Emin Əmrullayevdən təhsil haqqı ilə bağlı qalmaqala dair YENİ AÇIQLAMA

Emin Əmrullayevdən təhsil haqqı ilə bağlı qalmaqala dair YENİ AÇIQLAMAElm və təhsil naziri Emin Əmrullayev ali təhsil xərcləri ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib.

Oxu.Az xəbər verir ki, nazir bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Azərbaycanda bir tələbəyə düşən təhsil xərci inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır və bu amil təhsilin keyfiyyətinə təsir göstərir.

"Təhsil haqqının aşağı olması sosial nöqteyi-nəzərdən nə qədər müsbət qarşılansa da, ümumilikdə təhsilin keyfiyyətinə təsir edən amildir. Təhsil də digər sahələrdə olduğu kimi investisiya tələb edir. Ali təhsil sistemində müəllimlərin əməkhaqqısı, maddi-texniki baza, tədqiqatlar və digər məsələlər bu xərclərdən asılıdır", - deyə nazir qeyd edib.

E.Əmrullayev bəzi ölkələrdə ali təhsilin "pulsuz" olması ilə bağlı fikirlərə də münasibət bildirib:

"Əvvəla, "pulsuz" təhsil dünyanın heç yerində yoxdur. Təhsil həmişə ödənişlidir. Avstriya, Almaniya və Fransa kimi ölkələrdə ali təhsilin bakalavr pilləsində illik təhsil xərci 10-18 min avro təşkil edir. Tələbələrin ödədiyi 500-1000 avro isə təhsil haqqı deyil, qeydiyyat haqqıdır. Bu ölkələrdə təhsilin xərci dövlət tərəfindən qarşılanır".

Nazir vurğulayıb ki, Azərbaycanda da hər il bakalavr pilləsi üzrə qəbul olunanların yarıdan çoxunun təhsil xərci dövlət tərəfindən maliyyələşdirilir:

"Dövlət iqtisadiyyatın gələcək ehtiyaclarını nəzərə alaraq zəruri sayda vətəndaşın təhsilini öz üzərinə götürür. Bəzi ixtisaslar, o cümlədən tibb və kənd təsərrüfatı sahələri tamamilə dövlət sifarişi əsasında maliyyələşir".

Emin Əmrullayev ölkədə ödənişli təhsilin mövcudluğunu ali təhsilə yüksək tələbatla əlaqələndirib:

"Ölkədə ali təhsil almaq istəyənlərin sayı çoxdur. Dövlət isə yalnız zəruri hesab etdiyi sayda vətəndaşı maliyyələşdirir. Bir çox abituriyentlər dövlət hesabına başqa ixtisaslarda oxumaq imkanı əldə etsələr də, arzuladıqları ixtisasları ödənişli əsaslarla seçirlər".

Nazirin sözlərinə görə, bəzi ixtisaslar üzrə mövcud təhsil haqları keyfiyyətli mütəxəssis hazırlamaq üçün kifayət etmir:

"Azərbaycanda kompüter mühəndisi, maliyyə mütəxəssisi və ya inşaat mühəndisi olmaq üçün illik təhsil haqqı 1500-2000 manat təşkil edir. Bu məbləğə keyfiyyətli, qlobal rəqabətə davam gətirəcək mütəxəssis hazırlamaq mümkün deyil. Çox aşağı qiymətə olan təhsilin yekun nəticəsi ən yaxşı halda diplom ola bilər".

E.Əmrullayev qeyd edib ki, səsləndirdiyi fikirlərin məqsədi təhsil haqlarının artırılmasını təklif etmək deyil:

"Məqsəd bu reallığı konstruktiv şəkildə müzakirə etməkdir. Dövlət sifarişi, SABAH qrupları, ikili diplom proqramları və digər modellər çərçivəsində təhsil alan tələbələrin xərcləri dövlət tərəfindən qarşılanır. Dövlət bu istiqamətdə maliyyələşməni mərhələli şəkildə artırır".

Nazir əlavə edib ki, ali təhsildə kəmiyyətlə yanaşı keyfiyyət də nəzərə alınmalıdır:

"Bəzi hallarda keyfiyyətsiz ali təhsil diplomu almaq əvəzinə keyfiyyətli peşə təhsili almaq seçimini də düşünmək lazımdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 992   Tarix: 24 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

10:15 145
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30.09.2026 237
.

Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub

Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd

30.09.2026 228
.

Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb

Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. BİG.AZ -a istinadla xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycand

30.09.2026 222
.

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə " idman portalı istifadəyə verilib. Offside Media tərəfindən yaradılan yeni internet resursu əsas diqqəti ölkə basketboluna ayıracaq. " saytında Azərbaycan Basketbol Liqası

12:01 112
.

Baş məşqçi: Favorit Azərbaycan millisidir

Azərbaycan millisinin sabah Lixtenşteynə qarşı keçirəcəyi UEFA Millətlər Liqası matçı öncəsi rəqib komandanın baş məşqçisi Konrad Fyunfştyuk oyunla bağlı fikirlərini bölüşüb. BİG.AZ xəbər verir ki, 45 yaşlı mütəxəssis Bakıdakı mətbuat konfransında Azərbaycan yığmasının qarşılaşmanın favoriti olduğun

30.09.2026 220
.

Azərbaycan tarixinin yeni mərhələsi

Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də 1993-cü il oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi

08:46 164
.

Tarixi qələbələrin başlanğıc günü

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

11:32 171
.

Ölkənin inkişaf tarixində yeni səhifə

"Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin inkişaf tarixində yeni səhifə açıldı. Əminliklə demək olar ki, 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa apara

11:55 169
.