Okean suyunun hərəkəti

Okean suyunun hərəkəti

Okean suyunun hərəkəti

Suyun hərəkətinə səbəb — külək, hava kütlələri, Ay və Günəşin cazibə qüvvəsi, sualtı vulkan və zəlzələlərdir. Suyun hərəkəti 200 m dərinliyə qədər baş verir. Daha dərində su hərəkətsiz olduğundan okean dibinin relyefi dəyişmir. Suyun hərəkətinin 3 forması var:
I. Dalğanı yaradan başlıca səbəb küləkdir. Dalğanın ən hündür nöqtəsi yal, ən alçaq nöqtəsi daban adlanır: 2 qonşu yal arasındakı məsafə dalğanın uzunluğu, yal ilə daban arasındakı məsafə isə dalğanın hündürlüyü adlanır. Dalğanın hündürlüyü küləyin sürətindən, uzunluğu isə hövzənin dərinliyindən asılıdır. Sürətinə görə dalğalar:

1 .Şəlakət-0 m/san:
2. Zəif (və ya kapillyar) — 1 m/san.;
3. Qravitasiya-2-6 m/san.;
4. Köpüklü -7-8 m/san. Köpüklü dalğalanın yaranmasında duzluluğun rolu böyükdür.

Dalğalar temperatur və duzluluğu yayır, donmanı gecikdirir. Dalğalanın dağıdıcı fəaliyyətinə abraziya deyilir. Bu işin nəticəsində sahil formalaşır. Çünki sahildə dalğa daha güclü olur. 30-38 ton ağırlığında zərbə vuraraq sahili dağıdır. Müxtəlif formalı sahillər (şxer, fyord, dalmasiya, ləpədöyən və s.) yaranır. Sahildə dalğanın sürəti azalır, hündürlüyü isə artır. Dalğalar aşıb sahilə tökülərək — ləpədöyən yaradır. Dənizin dərinliyi okeana nəzərən az olduğundan, dalğalar hündür olmur.
Sunami — sualtı vulkan və zəlzələlər zamanı yaranan güclü dalğalardır. Bu zaman su qatı okean dibindən səthə qədər hərəkətə gəlir. Sahilə yaxınlaşan sunaminin dayaz hissədə hündürlüyü artır və sahili dağıdır. Okeanın ortasında hündürlüyü 1 m-ə çatdığı halda, sahilboyunda, dar boğazda 50 m-ə çatır. Buna görə də gəmilər sunamidən zərər çəkməsin deyə, onları sahildən okeanın ortasına gətirmək lazımdır. Sunaminin əsas yayıldığı yer Sakit okeanın yüksək seysmik qurşağıdır. Dağıdıcı sunamilər Yaponiya,
Havay adaları və Kamçatkada daha çox olur. Sunamiyə qarşı sahildə dalğaqıran tikilir.
II. Qabarma və çəkilmə. Ay və Günəşin cazibəsi nəticəsində okean suyunun vaxt aşırı qurunu basması qabarma, sonra geri qayıtması çəkilmə adlanır. Sahildə qabarmanın hündürlüyü 10 m-a çatır. Maksimum hündürlük Kanadanın Fandi körfəzində 13,6 m baş verir. Qabarma daxili dənizlərdə hiss edilmir. Çay mənsəbində qabarma güclü olduqda, bəzən çaydakı su geri axmağa başlayır. Buna bor hadisəsi deyilir. Qabarmadan elektrik enerjisi almaqda balıqçılıq və gəmiçilikdə istifadə olunur. Məsələn: qabarmanın köməyi ilə açıq dənizdən Temza çayına daxil olan gəmilər dənizdən aralıda yerləşmiş Londona üzürlər. Qabarmadan düzgün istifadə etmək üçün cədvəl tərtib edilir.

III. Okean cərəyanları — suyun üfüqi istiqamətdə böyük məsafədə yerdəyişməsidir. Cərəyanlar — daimi küləklər və hava kütlələrinin təsiri ilə yaranır. Yerin öz oxu ətrafında fırlanması nəticəsində cərəyanlar Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində isə sola meyl edirlər. Dünya okeanında 60-dan çox cərəyan var. Onlar ən çox Atlantik (22) və Sakit (20) okeanlarındadır. Cərəyanlar aid olduqları su hövzələrinin konfiqurasiyasını göstərir. Temperaturuna görə cərəyanlar isti və soyuq olur. Isti cərəyanlar alçaq coğrafi enliklərdən yüksəyə doğru, soyuq cərəyanlar isə yüksək coğrafi enliklərdən alcağa doğru hərəkət edir. Isti və soyuq cərəyanların qovuşduğu ərazilərdə tez-tez dumanlı və çiskinli havalar müşahidə edilir.
a) Isti cərəyanlar — suyunun temperaturu ətraf sulardan isti olan cərəyanlara deyilir. Ekvatorial zonadan isti cərəyanlar okeanların qərb kənarı ilə qütblərə doğru hərəkət edir. Isti okean cərəyanları quru üzərində qalxan hərəkətli isti hava kütlələrini gətirir ki, nəticədə sahil zonasına bol yağıntı gətirir. Isti okean cərəyanlarının təsiri ilə qışda okean suları donmur (məs: Murmansk limanı). Mozambik, Braziliya, Norveç, Yaponiya kimi dövlətlərin sahillərini isti okean cərəyanları yuyur. Sakit okeanda — Passat, Kurosio, Şərqi Avstraliya, Şimali Sakit okean cərəyanı; Atlantik okeanda — Qolfstrim, Norveç, Şimali Atlantika, Antil, Braziliya. Qvineya; Qviana; Hind okeanında — Musson, Iynə, Mozambik, Cənubi Passat kimi isti cərəyanlar mövcuddur.
b) Soyuq cərəyanlar — suyunun temperaturu ətraf sulardan soyuq olan cərəyanlara deyilir. Qütb ərazilərindən soyuq sular okeanların şərq kənarı ilə ekvatora doğru aparılır. Soyuq okean cərəyanlarının təsiri altında sahildə enən hava kütlələri hakim olur. Nəticədə sahildə kəskin quraqlıq səhra yaranır. Sakit okeanda — Peru, Kaliforniya; Atlantik okeanında — Bengel, Folklend, Labrador, Kanar; Hind okeanında — Somali: Şimal Buzlu okeanında — Buzaltı, Transarktika kimi soyuq cərəyanlar var.
Somali cərəyanından başqa bütün soyuq cərəyanlar tropik enliklərdə materikin qərbindən, isti cərəyanlar isə materikin şərqindən axır. Xəritədə isti cərəyanlar qırmızı, soyuq cərəyanlar isə göy rənglə verilir. Ən böyük cərəyan Qərb küləkləri (uzunluğu 30 min km) cərəyanıdır. Bu cərəyan Yerin öz oxu ətrafında fırlanması və daimi küləklərin təsiri ilə Antarktida ətrafında dövr edərək, 3 okean suyunu qarışdırır. Ən nəhəng isti cərəyan Qolfstrim cərəyanı isə Atlantik okeanı sularını Şimal Buzlu okeanına aparır və Avropada Ural dağlarına qədər iqlimi yumşaldır.
Qərb küləkləri və Şimali Atlantika cərəyanları okeanlar arasında su mübadiləsində böyük rol oynayan cərəyanlardır.
Cərəyanların əhəmiyyəti:
1. İstini, soyuğu. duzluluğu yayır;
2. Iqlimə təsir edir;
3. Elektrik enerjisi mənbəyidir;
4. Gəmilərin hərəkəti üçün əhəmiyyətlidir:
5. Butulka poçtudur.
Su kütlələri – temperaturuna, duzluluğuna, sıxlığına, oksigenin miqdarına görə bir-birindən fərqlənən sulara deyilir. Üfüqi istiqamətdə 4 su kütləsi var;
1. Ekvatorial — isti, «şirin»;
2. Tropik – isti, «şor»:
3. Mülayim – mülayim, «şirin»:
4. Qütb – soyuq,«şirin».
Su kütlələri atmosferə istilik və rütubət verir, havadan karbon qazını alır və oksigeni verir. Su kütlələri qarışaraq öz xassələrini dəyişir.
Su kütlələrinin 2 yarımtipi var: sahilboyu və okeandaxili. Dərinliyinə görə su kütlələri: 1. Səth: 2. Keçid; 3. Dərinlik; 4. Dibyanı olur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 11141   Tarix: 30 may 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Endirimi kassaya qədər olan mağazalar - ARAŞDIRMA + VİDEO

Endirim, yoxsa müştəri cəlb etmək üsulu?. xəbər verir ki, əksər mağazalarda endirim adı altında qoyulan məhsullar elə endirimsiz qiymətinə satılır. Belə hallarla rastlaşan sakinlərin sözlərinə görə, çox vaxt kassada bununla bağlı problem yaşayırlar. Ekspertlər də təsdiqləyir, xüsusilə paytaxt Bakıd

14.04.2024 473
.

İordaniya şahzadəsi ata olacaq

İordaniya Kralı II Abdullah ibn Al Hüseynin oğlu şahzadə Hüseynlə həyat yoldaşı Rayvanın övladı olacaq. Axşam.az xəbər verir ki, bu barədə kral ailəsinin rəsmi saytında məlumat dərc olunub. Qeyd edək ki, Hüseyn və Rayvanın toyu ötən ilin iyununda olub

13.04.2024 324
.

Təyyarənin bütün pilotları uçuş zamanı yatdı - qeyri-adi hadisənin TƏFƏRRÜATLARI

Hər iki pilot gözlənilmədən 153 sərnişini daşıyan təyyarənin idarəetmə panellərində yuxuya gedib. -ın xarici mediaya istinadla xəbərinə görə, təyyarə planlaşdırılan marşrutdan yayınmağa başlayanda yer nəzarətçiləri ekipajla əlaqəni bərpa etmək üçün xeyli səy sərf etdilər. Araşdırma ilə müəyyən edili

07.04.2024 417
.

Ağcaqanadları evinizdən didərgin salacaq asan üsul

Ağcaqanad pestisidləri tənəffüs orqanlarının sağlamlığına son dərəcə zərərlidir. Buna görə də onlara qarşı təbii tədbirlər görmək daha yaxşı olardı. Bu barədə türkiyəli mütəxəssislər bildiriblər. Ekspertlərin sözlərinə görə, problemin ən sağlam həll yollarından biri efir yağlarıdır. "Limon, portağal

07.04.2024 422
.

Sankt-Peterburq turistlər üçün ödənişli olacaq

Aprelin 1-dən Sankt-Peterburq turistlər üçün ödənişli olacaq. Bazar ertəsindən etibarən şəhərdə kurort vergisi tətbiq ediləcək. Güzəştli kateqoriya istisna olmaqla, bütün yetkinlik yaşına çatmış turistlərdən hər gün üçün 100 rubl tutulacaq. Toplanan vəsaitin sonradan turizm obyektlərinin tikintisin

31.03.2024 469
.

Boşanmalar artır: Əsas səbəblər nələrdir? - VİDEO

Azərbaycanda bu ilin ilk ayında 1700-dən çox nikah pozulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq ayı ilə müqayisədə qurulan ailələrin sayı azalıb, boşanmaların sayı isə çoxalıb. Bəs bu tendensiyanın əsas səbəbəri nələrdir?. Vəkil-mediator Qasım Şaliyevin sözlərinə görə, işlər

14.04.2024 285
.

"WhatsApp"da MÖHTƏŞƏM YENİLİK: Bundan sonra...

"WhatsApp" messenceri istifadəçilər üçün yeni funksiyanı təqdim etməyə hazırlaşır. Yenilik "WhatsApp" status yeniləməsinin bildiriş funksiyasıdır. Məlumata görə, yenilik Android 2.24.6.19 beta versiyasında sınaqdan keçirilməyə başlanılıb. "WhatsApp" status yeniləmələri üçü

07.04.2024 951
.

Oxumaq, yoxsa dinləmək? - Hansı daha faydalıdır?

Belə bir fikir var ki, oxumaq dinləməkdən daha faydalıdır. Amma əhalinin bir hissəsi kitab oxumaqla onu dinləmək arasında fərq görmür. -ın xarici mediaya istinadən xəbərinə görə, Kaliforniya Universitetinin tədqiqatçıları bu məsələni araşdırıblar. Araşdırmaya görə, dinləmək insanı real vaxtda anlam

14.04.2024 238
.

Ölməzdən 1 ay əvvəl hər kəsin gördüyü yuxular

Los-Angeles hospitalının tibb bacısı Culie Fadden insanların ölməzdən əvvəl nə gördükləri ilə bağlı mühüm müşahidələrini paylaşın. O qeyd edib ki, "demək olar ki, bütün insanlar" ölməzdən təxminən bir ay əvvəl təsəlliverici görüntülər yaşayırlar. xəbər verir ki, o, müşahidələrini "TikTok"

07.04.2024 837