90-larda uşaq olmaq

- Həm Azərbaycan, həm də dünyanın qloballaşma dövründə, ya da keçid dövründə uşaq olmaqdır.BiG.AZ soz6.com-a istinadən bildirir ki, 90-larda uşaq olmaq savaşanda qışqıraraq "iaaaaa van daaaaaaaaam" deyib yumruq vurmaqdır, internetin nə olduğunu bilməməkdir, uşaqlıq dostlarının nə olduğunu bilməkdir, məhəllə davalarının nə olduğunu bilməkdir, "pokemon" kartlarını yığıb oyun oynamaqdır.

Hər axşam "11 tuş oynamaqdır", Britney Spears heyranı olmaqdır, məhlələr arası davalara getməkdir, səndə olmadığı üçün qonşu uşağının velosipedinə ağlaya-ağlaya baxmaqdır, "Yeşilçam" izləməkdir, qonaq gedəndə qonaq ailənin uşağının "Tetrisi" ya da "Sega"sı ilə bir az daha çox oynamaq üçün evə gec getmək istəməkdir, son olaraq 90-larda uşaq olmaq "PES 99-da" Braziliyanı götürüb üç pasla qol vurmaqdır.

- Müharibə görməkdir, top tüfəng səsinə diksinməkdir, gecələr ailəlikcə evin pəncərə olmayan küncündə yer açıb yatmaqdır. 90-larda uşaq olmaq ananın əlindən tutub zirzəmiyə qaçmaqdır. Zirzəmilərdə ağlayan xalaları eşitməmək üçün anaya qısılıb yatmağa çalışdığın gecələrdir.

Balaca uşaq qədər ata üçün darıxmaq, böyük adam qədər nigaran qalmaqdır. İşlənmiş boş patronların oyuncaq olmasıdır. Pəncərədən baxanda tank görməkdir. 90-larda uşaq olmaq çadırda yaşamaqdır. "Yox" sözünün mənasını bilməkdir. İtirməyin əslində nə olduğunu anlamaqdır. Əslində 90-larda uşaq olmalı olanların olmayan uşaqlığıdı 90-lar.

- Uşaqlığını uşaq kimi yaşayan son nəsil olmaqdır, küçədə böyüməkdir, "starikə" gedib çörək almaq üçün əl-ələ tutmaqdır, dəftərin qırağını qırmızı qələm xətkeşlə xətləməkdir, əlin tabaşir qoxmasıdır.
90-larda uşaq olmaq- Məhəllədə futbol oynayarkən yıxılıb dizləri qan olan, amma oynamağa davam edən, səhər tezdən isti çörək almaq üçün, 2 məhəllə aşağıya göndərilən, telefonun, internetin nə olduğunu bilməyən, qıza sevgisini onun partasının üstünə yazmaqla bildirən, bol-bol TRT-1 izləyən uşaqdır.

- Qarışqaya işgəncə edib oynayan nəsildən uşaq olmaqdır. İndiki uşaqların qarışqa ilə işi yoxdur.

- Kirayəyə kaset götürməkdir. Radiodan kasetə mahnı yazmaqdır. Axşamın olmasını "Spokoyniy nochi malishi" ilə hesablamaqdır. "Salka" oynamaq üçün evə yığışmamaqdı.
- "Ruhsar" serialına baxmaqdır. Rus dilində AZTV-də "Qvadalupe" serialını izləməkdir. Yeni ildə AzTV-də mahnılara qulaq asıb, gülməli səhnələri gözləməkdir.

- Uşaqlığı Facebookda yox, "gizlənqaç", "11 tuş", "yeddişüşə", "parol-parol", "rezinka" oynamaqla keçirməkdi. "Məhlə-məhlə" futbolda məhəllə uşaqlarının adını plakata yazıb qışqırmaqdır. Bir futbolçu seçib bütün oyunlarda onun adı ilə çağırılmaqdır. Xatirə dəftərlərinin modda olduğu ən pik nöqtədir. Atanın çəkdiyi "Astra"nın iyin hələ də xatırlamaqdır. Uzun, plastmas qabı olan, rəngli, 250 manatlıq soklarla, 250 manatlıq dondurmayla böyümək, 1 "şirvanla" bir ay kef etməkdi. "Pokemon"lar yığmaq, "Sega" oynamaq, "Tetris"i ən gözəl hədiyyə kimi qəbul etməkdir. "Kukruz"dan çıxan üzüyü xoşun gələn qıza hədiyyə verməkdir.

90-larda uşaq olmaq- Özündən böyük qardaş və ya qohumlarının paltarları ilə böyüməyə məcbur olan bədbəxt nəsil.

- «Love is» saqqızları ilə böyümək, «polboks» saç stilinin suyunu çıxarmaq, ya Hüseyn Dərya ya da Elşad Xose fanatı olmaq.

- Axşam AZTV-də yayımlanan "Sehrli güzgü" verilişini səbirsizliklə gözləyib, veriliş qurtarandan sonra da atamız tərəfindən zorla yatmağa göndərilmək deməkdir.

menbe: soz6.com


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 7171   Tarix: 26 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.