Dünyanın tanıdığı 7 uşaq anası

"Hollivud"un məşhur simalarından biri, dünyanın ən gözəl və cazibədar qadınlarından olan Ancelina Coli yeddinci dəfə ana olmağa hazırlaşır. Üçaylıq hamilə olduğu iddia edilən aktrisanın "Qızıl Kürə" mükafatlandırma mərasimində də bu səbəbdən iştirak etmədiyi bildirilir.Ancaq A.Coli bir müddət gözdən uzaq qalmaqla hələlik hamiləliyini gizlətməyə çalışır.
Yaraşığı və istedadı ilə çoxlarının sevimlisi olan "Hollivud" aktyoru Bred Pitt və A.Colinin 6 övladı var. Onların üçü doğma, üçü isə övladlığa götürülüb. İlk dəfə 2002-ci ildə qaradərili Meddoks Çivanı övladlığa götürüblər. 2006-cı ildə isə Şilo Nuvel adını verdikləri qızları dünyaya gəlib. Ulduzlar körpənin şəkillərini "People" və "Hello" jurnallarına 10 milyon dollara satıblar.

2008-ci ildə onların əkiz uşaqları olub - biri oğlan (Noks Leon), biri qız (Vivyen Marşelin). Noks və Vivyenin ilk şəkilləri də rekord qiymətə (14 milyon dollar) satılıb. Həmin pullar xeyriyyəçiliyə xərclənib.
B.Pitt və A.Coli Los-Ancelesdə böyük bir evdə yaşayırlar, övladlarının tərbiyəsi və təhsili ilə şəxsən məşğul olurlar.

Xoşməramlı səfir

A.Coli humanitar fəaliyyətilə də məşhurdur. Aktrisa 2001-ci ildən BMT-nin xoşməramlı səfiridir. "O, yeni vəzifəsində diqqəti qaçqın və köçkünlərin problemlərinə yönəldir, onların həlli üçün çalışır", - deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəsmi nümayəndəsi Edrian Edvards bildirib. Onun sözlərinə görə, aktrisa tez-tez dünyanın ən təhlükəli regionlarına səfər edir, qadın və uşaq hüquqlarının qorunması uğrunda mübariz kimi tanınır.

"Hollivud" ulduzu İordaniyanın Zaatari şəhərində məskunlaşmış 27 min suriyalı qaçqına baş çəkib. Eləcə də Türkiyənin Qaziantep şəhərindəki suriyalı qaçqınların düşərgəsinə gedərək onlara 100 min dollar yardım edib. Ümumiyyətlə, xoşməramlı səfir kimi 12 illik fəaliyyətində 40-a yaxın ölkəyə gedib, qaçqınlara maddi və mənəvi dəstək verib.

İctimai işlər son illər A.Colini filmlərdən kənar qoyub və həyat yoldaşının ardınca özü də aktyorluq karyerasına son qoymağa hazırlaşır. Ulduz cütlük uşaqlarına və xeyriyyəçiliyə daha çox vaxt ayırmaq istəyir. B.Pitt hələ ötən il elan edib ki, fəaliyyətini rejissor kimi davam etdirmək niyyətindədir. Ancelina da hesab edir ki, daha əvvəlki kimi kinoya vaxt ayıra bilmir: "Yəqin ki, daha kinoya çəkilməyəcəyəm. Uşaqlar böyüyür. Onlara daha çox vaxt ayırmaq lazımdır. Səhər erkən oyanıram, xəbərlərə baxıram ki, baş verənləri öyrənim. Sonra da məişət və uşaqların qayğıları".

Dünya aktrisası

A.Coli "Hollivud" siması olsa da, özünü dünya aktrisası hesab edir. Fotomodel kimi də məşhur olan kinoulduzu "Oskar" və üç dəfə "Qızıl Qlobus", iki dəfə isə ABŞ aktyorları arasında "Gildiya" mükafatının qalibidir. O, kinoya təsadüfən gəlməyib. Voyt soyadını daşıyan Coli məşhur amerikalı aktyor Con Voyt və yarı fransız, yarı kanadalı aktrisa Marşelin Bertranın qızıdır. "Coli" fransız dilindən tərcümədə "yaxşı, gözəl" deməkdir. Lakin aktrisa fransızca bilmir.

Ancelina 1 yaşında ikən valideynləri ayrılıb. Uşaqlarını böyütmək üçün anası karyerasını davam etdirməyib, amma onları tez-tez kinoya aparıb. Bu, Ancelinada kinoya maraq yaradıb. 11 yaşında Los-Ancelesdə kino məktəbinə daxil olub. Sonra isə Beverli Hills liseyində təhsil alıb. 14 yaşında o, model işləməyə başlayıb, məşhur müğənnilərin kliplərində çəkilib. 16 yaşında ikən teatra gələn A.Coli qardaşının çəkdiyi bir neçə filmdə rol alıb. 1993-cü ildə çəkildiyi "Hakerlər" filmi ona ilk böyük uğuru gətirib.

1997-ci ildə "Corc Uolles" filmi ilə ilk mükafatların - "Emmi" və "Qızıl Qlobus"un sahibi olur. Nyu-York Universitetində ssenari fakültəsində təhsili alan A.Coli 1999-cu ildə "Yarıda buraxılmış həyat"la üçüncü dəfə "Qızıl Qlobus" və "Oskar"a layiq görülür.

2001-ci ildə "Lara Kroft" filmindəki roluna görə A.Coli 12 milyion qonorar alaraq "Hollivud"un ən çox qazanan aktrisalarından birinə çevrilir. 2004-cü il Ancelina Robert De Niro, Rene Zellveger və Uil Smitlə birgə "Sualtı qardaşlar" cizgi filmini səsləndirir. Animasiya filmi 363 milyon dollar gəlir gətirir. Onun ardınca Oliver Stounun "Makedoniyalı İsgəndər" filmində İsgəndərin anası obrazını yaradır. 2005-ci ildə "Cənab və xanım Smit" filminə görə 20 milyon dollar qonorar alaraq Culiya Roberts və Kameron Diazla eyni pilləyə yüksəlir. Filmdən əldə olunan qazanc 480 milyon dollar olur. Burada o, gələcək həyat yoldaşı B.Pittlə tanış olur və Cenifer Enistondan boşanan B.Pitt A.Coli ilə evlənir.

Artıq 9 ildir birgə yaşasalar da, sevgili cütlər hələ də nikah masasına əyləşməyiblər. Lakin övladlarının xahişi ilə bu ilin mayında rəsmən evlənmək niyyətindədirlər.

Dünyanın tanıdığı 7 uşaq anasıDünyanın tanıdığı 7 uşaq anasıDünyanın tanıdığı 7 uşaq anasıDünyanın tanıdığı 7 uşaq anası


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 7718   Tarix: 18 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dolma bişirərkən suyuna nə əlavə edilməlidir?

Dolmanın həm rənginin parlaq qalması, həm də dadının daha dərin olması üçün bişirmə suyuna duz, limon şirəsi, zeytun yağı, bir az şəkər tozu və ətirli ədviyyatlar əlavə etmək məsləhətdir. xəbər verir ki, dolma suyuna duz əlavə etmək həm yarpağın, həm də içliyin dadını tarazlayır. Duz düyü və ətin təbi

22.03.2026 542
.

Yaponlar niyə gecələr mətbəx çanağına duz tökürlər?

Yaponiyada təmizlik mədəniyyəti gündəlik həyatın ayrılmaz hissəsi hesab olunur. Son dövrlərdə diqqət çəkən vərdişlərdən biri gecə saatlarında çanağa duz tökülməsidir. Bəs bu tətbiqin arxasında hansı səbəblər dayanır?. xəbər verir ki, Yaponiyada ev təmizliyində çox vaxt baha başa gələn kimyəvi maddələ

22.03.2026 618
.

Qorxuducu trend - Ölüləri "dirildirlər"

Sosial mediada mərhum sənət adamları ilə bağlı yaradılan trend narahatlığa səbəb olub. Axşam.az xəbər verir ki, bəzi səhifələr süni intellektdən istifadə edərək mərhumun şəkillərini ödəniş müqabilində "canlandıran" videolar yaradırlar. Bəziləri bunu texnoloji irəliləyiş kimi qəbul etsə də

28.03.2026 479
.

Sonuncu həmtəsisçi də Maskın süni intellekt startapını tərk etdi

Amerikalı sahibkar İlon Maskın yaratdığı "xAI" startapını sonuncu həmtəsisçi də tərk edib. "Business Insider"ə istinadən xəbər verir ki, şirkətdə prioritetlərin koordinasiyasına və ümumi fəaliyyətə nəzarət edən Ross Nordin vəzifəsindən ayrılıb. Məlumata görə, Nordin 2023-cü ildə "xAI"ni

29.03.2026 441
.

Çayı belə dəmləyənlər HƏMİŞƏ TƏRİF EŞİDİRLƏR

Azərbaycanda çay sadəcə bir içki deyil, gündəlik həyatın ayrılmaz hissəsidir. Yeni araşdırmalar göstərir ki, çayın həm dadı, həm də faydası istifadə etdiyiniz dəmliyin materialından birbaşa asılıdır. xəbər verir ki, tayvanlı elm adamları saxsı, şüşə, paslanmaz polad, silika-gel və farfor (porselen) dəmliklər

29.03.2026 693
.

Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə "yox" deyilir?

Adın dəyişdirilməsi haqqında ərizənin icra müddəti qanunvericiliklə tənzimlənmir. Təcrübəyə görə bu müddət təxminən 2-3 ay davam edir. Lakin hər kəs ad, soyad və ya ata adını dəyişmək hüququna malik deyil. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:. Ad insanın kimliyidir. Laki

22.03.2026 425
.

Bu rekorda tibb dünyası hələ də izah tapmayıb: 69 uşaq doğan qadının HEKAYƏSİ

Tarixdə elə hekayələr var ki, onları eşidəndə inana bilmirsiniz. XVII əsrdə Rusiyada yaşamış Valentina Vasilievanın həyatı da məhz belə hekayələrdəndir. 27 doğuşda 69 uşaq dünyaya gətirdiyi iddia edilən Vasiliyeva, "Ginnessin Rekordlar Kitabı"na görə tarixdə ən çox uşaq dünyaya gətirən an

29.03.2026 764
.

Süni intellektə güvənməməli olduğunuz - 7 məqam

Süni intellekt artıq yalnız texnologiya deyil, həm də gündəlik həyatımızın görünməz bir hissəsinə çevrilib. Məlumatlar, işlə bağlı verdiyimiz qərarlar, hətta şəxsi tövsiyələr. Lakin bu rahat mənzərə mühüm bir sualı da ortaya çıxarır: Həqiqətən hər mövzuda süni intellektə güvənə bilərikmi? Çünki sün

20.03.2026 484
.

İqlim dəyişikliyi dünyada xəstəliklərin yayılmasını artırır

İqlim dəyişikliyi artıq təhlükəli xəstəliklərin yayılmasına təsir göstərir. Bir araşdırma fırtına və isti havanın denqe qızdırması üçün şərait yaratdığını göstərib. İqlim dəyişikliyinin yaratdığı ekstremal hava hadisələri yoluxucu xəstəliklərin yayılmasını əhəmiyyətli dərəcədə artıra bilər. -ın xaric

22.03.2026 340
.

TOP MP3