Prezident və xanımının şərəfinə rəsmi nahar verilib

Prezident və xanımının şərəfinə rəsmi nahar verilibNoyabrın 21-də Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, prezidentlər tədbirdə çıxış ediblər.

Əvvəlcə Vyetnam Prezidenti To Lam çıxış edib:

"Zati-aliləri Prezident İlham Əliyev və birinci xanım.

Hörmətli qonaqlar.

Bir daha Sizə, cənab Prezident, birinci xanıma və Azərbaycan Respublikasının yüksəksəviyyəli nümayəndə heyətinə Vyetnama rəsmi səfəriniz münasibətilə ən səmimi salamlarımı çatdırmaq istəyirəm. Siz "Odlar Yurdu"ndan minilliklər boyu mədəniyyət tarixi olan paytaxt şəhər Hanoya özünüzlə səmimi sevginizi gətirmisiniz. Vyetnamı və Azərbaycanı minlərlə kilometr ayırır. Hər iki ölkənin özünəməxsus coğrafi və mədəni xüsusiyyətləri var. Ölkələrdən biri Şərq dənizinin, digəri isə Xəzər dənizinin sahilində yerləşir. Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mahiyyətini və mədəni irsini daşıyan inci hesab olunur. Ölkəniz ecazkar Qafqaz dağlarını, geniş Xəzər dənizini, yüz illərlə tarixi olan qala və sarayların müasir memarlıq tikililəri ilə birlikdə harmoniya içində mövcud olduğu qədim, lakin müasir paytaxt şəhəri Bakını yada salır. Bundan da heyrətamizi xalqlarımızı birləşdirən oxşar mənəvi, duyğusal və mədəni dəyərlərdir. Bunlara ana vətənimizə sevgi, milli qürur və məğlubedilməz iradə daxildir. Hər iki xalq sarsılmaz olmaqla yanaşı, mehriban, qonaqpərvər və sadiqdir. Ölkənin qonaqlarını ürəkdən və səmimiyyətlə salamlayan Azərbaycanın zəngin mədəni xalçaları şəxsən məni çox təsirləndirib. Xüsusilə Sizin, birinci xanımın və Azərbaycan xalqının bizə göstərdiyi çox səmimi qəbulu nəzərə alaraq, ötən yay Azərbaycana səfərimdən məndə və Vyetnam nümayəndə heyətinin üzvlərində unudulmaz xatirələr qalıb.

Hörmətli qonaqlar, ölkənizin ənənəvi dostu olaraq Vyetnam Azərbaycanın sosial-iqtisadi inkişafın sürətləndirilməsində və beynəlxalq aləmdə nüfuzunun artırılmasında nümayiş etdirdiyi cəsarət və yaradıcılıq sayəsində qazandığı böyük nailiyyətləri qeyd etməkdən həmişə fərəhlənib. Tamamilə əminəm ki, Sizin mükəmməl rəhbərliyinizlə Azərbaycan, hətta bundan da böyük inkişafa nail olacaq, regionda və dünyada sülh, sabitlik amallarına dəyərli töhfəsini verəcək. Azərbaycan xalqının Vyetnama milli azadlıq mübarizəsində, yenidən birləşməsində və formalaşmasında verdiyi böyük və qiymətli dəstəyi heç vaxt unutmamalıyıq. Bir çox vyetnamlı üçün Azərbaycan indi onların ikinci evinə çevrilib. Minlərlə vyetnamlı tələbə Azərbaycandakı auditoriyalarda yetişib, orada əldə olunan bilikləri ata yurdunda tətbiq edib, müəllimlərinə və dostlarına səmimi hisslər keçirib. Bu bağlılıq məşhur bəstəkar Qara Qarayevin bəstələdiyi "Vyetnam süitası" əsərində və müharibələrin tüğyan etdiyi bir dövrdə işinə sevgisinin onu Vyetnama aparan, xalqımızın ilk film məktəbinin və inqilabi kinoda yer alan aktyorların qızıl nəslinin təməlini qoyan istedadlı rejissor Əjdər İbrahimovun işində öz əksini tapıb.

Cənab Prezident, möhtərəm qonaqlar. Bizim uzunmüddətli ənənəvi dostluq münasibətlərimiz var. 1959-cu ildə Prezident Ho Şi Minin Azərbaycana, 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfərləri xalqlarımız arasındakı əlaqələrdə mühüm mərhələlər olub. Xüsusilə qeyd etmək lazımdır ki, Vyetnam ilə Azərbaycan arasında neft-qaz sahəsində əməkdaşlıq iki ölkənin beynəlxalq həmrəyliyinin və dəstəyinin nümunəvi göstəricisidir. Azərbaycan çətin dövrlərdə neft-qaz sektorunun təməlinin qoyulmasında Vyetnama dəstək göstərib. Sonradan bu sahə inkişaf edərək strateji sütuna çevrilib, Vyetnamın sənayeləşməsi, modernləşməsi və beynəlxalq inteqrasiyası proseslərinə mühüm töhfə verib.

Nəsillər boyu liderlərimizin və xalqlarımızın yaratdıqları səmimi əlaqələr, göstərdikləri əzmkar səylər sayəsində 2025-ci ilin mayında strateji tərəfdaşlığın qurulması ilə ikitərəfli əməkdaşlıq tariximiz yeni mərhələyə qədəm qoyub. Bizim borcumuz iki ölkə arasında mövcud olan etimadı və sevgini daha da möhkəmləndirmək, ikitərəfli münasibətlərimizdəki hər bir inkişafın xalqlarımıza əhəmiyyətli fayda gətirməsini təmin etməkdir.

Əziz dostlar, bu səhər Prezident Əliyevlə mən açıq və mühüm ikitərəfli danışıqlar, Vyetnam-Azərbaycan strateji tərəfdaşlığının gələcəkdə daha da möhkəmləndirilməsi imkanları və yolları ilə bağlı fikir mübadiləsi apardıq və razılığa gəldik. Mən qəti şəkildə inanıram ki, qarşılıqlı əzmkarlığımız və səylərimiz sayəsində iki ölkə arasındakı coğrafi məsafə yeni əməkdaşlıq layihələri və nailiyyətlər, həmçinin gənclərimiz arasında mövcud olan və əcdadlarımızdan bizə miras qalan dəyərli dostluq bağları ilə aradan qaldırılacaq.

Təlatümlü dünyada Vyetnam regionda və beynəlxalq aləmdə sülhə, sabitliyə, əməkdaşlığa və inkişafa töhfə vermək, bununla da hər iki xalqın öz gələcəyini inamla qurması üçün zəmin yaratmaq məqsədilə Azərbaycanla birlikdə çalışmaq istəyir.

Cənab Prezident, ölkələrimiz arasında nəsillər boyu formalaşmış səmimi münasibətləri nəzərə alaraq Sizin Vyetnama səfəriniz şübhəsiz ki, Vyetnam-Azərbaycan əlaqələrinin növbəti inkişaf mərhələsinə yeni təkan verəcək".

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib:

"Hörmətli cənab Prezident, hörmətli birinci xanım.

Xanımlar və cənablar.

Cənab Prezident, ilk növbədə, məni Vyetnama rəsmi səfərə dəvət etdiyinizə, eləcə də səfər zamanı mənə və nümayəndə heyətinə göstərdiyiniz yüksək qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm. Gözəl ölkənizə yenidən səfər etməyə şadam.

Gələn il biz Azərbaycanla Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 35-ci ildönümünü qeyd edəcəyik. Lakin xalqlarımız arasında mövcud olan dostluq əlaqələrinin tarixi daha qədimdir. Azərbaycan-Vyetnam dostluq və əməkdaşlıq əlaqələrinin, xoş ənənələrinin əsası ötən əsrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Vyetnam xalqının böyük oğlu Prezident Ho Şi Min tərəfindən qoyulmuşdur. Bu tarixi irsin bu gün də qorunaraq yaşadılması və davam etdirilməsi böyük məmnunluq doğurur.

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır. Keçən il hörmətli Prezident cənab To Lamın ölkəmizə dövlət səfəri zamanı qəbul edilən "Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat" ikitərəfli əlaqələrimizi keyfiyyətcə yeni pilləyə qaldırıb.

Vyetnama səfərimin nəticələrindən çox məmnunam. Biz səmərəli görüşlər keçirərək ikitərəfli əlaqələrimizin geniş spektrinə və əməkdaşlığımızın perspektivlərinə dair faydalı fikir mübadiləsi apardıq, vacib sənədlər imzalandı. Azərbaycanla Vyetnam arasında yüksəksəviyyəli siyasi dialoq və qarşılıqlı anlaşma siyasi, iqtisadi-ticari, enerji, müdafiə, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait yaradır. İnanıram ki, birgə səylərimizlə strateji tərəfdaşlığımızın daha da güclənməsinə nail olacağıq.

Azərbaycanla Vyetnam beynəlxalq strukturlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Vyetnamın hər zaman, xüsusilə də 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyinə və ədalətli mövqeyinə görə minnətdarıq.

Ölkələrimizin mədəni və humanitar əlaqələrinin də zəngin tarixi mövcuddur. Hələ 1955-ci ildə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev "Vyetnam süitası"nı bəstələmiş, Vyetnam Prezidenti Ho Şi Minin dəvəti ilə azərbaycanlı kinorejissor, ssenarist və yazıçı Əjdər İbrahimov bir müddət Vyetnamda çalışaraq burada ilk milli kino məktəbinin yaradılmasında iştirak etmişdir. Eyni zamanda, sovet dövründə 5 minə yaxın vyetnamlı tələbə Azərbaycanda təhsil alaraq, daha sonra vətənlərinin rifahına töhfə verən peşəkar mütəxəssislərə çevrilmişdir".

Sonda prezidentlər Azərbaycan-Vyetnam əlaqələrinin daha da inkişaf etdirilməsinin önəmini vurğulayıblar.

Prezident və xanımının şərəfinə rəsmi nahar verilibPrezident və xanımının şərəfinə rəsmi nahar verilibPrezident və xanımının şərəfinə rəsmi nahar verilibPrezident və xanımının şərəfinə rəsmi nahar verilibPrezident və xanımının şərəfinə rəsmi nahar verilibPrezident və xanımının şərəfinə rəsmi nahar verilibPrezident və xanımının şərəfinə rəsmi nahar verilibPrezident və xanımının şərəfinə rəsmi nahar verilibPrezident və xanımının şərəfinə rəsmi nahar verilibPrezident və xanımının şərəfinə rəsmi nahar verilibPrezident və xanımının şərəfinə rəsmi nahar verilibPrezident və xanımının şərəfinə rəsmi nahar verilib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 216   Tarix: 21 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu xəstələrə şad xəbər - Dərmanlar PULSUZ OLACAQ

Azərbaycanda gələn ilin aprel ayından etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır. BİG.AZ report-a istinadən xəbər verir ki bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev "Dövlət biznes əməkdaşlıq forumu"

00:09 130
.

Pensiyaçılara ikiqat XOŞ XƏBƏR - Aprelin 1-dən etibarən…

Əmək Məcəlləsinə təklif olunan dəyişiklik işçilərin əməkhaqlarının ödənilməsi qaydasında yeniliyə səbəb olacaq. Layihəyə əsasən, işəgötürənlər işçinin maaşını onun seçdiyi bank hesabına köçürməli olacaqlar. Bəs yeni qayda işçilərə və işəgötürənlərə hansı dəyişiklikləri gətirəcək? İşçinin maaşını istədiy

00:15 100
.

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb - Foto

Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyev

21.11.2026 190
.

Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək

Ermənistan hökuməti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək. "Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan "Digitec" yüksək texnologiyalar forumund

21.11.2026 168
.

Fin körfəzində iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib

Fin körfəzinin neytral sularında iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko məlumat verib. "Fin körfəzinin neytral sularında, Rusiya Federasiyasının sərhədində

21.11.2026 174
.

Almaniya XİN başçısı: Ermənistan Konstitusiyasının dəyişdirilməsi Bakı ilə sülh üçün zəruri addımdır

Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün Ermənistan öz Konstitusiyasını dəyişməlidir. "Report" xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful Almaniyanın "Tagesschau" telekanalına müsahibəsində bildirib. XİN başçısı qeyd edib ki, hazırda Cənubi Qafqazd

21.11.2026 189
.

Pentaqon rəhbəri ABŞ-ın Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb

ABŞ-ın müdafiə naziri Pit Heqset Kanada ilə hərbi əməkdaşlığın məhdudlaşdırılması barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon rəhbəri müvafiq göstəriş

21.11.2026 120
.

Qırğızıstanın səhiyyə naziri həmkarının həyatını xilas etdi

Qırğızıstanın səhiyyə naziri Damir Osmonov həmkarının ürəyində əməliyyat apararaq stent yerləşdirib. xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesablarında məlumat paylaşıb. Nazirin sözlərinə görə, bu tibbi müdaxilə infarktın qarşısını vaxtında almağa kömək edib:. "Mənim üçün xüsusi bir iş gün

21.11.2026 134
.

Börnhem Britaniyanı Avropa İttifaqına qaytarmaq istəyir

Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkəsinin yenidən Avropa İttifaqına (Aİ) qatılmasının tərəfdarıdır və cəmiyyətin də bu fikri bölüşdüyünə inanır. bildirir ki, bu barədə "The Times" nəşri onun ətrafındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb. Qaynağın sözlərinə görə, bu

21.11.2026 160
.