Baş həkimin ölkədən çıxışına qadağa qoyulub, keçmiş mühasib barəsində cinayət işi açılıb
Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi Mehriban Abdullayevanın ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq edilib. Məlum olub ki, xəstəxanın keçmiş mühasibi barəsində də cinayət işi açılıb.
Teleqraf xəbər verir ki, Abdullayeva Mehriban Kamal qızının rəhbərlik etdiyi xəstəxananın dövlət büdcəsinə vergiyə görə 22 min manat, Dövlət Sosial Müdafiə Fonduna isə 57 min manat vergi borcu yaranıb. Borcun ödənilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə müraciət edib.
Vergi orqanı tərəfindən borcun ödənilməsi üçün Mehriban Abdullayevaya beş gün müddət verildiyi, bu müddətdə ödəniş təmin olunmadığından onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edildiyi bildirilib.
Məhkəmənin qərarına əsasən, 1986-cı ildə Şərur rayonunda anadan olmuş, Bakı şəhəri Yasamal rayonunda qeydiyyatda olan Mehriban Abdullayevanın borc tam ödənilənədək ölkədən çıxışına qadağa qoyulub.
Məhkəmə, həmçinin bildirib ki, bu tədbirin məqsədi rəhbər şəxsi cəzalandırmaq deyil, hüquqi şəxsin vergi öhdəliklərinin icrasını təmin etmək və rəhbəri borcun ödənilməsi üçün aktiv addımlar atmağa sövq etməkdir. Qərarda qeyd olunub ki, vergi borcunun yaranmasında rəhbərin təqsirli olub-olmaması bu halda hüquqi əhəmiyyət daşımır.
Aşağı instansiya məhkəmələri Mehriban Abdullayevanın şikayətini təmin etməyib. Son olaraq Ali Məhkəməyə də Abdullayevanın kassasiya şikayətini təmin etməyib.
Qeyd edək ki, Mehriban Abdullayeva şikayətində xəstəxananın mühasibi barəsində cinayət işi açıldığını, özünün isə həmin iş üzrə yalnız şahid qismində cəlb edildiyini və borcun yaranmasında təqsirinin olmadığını bildirib.
Xəstəxananın keçmiş mühasibi barəsində mənimsəmə ittihamı ilə cinayət işi açıldığı bildirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 926 Tarix: 15 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUkraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib
Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib
16:10 0 Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...
Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini
10:39 174 Rusiyada məktəbli anasını elektron siqaretə görə öldürdü, cəsədi çamadanda gizlətdi
Noyabrın əvvəlində itkin düşən 38 yaşlı qadının meyiti park ərazisində çamadanın içərisində tapılıb. Qadının qətlində əsas şübhəli onun 14 yaşlı oğludur. -ya istinadən xəbər verir ki, təmizlikçi işləyən qadının meyiti Sankt-Peterburqun kənarındakı meşə-park ərazisində çamadanın içərisində aşkarlanıb
14:00 0 Boşanma, gizli səs yazısı və təhdid iddiası - Madyar qalmaqalın mərkəzində
Macarıstanın Baş naziri Peter Madyar keçmiş həyat yoldaşı, 2019-2023-cü illərdə ölkənin ədliyyə naziri olmuş Yudit Varqaya qarşı hədə-qorxu ilə tələb etmə və məişət zorakılığı törətməkdə ittiham olunur. xəbər verir ki, bu barədə MTI informasiya agentliyi məlumat yayıb. Məlumata görə, müxalifətdəki "FİDE
14:10 0 Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb
Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi
11:15 125 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır
Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi
13:30 0 Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini
10:45 155 Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər
Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə
15:20 0 Yaxın Şərqdə münaqişə başlayandan bəri Hörmüz bölgəsində azı 25 dənizçi ölüb
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri - fevralın sonundan Hörmüz boğazında və ona bitişik sularda azı 25 dənizçi ölüb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean regionu üzrə köməkçisi Xaled Xiarini
14:20 0