Sərnişinlər avtobus sürücülərindən narazıdır: AYNA hansı addımı atmalıdır?

Sərnişinlər avtobus sürücülərindən narazıdır: AYNA hansı addımı atmalıdır?Paytaxtın Xətai rayonu ərazisində, 8 Noyabr prospekti (keçmiş Fəhlə prospekti) boyunca şəhər mərkəzinə doğru hərəkət edən sərnişinlərin vəziyyəti, sözün əsl mənasında, acınacaqlıdır. Vətəndaşlar demək olar ki, hər səhər işə gedərkən nəqliyyat problemi ilə üzləşir, günə əsəb və stress içində başlayırlar.
Prospekt boyunca hərəkət edən 21, 46, 120, 72 və 20 nömrəli marşrut avtobuslarının sürücüləri nəqliyyat vasitəsinin orta və arxa hissələrində kifayət qədər boş yer olduğu, yeni sərnişinlərin minməsi üçün imkan qaldığı halda belə, bəzi dayanacaqlarda saxlamadan yollarına davam edirlər. Nəticədə dayanacaqlarda gözləyən sərnişinlərin sayı getdikcə artır.
Nəhayət, hansısa avtobus dayanacaqda saxladıqda isə sərnişinlər əvvəlki avtobusların yaratdığı narazılığın acığını həmin sürücüdən çıxmağa məcbur qalırlar. Beləliklə, bəzi sürücülərin məsuliyyətsiz davranışı sonrakı avtobuslarda əlavə sıxlığa və gərginliyə səbəb olur.
Əvvəllər də təklif etmişdim ki, avtobusların hər üç qapısında ödəniş terminalları quraşdırılsın. Bəzi avtobuslarda bu sistemin tətbiq edildiyini görürəm. Lakin terminallar, əsasən, yalnız ikinci qapıda yerləşdirilir. Halbuki hər üç qapıda ödəniş imkanının yaradılması sərnişin axınının daha operativ idarə olunmasına, avtobusların dayanacaqlarda lüzumsuz gözləməsinin və sərnişin sıxlığının azaldılmasına kömək edə bilər.
Bununla belə, problem təkcə ödəniş sistemindən ibarət deyil. Dayanacaqlarda saxlamadan hərəkətini davam etdirən sürücülərə nəzarət gücləndirilməli, ümumilikdə sürücü davranışının tənzimlənməsi üçün daha peşəkar və operativ mexanizm yaradılmalıdır.
Məncə, bu istiqamətdə taksi xidmətlərində tətbiq olunan qiymətləndirmə sisteminə bənzər mexanizmin avtobuslarda da tətbiqi məqsədəuyğun olardı.
Təklifim sadədir: vətəndaşlar AYNA-nın rəsmi internet saytına və ya mobil tətbiqinə daxil olaraq bəyəndikləri, yaxud narazı qaldıqları sürücüləri qiymətləndirə, şikayət və təkliflərini qeyd edə bilməlidirlər. Bu sistemin yalnız avtobusun dövlət qeydiyyat nişanı və marşrut məlumatları ilə deyil, həm də konkret sürücünün identifikasiyası əsasında işləməsi vacibdir.
Beləliklə, hansı sürücünün sərnişinlərə qarşı məsuliyyətli davrandığını, hansının isə xidməti vəzifələrini lazımi səviyyədə yerinə yetirmədiyini müəyyənləşdirmək mümkün olar. Toplanan rəylər əsasında sürücülərin fəaliyyətinə nəzarət gücləndirilə, müsbət qiymətləndirilənlər həvəsləndirilə, barələrində davamlı və əsaslı şikayətlər daxil olan sürücülərlə bağlı isə müvafiq tədbirlər görülə bilər.
Əks halda, vəziyyətin daha da pisləşməsi qaçılmazdır. Yaranmış mənzərə belə bir təəssürat yaradır ki, sanki marşrut xətlərinə sürücülər təsadüfi seçim əsasında buraxılır, sərnişinlərin rahatlığı və hüquqları isə diqqətdən kənarda qalır.
Halbuki ictimai nəqliyyat xidməti göstərən hər bir sürücü unutmamalıdır ki, onun əsas vəzifəsi sadəcə avtobusu idarə etmək deyil, sərnişinləri təhlükəsiz, rahat və vaxtında mənzil başına çatdırmaqdır.
İctimai nəqliyyatda xidmət keyfiyyəti yalnız avtobusların sayının artırılması ilə ölçülmür. Sürücülərin məsuliyyəti, sərnişinlərə münasibəti və xidmətə nəzarət mexanizmləri də bu sistemin ayrılmaz hissəsi olmalıdır.

Turan Rzayev


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 220   Tarix: 19 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda qurum rəhbəri 6 000 manat maaş alacaq

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu"nun işçilərinin əməkhaqlarının məbləğləri (vəzifə maaşı, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) təsdiq olunub. xəbər verir ki, bu barədə Baş nazi

18.11.2026 449
.

Sabah leysan olacaq - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 20-si səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimal

15:37 239
.

"Valideynlərin təzyiqi ilə ailə qururlar"

Erkən nikahlara qanunla qadağa qoyulmasına baxmayaraq, qeyri-rəsmi formada belə hallara hələ də rast gəlinir. Erkən yaşda ailə qurmaq isə yeniyetmələrin təhsildən uzaqlaşmasına, psixoloji problemlərlə üzləşməsinə və ailədaxili münaqişələrin yaranmasına səbəb ola bilər. Psixoloq Vüsalə Əmiraslanovanı

15:28 209
.

Prezident Vyetnam Xəbər Agentliyinə müsahibə verib

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. "Qafqazinfo" müsahibəni təqdim edir. - Hörmətli cənab Prezident, ikitərəfli əməkdaşlığın tarixində yeni mərhələnin başlanması ilə əlamətdar olacaq Vyetnama qarşıdakı rəsmi səfəriniz ərəfəsində Siz Azərbayca

14:59 189
.

Putinlə Trampın görüşü başa çatdı - Video - Yenilənib

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında ikitərəfli görüş başlayıb. "Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, danışıqlar Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində baş tutur. Bu görüş Putin və Tramp arasınd

10:10 225
.

COVID keçirənlərin yarıdan çoxu 5 ildir qoxu hiss etmir

COVID-19 virusundan sonra yaranan qoxu hissinin itməsi uzun illər davam edə bilər. ABŞ-nin Virciniya Birlik Universitetinin alimlərinin beş il ərzində apardıqları tədqiqatın nəticələrinə görə, koronavirusa yoluxduqdan sonra bu problemlə üzləşən xəstələrin təxminən 55 faizində beş il keçməsinə baxmayaraq

18.11.2026 413
.

COP31-in ən diqqətçəkən iştirakçısı - Rəqəmsal köməkçi fəaliyyətə başladı

Antalyada keçirilən COP31-də iştirakçıların minlərlə sənəd və məlumatı daha asan əldə edə bilməsi üçün süni intellekt dəstəkli "AskUNFCC" adlı rəqəmsal köməkçinin təkmilləşdirilmiş versiyası istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. BMT-nin İqlim Dəyişikliyi üzrə Katibliy

14:13 184
.

Narkotik əməliyyatlarında həbs edilənlər var - Biri qadındır

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. "Qafqazinfo" nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhəri, Abşeron, Qobustan və Salya

18.11.2026 542
.

Prezidentlə xanımı Vyetnama getdi

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gedib. "Qafqazinfo" xəbər verir ki, Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Vyetna

17:25 113
.