7 nömrəli Yol İstismar İdarəsinin direktoru işçiləri şəxsi zavodunda çalışdırır? - İDDİA
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 7 nömrəli Yol İstismar İdarəsinin direktoru Məzahir Əliyevin dövlətə məxsus işçi qüvvəsini və xidməti resursları şəxsi maraqları üçün səfərbər etdiyi iddia olunur.
Tribuna.az-ın əldə etdiyi məlumata görə, Məzahir Əliyev AAYDA-nın ştatında olan bir qrup işçini özünə məxsus beton-asfalt zavodunda çalışdırır. Halbuki AAYDA-nın balansında belə bir zavod yoxdur. Bu isə dövlət qurumunun kadr və maliyyə resurslarının şəxsi biznes fəaliyyətinə yönəldilməsi ilə bağlı ciddi suallar yaradır.
İddialara əsasən, direktor öz vəzifə səlahiyyətlərindən və inzibati imkanlarından istifadə edərək ən azı 10 nəfər ştatlı işçini şəxsi zavodunda işləməyə cəlb edib. Həmin şəxslər faktiki olaraq Məzahir Əliyevə məxsus istehsal obyektində fəaliyyət göstərsələr də, onların əməkhaqqı dövlət büdcəsi hesabına ödənilir. Başqa sözlə, dövlətin maaş fondundan ayrılan vəsaitin şəxsi təsərrüfatın saxlanılmasına yönəldildiyi iddia edilir.Məsələ bununla da yekunlaşmır.
Məlumata görə, 7 nömrəli Yol İstismar İdarəsinin əməkdaşları direktorun Qobustan rayonunda icarəyə götürdüyü "Qobuland" ailəvi istirahət mərkəzində də fəhlə kimi işlədilir. Məzahir Əliyevin idarəni "Qobuland"dan idarə etdiyi bildirilir.İddialar təsdiqini taparsa, bu hal dövlət qurumunun əmək resurslarının birbaşa şəkildə şəxsi kommersiya obyektinə daşınması və istismar olunması kimi qiymətləndirilə bilər.
Bununla yanaşı, 67 yaşlı Məzahir Əliyevin idarəyə məxsus xidməti avtomobildən də şəxsi məqsədlərlə istifadə etdiyi bildirilir. İddialara görə, dövlət balansında olan nəqliyyat vasitəsi ilə onun icarəsində olan istirahət mərkəzinə ərzaq və digər yüklər daşınır. Bu isə xidməti avtomobilin təyinatından kənar istifadəsi və dövlət əmlakının şəxsi ehtiyaclara yönəldilməsi anlamına gəlir.
Cavan kadrlara ehtiyac ola-ola Məzahir Əliyevin pensiya yaşının kerçməsinə baxmayaraq hələ də vəzifədə qalması təəcüb doğurur.
Ortaya çıxan bu iddialar bir neçə ciddi məqamı gündəmə gətirir:
dövlət işçilərinin şəxsi biznesdə çalışdırılması, büdcə vəsaitinin dolayı yolla mənimsənilməsi riski, xidməti avtomobillərdən şəxsi məqsədlər üçün istifadə və vəzifə səlahiyyətlərinin şəxsi maraqlara tabe etdirilməsi.
Əgər sadalananlar doğrudursa, bu, təkcə etik pozuntu deyil, həm də hüquqi qiymət tələb edən məsələdir. Çünki söhbət dövlət qurumunun resurslarının sistemli şəkildə şəxsi təsərrüfata yönəldilməsindən gedir.
Mövzu ilə bağlı AAYDA-nın və 7 nömrəli Yol İstismar İdarəsinin də mövqeyini öyrənməyə, qarşı tərəfin münasibətini dərc etməyə hazırıq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1024 Tarix: 01 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKeniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb
Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi
03.10.2026 150 Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"
Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın
03.10.2026 150 Azərbaycan manatının dövretmə sürəti 8 ayda azalıb
Bu ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,96 bənd təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,04 bənd, ilin əvvəlinə nisbətən 0,24 bənd, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is
03.10.2026 142 Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər
Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti
00:23 109 Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul
03.10.2026 170 ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
00:07 98 "Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı
Türkiyənin Silivri Respublika Baş Prokurorluğu tərəfindən Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı başladılan istintaq çərçivəsində yeni faktlar ortaya çıxıb. bu barədə "Haber Global" istinadə xəbər verir. Belə ki, istintaq çərçivəsində keçmiş polis rəisi və ssenarist, istintaq çərçivəsind
03.10.2026 173 Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? - Mərkəzi Bankdan AÇIQLAMA
Yeni 100 manatlıq əsginasların bəzi ödəniş terminalları tərəfindən qəbul edilməməsi ilə bağlı görüntülər yayılıb. BakuES-in paylaşdığı videoda vətəndaşın terminala yeni 100 manatlıq əsginası yerləşdirməsinə baxmayaraq, cihazın pulu geri qaytardığı görünür. Bəs yeni 100 manatlıqların bəzi terminallard
00:13 111 Buryatiyada insanların həyatına təhlükə yaradan 330-dan çox ayı zərərsizləşdirilib
Mütəxəssislər Buryatiyada yaşayış məntəqələrinə yaxınlaşaraq insanlar üçün təhlükə yaradan 330-dan çox ayını zərərsizləşdiriblər. "Report" xəbər verir ki, bu barədə TASS "Burprirodnadzor"a istinadən məlumat yayıb. "İnsanlar üçün təhlükə yaradan 331 ayı zərərsizləşdirilib. Buryatiyad
03.10.2026 154