Nizami Gəncəvi

Nizami GəncəviHəyatı:
Nizami 1141-ci ildə Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncə şəhərində sənətkar ailəsində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmış və 1209-cu ildə Gəncə də vəfat etmişdir.
Nizami təhsilini Gəncə mədrəsələrində almış, daha sonra şəxsi mütaliə yolu ilə o dövrün elmlərini mükəmməl öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfə sini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. Ömrü boyu Gəncə də yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır. Təqribən 1169/1170-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffər in kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur.

Nizami GəncəviYaradıcılığı:
Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şerlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə etmişdir.
Nizami Gəncəvinin lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.
Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olmuşdur. 1177-ci ildə bitirdiyi "Məxzənül-əsrar" ("Sirlər xəzinəsi") adlı ilk poeması şairə böyük şöhrət qazandırmışdır. III Toğrulun sifarişi ilə qələmə aldığı «Xosrov və Şirin» poemasını 1180-cı ildə bitirmiş və Məhəmməd Cahan Pəhləvana göndərmişdir. Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə görüşmüş və onun nəsihətlərini dinləmiş, şairə Həmdünyan adlı bir kənd bağışlamışdır. 1188-ci ildə Şirvan hökumdarı I Axsitan şairə «Leyli və Məcnun» mövzusunda bir əsər yazmağı sifariş etmişdir. Nizami Gəncəvi bundan boyun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə «Leyli və Məcnun» poemasını (Şərqdə ilk dəfə) yaratmışdır. 1196-cı ildə Əlaəddin Körpə Arslanın adına «Yeddi gözəl» əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı «İsgəndərnamə» (təqr. 1203) poemasını qələmə almışdır.
Nizami Gəncəvinin ilkin Şərq Intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır.
Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars,ərəb,çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə , insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.
Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.
Nizami Gəncəvinin yaradıcılığı hümanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları (fars, tacik, hind, əfqan, kürd, türkmən, özbək, qazax, qırğız və s.) ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur.
Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd,Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məhşur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.
Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin möhtəşəm məqbərəsi ucaldılmışdır.

Nizami GəncəviƏsərləri:
1.Sirlər xəzinəsi
2.Xosrov və Şirin
3.Leyli və Məcnun
4.Yeddi gözəl
5.İskəndərnamə (Şərəfnamə və İqbalnamə adlı iki hissədən ibarətdir)
6.Divanı (dövrümüzə 6 qəsidə, 120 qəzəl, 30 rübai gəlib çatıb)

Haqqında olan ədəbiyyat:
Babayeva T. Nizami Gəncəvinin ədəbi irsində şəxsiyyət problemi.- B., 2000.- 200 s.
Kərimli T. Nizami və tarix.- B.: Elm, 2002.- 241s.
Əlibəyzadə E. Nizami və tariximiz.- B., 2004.- 186 s.
Rzasoy S. Nizami poeziyası: Mif-tarix konteksti.- B.: Ağrıdağ, 2003.- 212 s.
Arzumanlı V. Nizami Gəncəvinin dünya şöhrəti -.B.: Qartal, 1997.
Əhmədov Ə. Nizami-Elmşünaslıq.-B., 2001.- 254 s.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 10628   Tarix: 11 yanvar 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mariyana Kuyundziç: Aİ Azərbaycanla tərəfdaşlığın möhkəmləndirilməsinə sadiqdir

Avropa İttifaqı (Aİ) hazırda Azərbaycanın ən böyük ticarət tərəfdaşı və investorudur. "Report"un Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç "Avropa şəhərciyi - 2026" tədbirinin açılışında bildirib. Onun sözlərinə görə, bu i

06.06.2026 150
.

Pensiyalar nə vaxt ödəniləcək? - TARİX AÇIQLANDI

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda iyun ayı üzrə pensiyaların veriləcəyi tarix məlum olub. "AzPolitika" xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyun ayının 12-də ödəniləcək. Dah

06.06.2026 273
.

Qismət Gözəlov: Azərbaycan və Türkmənistan 2026-cı ildə ali səviyyədə təmasları davam etdirəcək

Azərbaycanın Türkmənistandakı səfirliyi Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri münasibətilə qəbul təşkil edib. Bu barədə "Report"un Qazaxıstan bürosu Azərbaycanın Türkmənistandakı səfirliyinə istinadən xəbər verir. Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov çıxışında 10

06.06.2026 146
.

Bakıda İNANILMAZ GÖRÜNTÜ - elə yerdə "drift" etdilər ki... - VİDEO

Bakıda bir neçə avtomobil parking binası üzərində tozu dumana qatıb. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. "Drift" kadrlarının "Midtown Hotel Baku"nun arxasındakı parkingdə çəkildiyi iddia olunur. "Unikal"ın əld

06.06.2026 113
.

Konqoda Ebola virusuna yoluxanların sayı KƏSKİN ARTDI

Konqo Demokratik Respublikasında (KDR) təsdiqlənmiş Ebola virusuna yoluxma hallarının sayı 450-ni keçib. xəbər verir ki, bu barədə EFE sözügedən Afrika ölkəsinin Milli İctimai Səhiyyə İnstitutuna istinadən məlumat yayıb. Məlumata görə, indiyə qədər 452 yoluxma halı təsdiqlənib və 82 xəstə ölüb. Yerl

06.06.2026 162
.

Azərbaycan və İspaniya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

İspaniyanın paytaxtı Madriddə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) və İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib. "Report" xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətin

06.06.2026 138
.

Məktəbdə şagirdə qarşı zorakılıq iddiası: Uşağın xəsarət aldığı gizlədilib? - VİDEO

Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə xoşagəlməz hadisənin baş verdiyi iddia olunur. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, məktəbin 5-ci sinif şagirdinin dərs zamanı idman müəllimi Fərqan Xəlilzadə tərəfindən vurularaq xəsarət aldığı deyilir. Məlumat

06.06.2026 121
.

XİN Azov dənizində həlak olan və yaralanan vətəndaşlarımızla bağlı YENİ MƏLUMAT YAYDI - YENİLƏNİB+FOTO

5 iyun tarixində Azov dənizində dron hücumları nəticəsində "Natra" və "Zirkon" yük gəmilərində həlak olmuş və yaralanmış Azərbaycan Respublikası vətəndaşlarının sayı və kimlikləri dəqiqləşdirilib. xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Yenilənmiş məlumata əsasən, ümumilikd

06.06.2026 338
.

İyunda 10 gün iş olmayacaq - TARİXLƏR

Azərbaycanda iyun ayında vətəndaşları əlavə istirahət günləri gözləyir. Nazirlər Kabinetinin qərarları və əmək qanunvericiliyinə uyğun olaraq iyunda ümumilikdə 10 qeyri-iş günü olacaq. Belə ki, 15 İyun - Milli Qurtuluş Günü və 26 İyun - Silahlı Qüvvələr Günü qeyri-iş günləri hesab edilir. Bu il 15 iyu

00:19 108
.

TOP MP3