Bu gün quşları təbrik etmək lazımdır

Bu gün quşları təbrik etmək lazımdırBaşlıq, bəlkə də, sizi təəccübləndirdi. Amma burada təəccüblü bir şey yoxdur.Çünki hamının Gülüş Günü kimi tanıdığı 1 Aprel həm də Beynəlxalq Quşlar Günüdür.

1902-ci ilin 19 mart tarixində "Faydalı və kənd təsərrüfatı quşlarının qorunması konvensiyası" qəbul olunub. Konvensiya 1905-ci ildə qüvvəyə minib. 1950-ci oktyabr ayının 18-də isə Parisdə həmin sənədi əvəz edən "Quşların mühafizəsi ilə bağlı beynəlxalq konvensiya" qəbul olunub.

Bu gün də məktəblilər və quş həvəskarları bağlarda və parklarda yem təknələri və yuvalar asır, quş yuvalarını yeniləmək və təzədən tikməklə quşların köçüb gəlməsinə hazırlaşırlar.

Beynəlxalq statistikaya görə, dünyada 100 mindən çox quş növü var.
Azərbaycanda isə 363-dən çox quş növü qeydə alınıb. Ölkəmizdə qeydə alınan növlər 17 dəstə və 60 fəsiləyə mənsubdur. Bunların 40%-i oturaq növ olmaqla, Azərbaycanda il boyu müşahidə edilirlər, 27%-i qışlayan və 10%-dən çoxu köç vaxtı qeydə alınan növlərdir.

Azərbaycan ərazisindən bütün Avrasiyada ən böyük miqrasiya yollardan biri keçir. Şərqi Avropa və Qərbi Sibirdən cənuba və Şərqi Afrikaya, Cənub-Qərbi Asiyaya və əksinə milyonlarla quş köç edir. Hər il Azərbaycan ərazisindən təqribən 20 milyon təkcə su-bataqlıq quşu keçir, istirahət və yemlənmək üçün dayanacaq kimi buradan istifadə edir.

Respublikamızda yaşayan 36 növ quş Azərbaycanın «Qırmızı Kitabı»na daxil edilib. Azərbaycan ornitofaunasından 23 növ quş «Dünya Qırmızı Kitabı»na daxil edilib. Azərbaycan Ornitoloji Cəmiyyətdən bildirilib ki, ölkəmizdə quşlar üçün əsas təhlükə onların yaşayış yerlərinin azalması, meşələrin qırılması, su sahələrinin qurudulması, əkinlərin genişləndirilməsi, quşların qanunsuz ovlanması, adalardakı yuvalama düşərgələrindən yumurtaların yığılması, narahatçılıq amilləridir (intensiv mal-qara otarılması, insanların yuvalama yerlərinə getməsi, istirahəti və s.). Bundan başqa, dənizdə neft çıxarılması və daşınması, elektrik xətlərinin çoxalması da quşlara təhlükə mənbələri sayılır.

mənbə: veteninfo.az


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 6090   Tarix: 01 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

TOP MP3