Alman şirkətləri Azərbaycanda dayanıqlı turizm sahəsindəki imkanları araşdıracaq
Almaniya şirkətlərinin nümayəndə heyəti 2027-ci ilin 6-11 iyun tarixlərində dayanıqlı turizm sahəsində ticarət missiyası çərçivəsində Azərbaycana səfər edəcək.
"Report"un Alman-Azərbaycan Xarici Ticarət Palatasına (AHK Azerbaijan) istinadən verdiyi məlumata görə, səfər proqramı Bakı, Qəbələ və Şəkini əhatə edir.
Missiyanın proqramında yerli turizm bazarının iştirakçıları üçün təqdimatların keçirilməsi, turizm müəssisələri və məkanlarına səfərlərin, habelə potensial azərbaycanlı tərəfdaşlarla B2B formatında fərdi işgüzar görüşlərin təşkili nəzərdə tutulur.
Təşəbbüs əsasən mehmanxana təsərrüfatının dayanıqlı idarəçiliyi, o cümlədən enerji istehlakının və sudan istifadənin optimallaşdırılması; hotellərin, kurort komplekslərinin və təbiət turizmi obyektlərinin layihələndirilməsi, mühəndis təminatı və təchizatı; ekoloji turizm, piyada turizmi və təbii mühitdə aktiv istirahət; rezervasiya, turizm istiqamətlərinin idarə edilməsi və səyahətçilərə informasiya xidmətinin göstərilməsi üçün rəqəmsal platformalar; ekoloji və keyfiyyət menecmenti, dayanıqlı inkişaf sahəsində sertifikatlaşdırma, turizm sahəsi üçün mütəxəssislərin hazırlanması sahələrində ixtisaslaşan kiçik və orta sahibkarlıq (KOB) subyektlərinə yönəlib.
Missiya Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyinin (BMWE) sifarişi ilə "COMMIT Project Partners GmbH" şirkəti tərəfindən "AHK Azerbaijan" ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirir. "AHK Azerbaijan"da qeyd ediblər ki, 2026-cı ildə Almaniyanın üç şəhərində turizm üzrə "roadshow" keçirilib. Bu "roadshow" çərçivəsində Almaniyanın 100-dən çox turoperatoru və turizm agentliyi Azərbaycanın turizm imkanları ilə tanış olub.
Azərbaycan Dövlət Turizm Agentliyinin statistik məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkəni 20 758 almaniyalı turist ziyarət edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 % çoxdur. Eyni zamanda, hesabat dövründə Almaniyaya səfər etmiş Azərbaycan vətəndaşlarının sayı 22 928 nəfərə çatıb, illik müqayisədə artım 3,81 % olub.
BiG.Az
Telegramda izləyin
Turizm Baxılıb: 182 Tarix: 21 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMikel Arteta "Arsenal"ın tarixinə düşüb
İngiltərənin "Arsenal" klubunun baş məşqçisi Mikel Arteta klubun tarixinə düşüb. "Report" xəbər verir ki, ispaniyalı mütəxəssis "topçular"ın Premyer Liqanın XII turunda "Brentford"u 1:0 hesabı ilə məğlub etdiyi görüşdə klub rekordunu yeniləyib. London təmsilçis
26.11.2023 12764 FIFA prezidenti: "Üç saat pivə içməsən, sənə heç nə olmayacaq"
"İnanıram ki, üç saat ərzində pivə içməsən, o zaman sənə heç nə olmayacaq". "Report"un məlumatına görə, bunu FIFA prezidenti Canni İnfantino Qətərdə keçiriləcək dünya çempionatı zamanı stadionlarda pivə satışının qadağan olunması ilə bağlı mətbuat konfransında deyib. 52 yaşlı funksione
19.11.2022 15318 Messinin komandasının oyununun biletləri 6 dəqiqəyə satılıb
Lionel Messinin çıxış etdiyi ABŞ-nin "İnter Mayami" klubunun səfərdə "Los-Anceles Qalaksi" ilə oyununa böyük maraq olub. "Report" AS nəşrinə istinadən xəbər verir ki, qarşılaşmanın biletləri 6 dəqiqəyə alınıb. Satışlar yanvarın 11-də başlayıb və 360 saniyə davam edib. Yalnı
13.01.2024 12444 Azərbaycan hotellərində dekabr üçün orta qiymət 25 %-ə yaxın artıb
Bu il Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə onlayn bronlaşdırma sistemi olan vasitəsilə bir gecə qalmaq üçün orta qiymət 154,3 manat təşkil edib. "Report" Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən illə müqayisədə 24,2 % çoxdur. Təkcə dekabr ayınd
08.12.2024 9154 Azərbaycan gimnastı Dünya Kubokunda gümüş medal qazanıb
Azərbaycan təmsilçisi Selcan Mahsudova Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda gümüş medal qazanıb. "Report"un məlumatına görə, 19 yaşlı idmançı finalda ilk cəhddə 52.780 xala layiq görülüb. Qızıl medalı 53.900 xalla İrina Kundius (Rusiya), bürünc medalı isə 51,820 xalla Corciy
13.02.2022 7539 Turlar.az - bütün turizm elanları bir saytda !
Azərbaycanda turizm elanlar platformasıdır. Hər gün yüzlərlə turizm şirkəti öz turizm elanlarını saytında yerləşdirir. Saytda turizm sahəsinə aid bütün elanlar tapmaq mümkündür. Xarici Turlar , Daxili turlar, Avia biletlər, Viza dəstəyi , Hotel və kortec sifarişləri, Rent a cars avtomobil icarəsi v
17.11.2026 20859 Qədimi Şəki şəhərimiz bayram günlərində - ÖZƏL GÖRÜNTÜLƏR
Bir çox şəhərlərimiz kimi, Şəki də bayram günlərində qara büründü. BİG.AZ şəhərdəki gözəl mənzərələrin görüntülərini təqdim edir:. Fotoqraf: De.Castro
29.03.2022 10430 MMA döyüşçüsü beyin qanaxmasından ölüb
Qarışıq döyüş növləri (MMA) üzrə döyüşçü Məhəmmədəli Saidov məşq zamanı aldığı xəsarətdən dünyasını dəyişib. "Report" xəbər verir ki, bu barədə TASS-a idmançının komandası məlumat verib. "Məhəmmədəli sparrinq zamanı xəsarət alıb, beyninə qan sızması başlayıb. O, komada idi. Dünən gec
19.03.2023 15960 Novruz bayramına özəl daxili turlar
Novruz Bayramı ərəfəsində bir çox insanlar Azərbaycanda gəzməli görməli yerlərinə gedirlər. Daxili turlar təşkil edən turizm şirkətləri bununla istirahət sevərlərə maraqlı, əyləncəli Novruz bayramına özəl daxili turlar təklif edilər. Daxili Turlar Azərbaycanın ən görməli yerlərinə təşkil olunur. Nəqliyat
11.03.2022 934