"Vaqif Səmədoğlunu ölən yerdə təsəvür etmirəm və etməyəcəyəm" - VİDEO
Prezident İlham Əliyev bu il təkcə jurnalistlərin yox uşaqdan böyüyə çoxunun dostu olduğunu sübut etdi. Ayağını itirmiş körpə İmrana, qan xərçənginə tutulmuş Nicat Dağlara böyük dost oldu. İndi də böyük şairimiz Vaqif Səmədoğlunun yanındadır. Zəmanəmizin böyük şairi Vaqif bədxassəli şişdən əziyyət çəkir. Dövlət başçısı onun da müalicə xərclərini öz öhdəsinə götürüb. Bizimlə söhbətdə şair Prezidentə əslində bir ömürlük təşəkür etdi.
Vaqif Səmədoğlu ilə görüşdə mən sözün həqiqi mənasında o dünyanı görüb qayıtdım. Bu axşam İsrailə müalicəyə yollanan Vaqif Səmədoğlunun nə qədər güclü insan olduğunun, vur-tut 75 yaşı olan adamın bu az yaşı ilə əbədiyyətə qədər tarixi olan ölümün qarşısında necə şax və şux dayandığının şahidi oldum.
Mən indi sizə Vaqif Səmədoğlu ilə müsahibəmizin bir-iki fraqmentini, ölməz şairimizin məhz ölümlə bağlı fikirlərini təqdim edəcəyəm. Ona görə ki, o ölümə ömrünün növbəti stansiyası tək yanaşır.
Bədəni zəifləsə də ruhi əzəmətindən və zarafatından qalmayan Vaqif Səmədoğlu ilə tam müsahibəni yaxın vaxtlarda sizə təqdim edəcəyik. Danışdığımız kimi, Vaqif Səmədoğlu İsraildən qayıdır və biz onunla söhbəti davam etdiririk. Açıq deyirəm: Mən Vaqif müəllimi pianino çalan, şeir deyən, zarafat edən, velosiped sürən, Avropa Şurasında Azərbaycanın adından danışan, hətta dəniz qırağında Motosikl sürərkən 3 çılpaq xanım qarşasında özünü itirərək yerə yıxılan yerdə təsəvür edə bilirəm. Amma Vaqif Səmədoğlunu ölən yerdə təsəvür etmirəm və etməyəcəyəm. Gözləyəcəyəm. Qayıtsın və ölümlə zarafatı buraxıb, həyatla ciddi söhbət eləsin. Bu onda daha yaxşı alınır.
Xərçənglə mübarizə aparan, Türkiyədə əməliyyata hazırlaşan başqa bir ziyalımız Rafiq Hüseynovu da həmin söhbətə dəvət edəcəyəm. Xəsis deyiləm. Orijinallıq olsun deyə müəlliflik hüququnu onunla bölüşməyə hazıram.
Vaqi Səmədoğlu müsahibədə belə bir fikir işlətdi. Mən heç vaxt demokratiya uğrunda mübarizə aparmamışam, mən müstəqillik uğrunda mübarizə aparmışam. Ona görə ki, mən müstəqilliyin nə olduğunu anlayıram.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2286 Tarix: 04 dekabr 2013
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda dördəm doğulub - VİDEO
Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları
15.09.2021 942 Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı
Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib
13.09.2021 2571 Üz dərisini ağardan unikal vasitə
Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində
13.09.2021 741 Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi
15.09.2021 1571 Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...
Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın
14.09.2021 1495 Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO
İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin
16.09.2021 3201 Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...
Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin
18.09.2021 882 Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı
Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi
12.09.2021 3724 Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!
TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem
15.09.2021 1181