Paşinyanın Moskva səfəri: balans siyasəti, yoxsa məcburi addım?

Paşinyanın Moskva səfəri: balans siyasəti, yoxsa məcburi addım?Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş regionda gedən proseslər fonunda diqqət çəkdi. Görüş xüsusilə Ermənistanda yaxınlaşan parlament seçkiləri kontekstində siyasi əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Paşinyanın Moskva səfəri təsadüfi deyil. Seçkilər öncəsi o, balans siyasəti apararaq həm Rusiyanın təsirini minimuma endirməyə, həm də daxili riskləri azaltmağa çalışır. Bu risklərə Robert Köçəryan faktoru, yeni siyasi fiqurlar və kilsənin Kremlə yaxınlaşması daxildir:

"Görüş zamanı Putin bildirib ki, Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinə Rusiya sakit yanaşır. Lakin o, eyni zamanda İrəvanın həm Aİ, həm də Avrasiya İqtisadi İttifaqında eyni vaxtda təmsil oluna bilməyəcəyini vurğulayıb. Bu, Ermənistanın seçim qarşısında olduğunu göstərən açıq mesaj kimi qiymətləndirilir.

Paşinyan isə Qarabağ məsələsinə toxunaraq Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və bu mövzunun artıq bağlandığını bildirib. Bu yanaşma həm daxili auditoriyaya, həm də Kremlə yönəlmiş mesaj kimi qəbul olunur.

Putin də qeyd edib ki, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasından sonra KTMT-nin bu məsələyə müdaxiləsi mümkün deyil.

Ümumilikdə, görüş diplomatik baxımdan müsbət təqdim olunsa da, seçkilər öncəsi Qərb-Rusiya rəqabətinin Ermənistanda daha da güclənəcəyi gözlənilir. Mövcud vəziyyətdə isə Paşinyanın seçkilərdə qələbə şansı daha yüksək qiymətləndirilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 805   Tarix: 02 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi

03.10.2026 150
.

Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var

Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik

03.10.2026 176
.

Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb

Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind

03.10.2026 161
.

Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi

00:09 103
.

3 oktyabr 1993-cü il: Azərbaycanın müasir dönüş nöqtəsi

"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan bir tarixdir. Çünki həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Amma bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixini

03.10.2026 326
.

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? - Mərkəzi Bankdan AÇIQLAMA

Yeni 100 manatlıq əsginasların bəzi ödəniş terminalları tərəfindən qəbul edilməməsi ilə bağlı görüntülər yayılıb. BakuES-in paylaşdığı videoda vətəndaşın terminala yeni 100 manatlıq əsginası yerləşdirməsinə baxmayaraq, cihazın pulu geri qaytardığı görünür. Bəs yeni 100 manatlıqların bəzi terminallard

00:13 111
.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd

03.10.2026 208
.

"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı

Türkiyənin Silivri Respublika Baş Prokurorluğu tərəfindən Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı başladılan istintaq çərçivəsində yeni faktlar ortaya çıxıb. bu barədə "Haber Global" istinadə xəbər verir. Belə ki, istintaq çərçivəsində keçmiş polis rəisi və ssenarist, istintaq çərçivəsind

03.10.2026 173
.

DİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"

03.10.2026 233
.