Yol hərəkəti qaydaları qadınlar üçün deyil düşünən kişi hədiyyə qazandı (Fotolar)

"Yol hərəkəti qaydaları qadınlar üçün deyil!" Aranızda neçə nəfər bu fikirdədir? Kim bu fikirlə razılaşmır? Qadınların mübahisəsi yersizdir! Çünki deyəsən, kişilərin böyük əksəriyyəti bu rəydədir. Elə buna görə də Dodge brendinin "Facebook" müsabiqəsində bu fikir böyük səs çoxluğu ilə sahibinə qalibiyyət gətirib, müsabiqənin əsas hədiyyəsini – bahalı qol saatını qazandırıb.

Digər cavablar da yəqin ki, kişilərin ürəyindən olar: "Az danışmaq qadınlar üçün deyil!" düşünən müsabiqə iştirakçısı 2-ci hədiyyəni – tanınmış brenddən planşeti apardı.

"Adam kişi olar!" məsəlini qadınlara aid etməyən müsabiqə iştirakçısı isə fotoaparat uddu.

Əzələli avtomobilləri ilə məşhur Amerika brendi Dodge-un "Facebook"da keçirdiyi "Qadınlar üçün deyil" müsabiqəsi xüsusilə kişilər arasında geniş rezonans doğurdu və elə ilk iyirmiliyə düşən cavablar da mentalitetin dəstəklədiyi tabular və onların qoruyucusu kişilər oldu: təsbeh fırlatmaq, kişi işinə qarışmaq, konkret söhbət xırdalamaq, avtobusda ən arxa cərgədə oturmaq, keçəl qırxdırmaq… Kişilərin qadınlara yaraşdırmadıqları cəhətlərdən bəziləri jüri üzvlərinin marağına səbəb oldu: misal üçün, nəyə görə metroda mürgüləməyi kişilər qadınlara yaraşdırmır? "N saylı hərbi hissə qadınlar üçün deyil" fikrinin çox səs toplaması azərbaycanlı kişilərin əsgəri xidmətdə qızları görmək istəmədiyini nümayiş etdirdi.

Müsabiqənin qaliblərinə hədiyyələri peşəkar boksçu, «Dodge Charger Kişilər üçün!" kampaniyasının siması Əli İsmayılov Park Bulvar ticarət mərkəzində keçirilən tədbirdə təqdim etdi. Məşhur boksçu «Dodge Charger - Kişilər üçün» kampaniyasının siması olmaqla yanaşı, həm də müsabiqənin münsiflər heyətinin üzvü kimi iştirak edirdi. Tədbirə Dodge brendinin daxil olduğu Chrysler qrupun sinqlının (Saf qan Amerikan) ifaçısı reper AiD də (Orxan Zeynalov) qatıldı. Reperin "Satılmış səhnələr" klipi tədbirə yığışanlara hədiyyə edildi.

Qeyd edək ki, Genna Azərbaycan reklam agentliyinin Auto Azərbaycan şirkəti üçün hazırladığı "Qadınlar üçün deyil" "Facebook" tətbiqetməsi 2 həftə aktiv olmuşdur. Bu müddətdə müzakirələrdə böyük əksəriyyəti kişilər olmaqla, 600-ə yaxın adam iştirak etmişdir.

mənbə: axsam.az

Yol hərəkəti qaydaları qadınlar üçün deyil düşünən kişi hədiyyə qazandı (Fotolar)Yol hərəkəti qaydaları qadınlar üçün deyil düşünən kişi hədiyyə qazandı (Fotolar)Yol hərəkəti qaydaları qadınlar üçün deyil düşünən kişi hədiyyə qazandı (Fotolar)Yol hərəkəti qaydaları qadınlar üçün deyil düşünən kişi hədiyyə qazandı (Fotolar)Yol hərəkəti qaydaları qadınlar üçün deyil düşünən kişi hədiyyə qazandı (Fotolar)Yol hərəkəti qaydaları qadınlar üçün deyil düşünən kişi hədiyyə qazandı (Fotolar)Yol hərəkəti qaydaları qadınlar üçün deyil düşünən kişi hədiyyə qazandı (Fotolar)Yol hərəkəti qaydaları qadınlar üçün deyil düşünən kişi hədiyyə qazandı (Fotolar)Yol hərəkəti qaydaları qadınlar üçün deyil düşünən kişi hədiyyə qazandı (Fotolar)Yol hərəkəti qaydaları qadınlar üçün deyil düşünən kişi hədiyyə qazandı (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4999   Tarix: 22 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018