çay sadəcə bir içki deyil, gündəlik həyatın ayrılmaz hissəsidir. Yeni araşdırmalar göstərir ki, çayın həm dadı, həm də faydası istifadə etdiyiniz dəmliyin materialından birbaşa asılıdır. xəbər verir ki, tayvanlı elm adamları saxsı, şüşə, paslanmaz polad, silika-gel və farfor (porselen) dəmliklər

29.03.2026 686
.

Sonuncu həmtəsisçi də Maskın süni intellekt startapını tərk etdi

Amerikalı sahibkar İlon Maskın yaratdığı "xAI" startapını sonuncu həmtəsisçi də tərk edib. "Business Insider"ə istinadən xəbər verir ki, şirkətdə prioritetlərin koordinasiyasına və ümumi fəaliyyətə nəzarət edən Ross Nordin vəzifəsindən ayrılıb. Məlumata görə, Nordin 2023-cü ildə "xAI"ni

29.03.2026 438
.

Bir porsiya belə təhlükəlidir: Ultra emal olunmuş qidalar barədə xəbərdarlıq

Çipslər, şəkərli içkilər və hazır yeməklər də daxil olmaqla ultra emal olunmuş qidaların tez-tez istehlakı infarkt, insult və ürək-damar xəstəliklərindən ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Bu qidaların daha çox istehlakı isə riski 67% yüksəldir. xəbər verir ki, bu barədə "Science Daily"

21.03.2026 311
.

Turlar.AZ - Ucuz turlar, tur paketlər

Turizm elanları saytı ilin istənilən fəslində səyahət həvəskarlarını sevindirir!. Əksər insanlar çox vaxt, xüsusən də yay vaxtı gedə biləcəkləri maraqlı yer axtarışına çıxırlar. Məkanı müəyyənləşdirdikdən sonra isə ora necə getməyi, hansı yolla biletlərin daha ucuz başa gəlməsini araşdırırlar. Səyahə

29.03.2026 209
.

Hamının sevərək yediyi balıq ZƏRƏRLİ İMİŞ

Tuna balığı sağlamlıq üçün ən zərərli balıq növlərindən biri hesab olunur. BİG.AZ -a istinadən xəbər verir ki, bunu rusiyalı terapevt və dietoloq Marqarita Korolyova deyib. Mütəxəssis bildirib ki, qida üçün istifadə olunan tuna balığı əti adətən yaşlı və iri balığa məxsus olur. O, uzun illər ərzind

22.03.2026 785
.

Hökumət planı təsdiqləndi: bu ölkədə 20 mindən çox ayı tutulacaq

Yaponiya hökuməti ayıların vurduğu ziyanın azaldılması üçün 2030-cu ilə qədər olan mübarizə planını təsdiqləyib. "Okinawa Times" nəşrinin məlumatına görə, heyvanların sayını azaltmaq məqsədilə tutulacaq ayıların sayı və hədəf göstəricilər müəyyən edilib. Tohoku regionunda 3 800, Çubu bölgəsind

29.03.2026 258
.

İnsan ömründə neçə dəfə EŞQƏ DÜŞÜR?

Məşhur romantik filmlər - məsələn, "The Notebook" və "Titanic" tamaşaçılara sevginin yalnız bir dəfə yaşandığını təlqin edir. Lakin yeni elmi araşdırma reallığın fərqli olduğunu göstərir. ABŞ-dakı Kinsey Institute alimlərinin araşdırmasına əsasən, insanların əksəriyyəti həyatlar

22.03.2026 403
.

TOP MP3