"Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur"

"Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur""Bakı daha bir mühüm tədbirə ev sahibliyi edir. Mayın 1-dən 3-dək ölkəmizdə "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edəcək. Onların arasında yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər, müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslər vardır. Üç gün davam edəcək Forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, dini müxtəlifliyin qorunması, qanunsuz miqrasiya və digər məsələlər müzakirə ediləcək".

Bu sözləri BiG.AZ-a deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, forum iştirakçılarının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərləri də gözlənilir. Ağdam və Şuşada xüsusi panel sessiyaların keçirilməsi nəzərdə tutulur. Bu, eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi"nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub."Bakı Prosesi" mədəniyyətlərarası dialoq sahəsində yeganə qlobal platformadır. Azərbaycanın təşəbbüsü ilə müxtəlif mədəniyyətlər və dinlər arasında səmərəli dialoqun qurulması məqsədilə irəli sürülmüş bu platforma artıq qlobal hərəkata çevrilib. "Bakı Prosesi" çərçivəsində müntəzəm olaraq Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, eləcə də Dünya Dini Liderlərinin Sammiti və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumu təşkil edilir.Ötən müddət ərzində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı - hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub.Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və "Bakı Prosesi" mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.Ölkəmiz son 30 il ərzində dini, milli və etnik tolerantlıq sahəsində əhəmiyyətli uğurlara imza atıb. Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər dinindən, milliyyətindən, irqindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib. 2015-ci il mayın 18-də "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" mövzusunda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın mədəni müxtəlifliyi ilə qürur duyduğunu tədbir iştirakçılarının diqqətinə çatdıraraq demişdi: "Biz tarixi və mədəni irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa edilmiş məscid Azərbaycanın qədim Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri - Qafqaz albanlarının kilsəsi Azərbaycanın digər qədim Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələr, sinaqoqlar, atəşpərəstlər məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və biz bununla fəxr edirik".Azərbaycanın tarixi mədəni müxtəliflik tarixidir və bu gün həmin tarixi irs əsasında respublikamız dünyaya mədəniyyətlərarası dialoqun müxtəlif ölkələri yaxınlaşdırmağın, fərqli mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirir. Dövlətimizin başçısı 2019-cu il mayın 2-də Bakıda keçirilən "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq" şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bildirib: "Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur".

Deputat qeyd edib ki, Azərbaycan davamlı olaraq müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir: "Bu gün ölkəmiz artıq bir çox beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Eyni zamanda, Azərbaycanda keçirilən bu tədbirlər qlobal miqyasda mühüm əhəmiyyətə malikdir. Azərbaycan etnik-mədəni və dini müxtəlifliyin qorunması, tənzimlənməsi baxımından dünyada nümunə ölkələrdən biridir. Bu gün Azərbaycanda müxtəlif dinlərin, təriqətlərin, etnik qrupların nümayəndələri sülh, qarşılıqlı anlaşma şəraitində yaşayırlar.

"Azərbaycan bu baxımdan bir çox dünya ölkələri üçün əsl nümunədir. Ölkəmiz bu sahədə öz liderliyini qoruyur, prosesə töhfələrini birmənalı olaraq verir. Bu baxımdan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çox böyük önəm daşıyır. Hesab edirəm ki, bu Forum dünyadakı proseslərə öz töhfəsini verəcək. Hazırda dünyamız çox ağır bir mərhələyə, dövrə daxil olub. Müxtəlif qitələrdə müharibələr gedir, qarşıdurmalar mövcuddur, getdikcə azalmaq əvəzinə münaqişələrin sayının daha da artdığını görürük. Bu fakt çox narahatedici bir məsələdir və Azərbaycanı da ciddi bir şəkildə düşündürür, narahat edir. Azərbaycan hər zaman dünyamızı narahat edən mövzuların müzakirə edildiyi bir məkan olub. Bu baxımdan qeyd edilən tədbir çox önəmlidir. Yəni Azərbaycan bu məsələdə də öz liderliyini və uğurlarını qoruyacaq, ölkəmiz prosesə ən çox töhfə verən dövlətlərdən biri olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 670   Tarix: 03 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səudiyyə Ərəbistanına hücum: Misirdən SƏRT REAKSİYA

Misirin Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının Dammam şəhərində yerləşən Kral Fəhd hava limanına çərşənbə günü edilən hücumu pisləyib. Hadisə nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin bəyanatında Səudiyy

22.10.2026 302
.

Ronaldo 57 milyon avroluq malikanə tikdirir - 23 otaq, 20 maşınlıq qaraj...

Dünya şöhrətli futbolçu Kriştiano Ronaldo Lissabonda dəyəri 30 milyon avro (təxminən 57 milyon manat) olan nəhəng malikanə tikdirir. Axşam.az xəbər verir ki, Portuqaliya mətbuatının məlumatına görə, futbolçunun gələcəkdə yaşamağı planlaşdırdığı malikanə ölkəsinin paytaxtı Lissabonun mərkəzindən 30 kilomet

22.10.2026 338
.

Kəndlilər yırtıcılarla üz-üzə qalarsa, nə etməlidir?

Son vaxtlar vəhşi heyvanların yaşayış məntəqələrinə yaxınlaşması və insanlara hücum etməsi narahatlıq yaradır. APA TV-yə istinadən xəbər verir ki, Qusarın İmamqulukənd kəndində çaqqalların hücumu nəticəsində təsərrüfata ziyan dəyib, üç nəfər xəsarət alıb. Zooloq Elşad Əsgərov və ekoloq Amin Məmmədo

22.10.2026 333
.

Sevdiyiniz yeməklər sağlam qidalanmağa mane ola bilər - ARAŞDIRMA

İnsanların sevdikləri və xoşlamadıqları qidalarla bağlı formalaşmış fikirləri dəyişmək düşündüyümüzdən daha çətin ola bilər. Yeni araşdırma qida seçimlərinin arxasında duran psixoloji mexanizmlərə diqqət çəkib. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Yel Universitetinin alimləri təxminə

22.10.2026 313
.

Yaşayış binalarında elektrik sobalarına keçid tələbi

Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur. APA-ya istinadən xəbər verir ki, bu, "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" sənədində əksini tapıb. Sənədə əsasən, təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi çərçivəsində 2035-ci ilədək yaşayı

22.10.2026 362
.

Sabah Bakıya yağış yağacaq

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı

22.10.2026 298
.

Zelenski: Tramp mənim haqda necə danışırsa, Putin haqda da elə danışmalıdır

"ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini asanlıqla danışıqlar masasına oturda bilər". Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. "Tramp Putini çox asanlıqla danışıqlar masasına oturda bilər. Çünki mənim haqqımda necə danışırsa, Puti

22.10.2026 331
.

Mourinyo Çempionlar Liqasında qələbələrin sayına görə Vengeri keçdi

"Real" ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasında qələbələrin sayına görə Arsen Vengeri geridə qoyub. -ın xəbərinə görə, oktyabrın 21-də Madrid klubu ümumi turnirin üçüncü oyun günündə evdə "Leypsiq"i 4-1 hesabı ilə məğlub edib. Bu, 63 yaşlı portuqaliyalı məşqçinin Çempionla

22.10.2026 335
.

Vətən müharibəsində qazanılmış mühüm nailiyyətlərdən biri də Qubadlının azad olunmasıdır

Ali Baş Komandanımızın sərkərdəliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad edərək bizi böyük zəfərimizə çatdırmışdır. Şübhəsiz ki, qələbəmizə gedən yolda ən mühüm əməliyyatlardan biri də Qubadlı şəhərinin işğaldan azad olunması əməliyyatı idi. Qubadlı rayonunu

22.10.2026 293
.