Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
"Report" xəbər verir ki, Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunun ABŞ tərəfindən təqdir edildiyini vurğulayıb. Dövlət katibi ABŞ-nin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərməyə hazır olduğunu bildirib.
Dövlətimizin başçısı iki ölkənin delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. Prezident İlham Əliyev delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb. Dövlətimizin başçısı sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini bildirib. Sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan Respublikası olduğunu xatırladan Prezident İlham Əliyev ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb və Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu qeyd edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir.
Dövlət katibi Antoni Blinken ABŞ ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üçün ölkəsinin niyyətini ifadə edərək enerji, iqlim, nəqliyyat, COP29 sahələrində əməkdaşlıq məsələlərini qeyd edib. Dövlətimizin başçısı da öz növbəsində Azərbaycanın ABŞ ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.
Telefon söhbəti zamanı COP29 çərçivəsində Azərbaycan və ABŞ nümayəndə heyətləri arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Antoni Blinken son zamanlarda Azərbaycanda insan haqları ilə bağlı atılmış addımları müsbət qiymətləndirərək, bunun davamlı olması ilə əlaqədar arzusunu ifadə edib.
Prezident İlham Əliyev Azərbaycanın insan hüquqları sahəsində öhdəliklərinə sadiq olduğunu və ölkəmizdə demokratik islahatların davam etdirildiyini diqqətə çatdırıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 832 Tarix: 28 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan milli mətbuatı 151 yaşında
Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür. xatırladır ki, ölkədə ilk mətbu orqanın əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Zamanında böyük risklərə baxmayaraq, Zərdabi "Əkinçi"
00:09 324 Xiaomi 18 Pro necə olacaq? - Yeni flaqmanın əsas xüsusiyyətləri məlum olub
Hələ rəsmi təqdim olunmayan Xiaomi 18 Pro modeli ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Tanınmış insayder Digital Chat Station cihazın əsas texniki xüsusiyyətlərini açıqlayıb. xarici KİV-ə istinadən xəbər verir ki, Xiaomi 18 Pro 6,4 düymlük ekran və bütün tərəflərdə ultra nazik çərçivələrlə təchiz olunacaq
21.07.2026 364 "Qadın paltarı geyinmişəm, geyinəcəyəm də"
Aktyor Nicat Rəhimov maraqlı açıqlamaları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi öz verilişində obraz naminə qadın geyimində görünməsinə münasibət bildirib. "Bizə yaraşır, geyinirik. Başımıza çox şey gəlir. Aktyoramsa, geyinmişəm, geyinirəm, geyinəcəyəm də. Obraz tələb edirsə, niyə d
12:08 200 İki məktəb direktoru işdən çıxdı
Azərbaycanda iki məktəb direktoru vəzifəsindən ayrılıb. -ın "Unikal"a istinadən məlumatına görə, Abşeron rayonu Hökməli qəsəbə tam orta məktəbinin direktoru İsmayıl Bəndəliyev və Xızı rayonu Mikayıl Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbinin direktoru Svetlana Rüstəmova yaş həddinə çatmalar
12:24 205 Vəsiyyətnamə yoxdursa, miras necə bölünür? - VƏKİLDƏN AÇIQLAMA
Vərəsəlik məsələləri ailələr arasında ən çox mübahisə yaradan hüquqi mövzulardan biridir. Xüsusilə də vəfat edən şəxs sağlığında vəsiyyətnamə tərtib etməyibsə, mirasın kimlər arasında və hansı qaydada bölünəcəyi ilə bağlı suallar yaranır. Bir neçə övladı olan şəxsin əmlakı bu halda necə bölüşdürülür
14:54 158 Rusiyadan Özbəkistan məhsullarına qadağa
"Rosselxoznadzor" iyulun 23-dən etibarən Özbəkistandan karantin məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək. xəbər verir ki, bu barədə "Rosselxoznadzor"un mətbuat xidməti məlumat yayıb. Məlumata görə, qadağa, fitosanitar tələblərin ən çox pozulmasına yol verən be
21.07.2026 297 Hava proqnozları psixologiyamıza necə təsir edir?
Hava proqnozlarının dəqiq olmaması təkcə gündəlik planları pozmur, həm də insanların psixoloji vəziyyətinə ciddi təsir göstərir. Xüsusilə yağış proqnozuna görə həftəsonu planlarını ləğv edən insanların sonradan günəşli hava ilə qarşılaşması məyusluq və narazılıq hissi yarada bilər. Qaynarinfo xəbər veri
21.07.2026 316 Tofiq Mirzəyev vəfat etdi
Azərbaycanın Xalq artisti, aktyor, rejissor Tofiq Mirzəyev İsraildə 94 yaşında dünyasını dəyişib. Qaynarinfo xəbər verir ki, Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi sosial şəbəkə hesabında məlumat yayıb. Qeyd edək ki, O, "Uşaqlığın son gecəsi", "Nəsimi", "İstintaq"
10:15 237 Qələmin dəyəri dəyişmir - KÖŞƏ YAZISI
Bəzi peşələr var ki, onların əhəmiyyətini yalnız cəmiyyət üçün gördüyü işlə ölçmək olar. Jurnalistika da məhz belə peşələrdəndir. Bu peşə illər keçsə də, texnologiyalar dəyişsə də öz mahiyyətini itirmir. Çünki insanların doğru xəbərə, etibarlı məlumata ehtiyacı heç vaxt bitmir. Azərbaycan milli mətbuat
11:27 169