Toylarda müğənnilərə elə hörmətsizlik edirlər ki... - MÜSAHİBƏ

Toylarda müğənnilərə elə hörmətsizlik edirlər ki... - MÜSAHİBƏMüğənni İlhamə Qasımova müsahibə verib.

BiG.AZ saytı axsam.az saytına istinadən, həmin müsahibəni təqdim edir:

- İlhamə xanım, uzun müddətdi ki, gündəmə deyildiniz. Bu zaman kəsiyində nə ilə məşğul olurdunuz? Konkret desək, haralarda idiniz?

- Siz bilirsiniz ki, mən dünya səviyyəli bir mahnı şirkəti ilə üç illik müqavilə imzalamışdım. Həmin müqavilənin şərtlərinə əsasən, qonorar müqabilində heç bir tədbirdə, toyda, şou-proqramda və s. çıxış edə bilməzdim. Ona görə də gözdən uzaq düşmüşdüm. İşlərimlə əlaqədar olaraq tez-tez Almaniyaya gedib-gəlirdim.

- Üç il az zaman deyil. Bunu sizin karyeranıza "itirilmiş vaxt" kimi yazmaq olar?

- Əslində, bura baxımından itirilmiş zamandır. Amma bu üç il ərzində əldə etdiklərim də az olmadı. Ən azından, tarixə düşəcək üç klip çəkdirdim. Yüksək səviyyəli mahnılar yazdırdım. Bütün bunları mənim aktivimə yazmaq olar. Geriyə dönüb baxanda, az da olsa, nəsə etdiyimi görüb özümlə qürur duyuram.

- Artıq bir müddətdir ki, Bakıdasınız. Üç il müddətində şou-biznesimizdə çox dəyişikliklər, yeniliklər oldu. Gedən getdi, qalan qaldı. Hətta soyunmaqla gündəmə gələn, tam əksinə - səsi olduğu təqdirdə pulu olmadığı üçün gündəmdən düşənlər də az olmadı. Şou-biznesdəki hal-hazırkı vəziyyətə alışa bilmisiniz?

- Razıyam, dəyişikliklər var. Kim soyunub, kim gedib, kim gəlib və s. - bu barədə fikir bildirə bilmərəm (gülür). Amma öyrəşməyə cəhd edirəm.

- Bəs toylara necə, əvvəlki kimi dəvət alırsınız?

- Sözün düzü, bizdə "toy bazar"ı bir az fərqlidir. Xalqın damarını tutmaq lazımdır. Buna görə də özümə yeni repertuar hazırlamağım mütləqdir. Amma buna baxmayaraq, tədbirlərə, məclislərə dəvət alıram. Bir də onu vurğulamaq istəyirəm ki, toylarımızın çoxunda çıxış edən müğənnilərə qarşı münasibət birmənalı olmur. Bir də görürsən, elə hörmətsizlik edirlər ki, adam özünə ümumiyyətlə toylarda oxumağı qadağan etmək istəyir. Hətta elə olub ki, mikrofonu qoyub məclisi yarımçıq tərk etmişəm. Maraqlı burasıdır ki, bu halların çoxu məhz "pulsuz" toylarda baş verir. Kiməsə görə hörmət edib gedirsən, hörmətsizlik görürsən. Ona görə də bundan sonra "pulsuz" toylara getməyəcəyimə dair özümə söz vermişəm.

- Avropa şou-biznesi ilə bizimki arasında hansı fərqləri sezə bildiniz?

- Avropada müğənniyə, mahnıya yanaşma tərzi tamam başqa cürdür. Onlar hər bir şeyə dəqiqliklə diqqət və önəm verirlər. Ona görə də musiqi sahəsindəki bütün işləri keyfiyyət və səviyyə baxımından yüksək olur.

- Deyəsən, siz də o ab-havaya düşmüşdünüz. Almaniyada çəkdirdiyiniz bir klipdə açıq-saçıq sayıla biləcək geyimdən istifadə etmişdiniz...

- Bizim mentalitet baxımından açıq-saçıq sayıla bilər. Ancaq orada avropalılar mənə gülürdülər. Sizin nəzərdə tutduğunuz geyimə onlar qapalı kimi baxırdılar. Yaxşı ki, həmin ərəfədə bir az kilo almışdım. Şirkət rəhbərləri ona görə mənim daha da açıq geyimdən istifadə etməyimə icazə vermədilər. Tam formada olsa idim, daha da açıq-saçıq geyinməyimi tələb edəcəkdilər.

- Gəlin razılaşaq ki, siz Almaniyaya getməmişdən əvvəl də istər səhnədə, istərsə də gündəlik geyindiyiniz qısa ətəklərlə diqqət mərkəzinə düşən müğənnilərdən idiniz. İndi də elə geyinirsiniz?

- Düzdür, mən həmişə qısa ətəklərdən istifadə etmişəm, indi də edirəm. Bədən quruluşumun buna imkan verdiyi qənaətindəyəm. Amma maraqlıdır ki, mən heç vaxt nəzər dairəsinə düşməmişəm. Heç kimin mənə pis nəzərlə baxdığını hiss eləməmişəm.

- Ola bilər ki, siz hiss eləməmisiniz. Amma baxanlar olub. Cazibədarlığınızdan ağızdolusu danışanlar da az olmayıb...

- Olubsa, lap yaxşı (gülür). Bir qadın üçün baxımlı olmaq və gözəl görünmək başlıca amildir.

- Ümumiyyətlə, sizin fikrinizcə, qadın kim üçün bəzənməlidir?

- Bu suala subyektiv olaraq cavab vermək istəyirəm. Əgər mən mütəmadi olaraq səhnəyə çıxan bir müğənniyəmsə, hamı üçün bəzənməliyəm.

- Siz "Yeni ulduz" mahnı müsabiqəsindən sonra ailə qurdunuz, səhv eləmirəmsə. Artıq neçə ildir ki, ailəli olmağınıza baxmayaraq, hələ də çoxları sizi subay bilirlər. Övladınız yoxdur?

- Bəli, beş ildən çoxdur ki, ailəliyəm, ancaq övladım yoxdur.

- Bir zamanlar "İlhaməyə də "Gelandewagen" aldılar" kimi söz-söhbətlər yayılmışdı. Ümumiyyətlə, siz "Yeni ulduz"dan çıxandan sonra sponsorlardan təkliflər aldınızmı?

- Əvvəla, onu deyim ki, avtomobili mənə həyat yoldaşım alıb. O ki qaldı sponsor məsələsinə, etiraf edim ki, təkliflər çox olub. Amma bütün təkliflərin arxasında şəxsi maraqlar dayandığı üçün hamısından birmənalı şəkildə imtina etmişəm.

- Sizinlə eyni yarışda iştirak edən iştirakçıların çox az bir qismi üzə çıxmağı bacardı. Bəziləri daha oxumadı, bəziləri qürbətə getdi, bəziləri isə dünyasını dəyişdi. Bəs siz ayaqda durub populyarlıq qazanmağa necə nail oldunuz?

- Uşaqlıqdan oxusam da, müğənni olmaq iddiasında deyildim. Müxtəlif yerlərdə çalışmışam. Ancaq rəhmətlik bibimin təkidi ilə müsabiqəyə qatıldım. Mübariz müəllim məni görən kimi səsimi bəyəndi və məni əsas iştirakçıların siyahısına daxil etdi. Beləliklə də səhnə fəaliyyətinə başladım. Müsabiqədən sonra efirlərə, toylara dəvətlər almağa başladım. Yavaş-yavaş məşhurlaşmağa başladım. Fürsətdən istifadə edib, mənə dəstək olan insanların hər birinə öz minnətdarlığımı bildirirəm.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 1929   Tarix: 19 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Yüksək bal toplayan abituriyentlərin bizim Akademiyanı seçmələri sevindiricidir" - Zeynab Kazımova ilə MÜSAHİBƏ

Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova -ın suallarını cavablandırıb. -Zeynab xanım, bilirik ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasına tələbə qəbulu artırılıb. Bundan əlavə, yeni bir ixtisas açılıb. Bu barədə məlumat verməyinizi istərdik

18.09.2019 2773
.

"Mən klubu dağıdardım, amma ermənilərin təklifini qəbul etməzdim"-Moskvadakı "Qarabağ" klubunun yaradıcısı ilə MÜSAHİBƏ

2019-cu il yanvarın 26-da Moskvada "Qarabağ Moskva" futbol klubunun rəsmi təqdimolunma mərasimi keçirildi. Bununla da milli komandamızın Moskvadakı fəaliyyəti rəsmi olaraq uğurla davam etməyə başladı. "Qarabağ Moskva" futbol klubu haqqında daha ətraflı məlumatları komandanın yaradıcıs

16.12.2019 2177
.

"Az qalıram stolu götürüb başına çırpım"- Kamil Zeynallı ilə SƏMİMİ MÜSAHİBƏ

tanınmış idmançı, peşəkar məşqçi Kamil Zeynallı ilə müsahibəni təqdim edir:. Bu gün kifayət qədər tanınırsınız. Hər bir kəsə maraqlı olardı Kamil Zeynalı necə məşhurlaşdı?. Ümumiyyətlə, heç vaxt keçmişimi danan insan olmamışam.Mənim keçmişimdə, kasıb vaxtımda əlimdən tutan adamı cəmiyyətdə, ictimaiyyətd

22.11.2019 8851
.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

Manananın Gürcüstandakı evi, ailəsi... - VİDEO

"ATV maqazin onlarla" verilişi Əməkdar artist Manananın Gürcüstandakı evində qonaq olub. xəbər verir ki, övladları və həyat yoldaşı Georgi ilə obyektiv qarşısına keçən müğənni ailəsindən bəhs edib. Manana falçının ona dediklərindən söz açıb:. "Bir dəfə 17 yaşımda qaraçı çıxdı qarşıma

25.02.2020 9637
.

İrina Şeykin büstqalterdə çəkdiyi "self"si 2 000-dən çox şərh topladı - FOTO

Rusiyalı supermodel İrina Şeyk "İntimissimi" markasından olan alt paltarında "selfi" paylaşıb. BİG.AZ-ın verdiyi xəbərə görə, "İnstagram" səhifəsinə yerləşdirilən makiyajsız fotoda 34 yaşlı model qara rəngli büstqalterdədir, boynunda isə "göz" formasında boyunbağ

08.07.2020 5471
.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏ

Türkiyədə reytinqləri alt-üst edən, eyni zamanda Azərbaycanda da sevilərək izlənən "Çukur" serialının Fərhadı, Aras Bulut İynemlinin dostu Nihat Ələskərov saytının qonağı olub. Nihatı tanımaq və film çəklişlərində kadr arxasında baş verən maraqlı məqamları öyrənmək üçün gənc aktyorla olan səmim

13.01.2020 7116
.

Ayan və qızından yeni - FOTO

Son günlər karantin rejimi ilə əlaqədar məşhurlar evlərindən, ailələrindən tez-tez paylaşımlar edirlər. xəbər verir ki, müğənni Ayan Babakişiyeva da mütəmadi olaraq qızı Selena ilə görüntülərini paylaşır. Ayanın son paylaşımı da Selena ilə fotosu olub. Onların fotosu diqqət çəkib. Samirə Qasımova

23.04.2020 5360