AAYDA-nın "torpaqyeyən" məmurları
Ölkədə tıxacların aradan qaldırılması üçün Preizident İlham Əliyevin rəhbərliyi ilə bir sıra layihələri icra olunur.
Tribuna.az xəbər verir ki, indiyə qədər çoxlu sayda layihələr həyata keçirilib ki, bu da insanların rahatlıqla mənzil başına çatmasına yardımçı olub.
Lakin bu işlərə kölgə salanlar da var. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) keçmiş sədr Saleh Məmmədov dönəmindən qalma bir çox neqativlər hələ də davam edir. Xüsusilə də Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun inşası zamanı vətəndaşların haqlarının tapdalanması prosesinə daha çox rast gəlinir.
Verilən məlumatlara görə, AAYDA-nın İnvestisiya İdarəsinin İnvestisiya Layihələri üzrə Yol Əsası və Mühafizə Zolağında olan Maneələrin Aradan Qaldırılması və Monitorinqi Şöbəsinin üç əməkdaşı sözügedən məsələdə ad çıxarıblar. Söhbət Surət, Mehman və Elvin adlı məmurlardan gedir.
Bildirilir ki, Fatmai, Mehdiabad, II Sovxoz, Bitçililik İnstitutunun yaxınlığındakı ərazilərdə yol çəkilişi ilə bağlı ciddi narazılıq müşahidə edilir. Mehdiabad yaxınlığında da yol çəkilişi və körpü inşası vətəndaşların mülkiyyət hüquqlarının kobud şəkildə pozulması səbəbi ilə narazılıqla qarşılanıb.
Vətəndaşların verdiyi məlumata görə, AAYDA-nın "3 muşketyoru" müxtəlif bəhanələrlə vətəndaşların kompensasiya almasını məhdudlaşdırır, onların sahib olduğu torpaq sahələrini öz qohumlarının adına aşağı qiymətə sənədləşdirir, daha sonra yol-körpü layihəsi səbəbilə plana düşən həmin torpaq sahələrinə görə yüksək məbləğdə kompensasiya əldə edirlər.
Bundan başqa, Saleh Məmmədovun yetirmələri vətəndaşları daha aşağı məbləğdə kompensasiyaya razı salmaq üçün onların sahib olduqları çıxarışların etibarlılığına əsassız iradlar tutur, bəzi hallarda yol layihəsi keçən torpaq sahələrinin yarısı, yaxud bəlli bir qismi üçün kompensasiya ödəmirlər. Bəzi ərazilərdə vətəndaşlara heç bir ödəniş etmədən onların sahib olduqları torpaq üzərində körpü qovşaqları inşa edilib ki, bu da ciddi qanun pozuntusu deməkdir.
Hətta iş o yerə çatıb ki, bu şəxslər Ulu Öndər Heydər Əliyev tərəfindən vətəndaşlara əvəzsiz olaraq verilən və onların tam mülkiyyəti olan torpaq sahələri ilə bağlı da vətəndaşlara hədə-qorxu gəlir, onlara çatmalı olan vəsaiti mənimsəmək üçün min bir üsula əl atırlar.
Nəzərinizə çatdıraq ki, yaxın günlərdə oxuculara adıçəkilən məmurların yol verdiyi qanunsuzluqlarla bağlı daha ətraflı tanış edəcəyik.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1074 Tarix: 01 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMoskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik
03.10.2026 176 ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
00:07 98 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində
03.10.2026 169 Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər
Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti
00:23 109 Buryatiyada insanların həyatına təhlükə yaradan 330-dan çox ayı zərərsizləşdirilib
Mütəxəssislər Buryatiyada yaşayış məntəqələrinə yaxınlaşaraq insanlar üçün təhlükə yaradan 330-dan çox ayını zərərsizləşdiriblər. "Report" xəbər verir ki, bu barədə TASS "Burprirodnadzor"a istinadən məlumat yayıb. "İnsanlar üçün təhlükə yaradan 331 ayı zərərsizləşdirilib. Buryatiyad
03.10.2026 154 Azərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO
Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəb
03.10.2026 207 "Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı
Türkiyənin Silivri Respublika Baş Prokurorluğu tərəfindən Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı başladılan istintaq çərçivəsində yeni faktlar ortaya çıxıb. bu barədə "Haber Global" istinadə xəbər verir. Belə ki, istintaq çərçivəsində keçmiş polis rəisi və ssenarist, istintaq çərçivəsind
03.10.2026 173 DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var
Bakı və Gəncədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bakı və Gəncə şəhərlərində keçirdiyi tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsind
03.10.2026 162 GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI
2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər
00:25 103