Min bir dərdin dərmanı olan xurmanın faydaları

Min bir dərdin dərmanı olan xurmanın faydalarıQədim zamanlardan xurma müalicəvi xüsusiyyətləri ilə tanınırdı. Xurma insana güc, dözümlülük gətirir, kişi patensiyasını artırır. Xurma ürək, böyrək, qaraciyəri möhkəmləndirir, bağırsaqda faydalı bakteriyaların inkişafına yardımçı olur, orqanizmi infeksiyalara qarşı dayanıqlı edir. Xurma, həmçinin anemiya, hipertoniya, döş və ağ ciyər, öskürəyə faydalıdır. Xurma qadınlara hamiləlik, doğuş və uşaq əmizdirmə zamanı xüsusilə faydalıdır. Xurma doğuşu asanlaşdırır, orqanizmin süd hasil etməsinə yardımçı olur.

Məlumdur ki, orucun su və xurma ilə açılması Ramazan qaydalarından biridir. Mütəxəssislər xurmanın tərkibinin şəkər, fibrin zülalı, karbohidrat, dəmir və magneziumdan ibarət olduğunu bildirirlər. Quru xurmada isə şəkərin miqdarı 75-80% təşkil edir. Xurma bağırsaqların normal fəaliyyətinə kömək edir. Tərkibində dəmir olduğu üçün anemiya xəstələrinə daha çox məsləhət görülür. Ancaq həddindən artıq istifadə edildikdə qanda şəkərin sürətlə artmasına səbəb olur. İftar zamanı 1-2 ədəd xurma yemək daha münasibdir.

Hazırda ərəblər xurmadan kompot, kisel, müxtəlif qənnadı məmulatları hazırlayırlar. Xurmanı una çevirmək və ondan bal, turşudub dadlı içki də almaq olar.

Xurma pəhrizi

Xurma pəhrizi bu gün çox populyardır. Onun kim tərəfindən düşünüldüyünü demək çətindir. Amma faktdır ki, xurma həkimlər tərəfindən hamıya məsləhət görülür: diabet xəstələrinə, hamilə qadınlara, uşaqlara. Bu qrup insanlara adi şirniyyatları yemək məsləhət deyil. Pəhriz 10 gün ərzində saxlanılır. İlk 4 gün ancaq xurma yeyilməlidir. 5-ci gündən etibarən son 10-cu günə qədər qida rasionuna əlavə meyvələr - alma, armud, portağal (şirin olmayanı və sulularını seçin) daxil edilə bilər. Maye olaraq mineral su, səhərlər çay, acı qəhvə və yaşıl çay içilməlidir. 10 gündən sonra normal qidalanmaya qayıtmaq olar, amma həddindən artıq yeməmək şərtilə. 7 gündən sonra isə pəhrizi təkrar saxlamaq olar.

Pəhriz xurma yeməyə heç bir məhdudiyyət qoymur. Amma çox yemək də məsləhət deyil. Xurmanın elə spesifik dadı var ki, pəhrizin ilk vaxtlarında ən sevimli şirniyyatınız olan xurma pəhrizin sonlarına doğru belə olmaya bilər.

Pəhrizin effektivliyi

Quru xurmada 70 faziz şəkər vardır ki, bu da istənilən meyvə ilə müqayisədə çoxdur. Belə bir sual yarana bilər ki, bu faizdə şirin olan meyvə insanı necə arıqlada bilər. Cavab sadədir: xurmanın həddindən artıq şirin olmasına səbəb tərkibindəki beyin işi üçün önəmli olan fruktoza və qlükozadır. Bunlar təbii şəkər olduğundan, saxaroza (süni əldə olunan şəkər) ilə müqayisədə daha faydalıdır. Xurma çox kalorili meyvədir: 100 q quru xurmada 280 kalori var ki, bu da pəhriz ərzağı üçün çoxdur. Həmçinin 100 q xurmada 70 q karbohidrat var. Karbohidrat beyni qlükoza ilə təmin edir və adi pəhrizlərdə olan başağrısının qarşısını alır. Bundan başqa, xurmada heç zülal olmadığından, pəhriz əzələ toxuması və əlavə mayedən azad olmaq üçün aşağı effektivlidir. Pəhrizin əsas üstünlüyü xurmanın tez həzm olunmasıdır. Onlar orqanizmi zəifləmədən qoruyaraq enerji ilə təmin edir və piyə çevrilmədən tez həzm olunur.

Xurmanın inanılmaz faydaları

Quru xurma yapışqan səthə malik olduğundan üzərinə bakteriyalar hopur. Ona görə xurmanı uzun müddət açıq havada saxlamaq olmaz, yeməmişdən öncə də yuyun.

Bundan başqa, xurmanın tərkibində xolesterin olmadığına görə əla pəhriz meyvəsi hesab edilir. Xurmanın tərkibindəki ftor dişləri kariyesdən qoruyur, immun sistemini gücləndirir.

Xurmanın tərkibindəki fosfor, beynin ehtiyaclarını qarşılayır. Yorğunluğa faydalıdır

Xurmanın əsəb sinir sistemini rahatladan bir xüsusiyyəti də var.

Onun tərkibində B1 və B2 vitaminləri vardır ki, bunlar da zehni və sinir sistemini rahatladıcı xüsusiyyəti ilə diqqət çəkir.

Meyvə olaraq ən yaxşı sinə dərmanıdır. Bəlğəmə, nəfəs borusuna və öskürəyə faydalıdır.

Xurma damarları yumşaldır və sərtliyin qarşısını alır. Qanı təmizləyir və təzyiqi tənzimləyir.

Qəhvə və yağ qandakı xolestrolu yüksəldir. Ərəblər bol miqdarda qəhvə istifadə etsələr də, araşdırmalarda ərəblərdə xolestrolun olmadığı qeydə alınmışdır. Səbəbi isə ərəblərin qəhvə və digər yeməklərin yanında mütləq xurma istifadə etməsi ilə izah olunur.

Xurma böyrəklərin yuyulmasına yardım edərək böyrəyin fəaliyyətinə kömək edir. Məsamə (sidik kisəsi) və böyrək iltihabında şəfalıdır. Xurmanın suyu böyrək daşlarının parçalanmasına kömək edir. 6-7 xurmanı parçalanaraq bir stəkan suya qoyulur və bir neçə saat sonra süzülüb isidilərək gündə iki dəfə içilərsə 15 gündə böyrək daşını əridər.

Tərkibində A vitamini olan xurma gözləri qüvvətləndirir. Bəzi qaynaqlarda xurmanın gecə korluğu və digər göz zəifliklərinə faydalı olduğu yazılır. Göz sinirlərini qüvvətləndirici təsiri vardır.

Qocalıqda əmələ gələn qulaq uğultusu, eşitmə zəifliyi kimi xəstəliklərə faydalıdır.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 8989   Tarix: 28 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gecə yemək yeyənlərin nəzərinə - Bu xəstəliyə səbəb olur

Reflüks xəstəliyi son illərdə getdikcə daha geniş yayılıb. xəbər verir ki, türkiyəli həkim Mehmet Yalnız bildirib ki, hazırda hər 5 nəfərdən birində bu xəstəliyə rast gəlinir və bu vəziyyət birbaşa həyat tərzi ilə əlaqəlidir. Qeyd edib ki, reflüksün artmasında siqaret istifadəsi, alkoqol qəbulu, qər

15.03.2026 402
.

Hər gün nə qədər su içmək lazımdır? - Alimlər real normanı açıqladı

Tez-tez eşidirik ki, gün ərzində ən azı 8 stəkan su içmək lazımdır. Lakin yeni araşdırmalar göstərir ki, bir çox insan üçün bu miqdar artıq ola bilər. Qaynarinfo "Kiskegyed" nəşrinə istinadən xəbər verir ki, Şotlandiyanın Aberdin Universitetinin tədqiqatçılarına görə, insanların suya olan ehtiyac

01.04.2026 534
.

Dərini qırışdıran xətalar: Heç vaxt belə yatmayın

Dəriniz hər gecə 8 saat yerin cazibə qüvvəsi ilə mübarizə aparır. Üzünüzdəki "mexaniki təzyiq" əlamətlərini silmək və vaxta meydan oxumaq üçün yuxu vərdişlərinizi dəyişdirin. Ölkə.Az xəbər verir ki, yuxu rejiminizi gənclik iksirinə çevirmək sizin əlinizdədir:. Dəri mütəxəssisləri bildirirlə

18.03.2026 575
.

Qabığındakı faydadan xəbəriniz var?

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. Axşam.az xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. 1. Antioksidant mənbəyidir Qabıqda polifenollar adlı maddələr olur. Bunlar orqanizmi sərbəst radikallardan qoruyara

22.03.2026 387
.

Hava şəraiti infarkt olmaq ehtimalına təsir göstərir

Hava şəraitindəki dəyişikliklər miokard infarktı riskini artıra bilər. -ın xarici mediaya istinadən məlumatına görə, bu nəticəyə meteoroloji amillər və infarkt nisbətləri arasındakı əlaqəni maşın öyrənmə üsulları ilə təhlil edən araşdırmaçılar gəlib. Alimlər Pekin kardiologiya mərkəzində 10 il ərzind

15.03.2026 567
.

Yanından keçirik, amma şəfasınl bilmirik

Kənd yollarında, boş ərazilərdə çox vaxt fikir vermədən yanından keçib getdiyimiz yabanı bitki əslində təbiətin ən güclü şəfa qaynaqlarından biridir. Xalq arasında "turşəng" və ya "quzuqulağı" kimi tanınan bu bitki iltihabı təmizləyir, hüceyrələri yeniləyir və immuniteti polad kim

29.03.2026 317
.

Hər gün kartof yemək olarmı? - Dietoloqların açıqladığı həqiqət

Kartof süfrələrimizdə ən çox istifadə olunan məhsullardan biridir. O, əlçatan, doyumludur və ondan çoxsaylı yeməklər hazırlamaq mümkündür. BİG.AZ kartofun orqanizmə olan faydalarını təqdim edir:. Kartof düzgün hazırlanarsa, kifayət qədər faydalı qida məhsulu hesab olunur. Aşağı kalorili məhsuldur. 10

15.03.2026 420
.

Ramazandan sonra qidalanmada 5 vacib qayda

Bir aylıq Ramazan dövründən sonra orqanizm qarışıq qida rejiminə yox, normal ritm və balanslı rejimə daha yaxşı cavab verir. Səhərdən axşama qədər ac qalmağa öyrəşmiş həzm sistemi üçün ən məntiqli yanaşma ilk gündən etibarən 3 böyük deyil, 3 əsas və 1-2 kiçik ara qəbul formasında qidalanmaqdır. Qaynarinf

18.03.2026 448
.

Qışdan çıxan bədəndə nə çatışmır? - Orqanizmin gizli siqnalları

Qış aylarından sonra bir çox insan özündə yorğunluq, halsızlıq, saç tökülməsi və immun zəifliyi hiss edir. BİG.AZ xəbər verir ki, bunun səbəbi sadəcə mövsüm dəyişməsi deyil - orqanizmdə yaranan vitamin və mineral çatışmazlığıdır. Bəs qışdan sonra bədəndə ən çox nə çatışmır?. 1. D vitamini - Günəş vitamini

20.03.2026 425
.

TOP MP3