Marketlərdə müştəriləri necə aldadırlar?

Marketlərdə müştəriləri necə aldadırlar? Bu yazıda hər gün dəfələrlə müraciət etdiyiniz alış-veriş məkanlarında marketinq hiylələrindən danışacam. Bəlkə də fərqinə varmadan bir çox hiylələrin qurbanı olur, son nəticədə kassa qarşısında cibləri boşalmış məsumca qalırıq.

"Sezonun son endirimi", "Likvidasiya", "Mağazanın bağlanması ilə əlaqədar endirimlər" - bu hiylə əsasən"əldə qalan" məhsullara xitab edən hiylədir. Qeyd edim ki, əksər vaxtlarda da işə yarayır.

Geyim mağazalarında böyük güzgülər -incə məqam: güzgü önündən keçdiyiniz zaman özünüzə nəzər yetirmədən keçə bilməzsiniz. Öz xarici görünüşündən də 100% razı olan insan tapa bilməzsiniz. O zaman fikir oyanır: təcili nəsə almalıyam. Bununla da insanlarda "nəisə alma" hiss oyanır ki, satışa da bu lazımdır:"yetər ki istə, biz bir şey taparıq"

Böyük zəmbil - böyük xərc -supermarketlərdə tövsiyyə edilən əl zəmbilləri və ya diyircəkli zəmbillər heç də bizim rahatlığımız üçün geniş hazırlanmamışdır. Belə ki, zəmbil boşluğualıcıda diskomfort yaradırvə tez bir zamanda onu doldurmaq istəyir.

Səliqəsizlik -bunu təbii ki, sizdən əvvəl gələn alıcılar deyil, mağaza işçiləri yaratmışlar. İlk dəfə Türkiyədə tətbiq edilən bu metod insanların ucuza meyillilik hissinə xitab edir. Böyük zəmbil daxilində səliqəsiz şəkildə atılmış məhsullar elə ən çox satılan məhsullardır. Qeyd edim ki, ölkəmizdə də bu hiylə geniş vüsət almışdır. Hətta bu supermarketlərdə şəkər tozu, makaron, un çeşidlərində özünü daha çox büruzə verir.

Aromarketing- bu hiylə insanların məkanda daha çox sağlamağa xitab edən taktikadır. Əsasən, təzə çörək və kofe ətri insanların vaz keçmədiyi ətirlərdəndir.

Uşağın göz səviyyəsindəki məhsullar -daha bir maraqlı hiylə. Supermarketlərdə tətbiq edilən metod, uşaqlara xitab edən məhsullarln uşaqların görə biləcəyi və əl ata biləcəyi səviyyədə yerləşdirilməsidir. Valideyn duyğularını alət edən bu metod əla hiylədir. Əgər mağazada "şou" yaranmasını istəmirsizsə, o zaman uşağınızı qucaqda ya da diyircəkli zəmbildə gəzdirin.

2 ədəd cəmi 199 AZN -şüuraltı təsir edən bu metod da "işləyən hiylə"lərdəndir. Belə ki, məhsulların təkinin qiyməti 100 AZN, ikisinin toplamında 200 AZN olan qiyməti son qiymətdə 199 AZN göstərməklə, insanlarda ucuza almaq həvəsi yaradılır. Bəs nəyə görə insanlar 1AZN-lik fərqi görmür?! Bu barədə növbəti ",99 AZN: Bizi aldadırlar?" adlı yazımda…

Yaxşı ki gördüm- kassaya gedən yolda, insanların daim tələb duyduqları məhsullar yerləşdirir. Bu isə insanlarda: "Lap yadımdan çıxacaqdı, yaxşı ki gördüm" hiss oyadır ki, son nəticə də qurbana çevrilirsiz.

Ən lazım olan - ən sondadır -mağazaya daxil olan hər kəsin mütləq aldığı: çörək, süd, pendir və sair bu kimi məhsullar mümkün qədər ən axırda yerləşdirilir. Bununla alıcının supermarketdə daha çox gəzməsinə məcbur etmək və daha çox məhsula nəzər yetirməsinə zəmin yaradır. Nəticə etibarilə, daha çox məhsul görüb, daha çox alış-veriş edirsiniz.

Ən təhlükəli yer -təbii ki bu yer kassadır. Tələsməyin, ödənişdən əvvəlcə kassadakı mövqeylənən məhsullar:saqqız, şokolad, qəzet, batareyka almayacaqsız??? Kiçik məbləğlər, böyük biznes yaradır.

mənbə: azxeber.com


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 4477   Tarix: 08 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.