Polşa xarici işlər nazirinin mənimsəmədə təqsirləndirilən müavini istefa verdi
Polşanın xarici işlər nazirinin başqasının əmlakını mənimsəməkdə ittiham olunan müavini və Polşa Kəndli Partiyasının üzvü Vladislav Teofil Bartoşevski istefa ərizəsini təqdim edib. Lakin onun müraciəti hələ təsdiqlənməyib.
Oxu.Az-ın "TVP Info" telekanalına istinadən xəbərinə görə, bu barədə Polşa hökumətinin mətbuat katibi Adam Şlapka brifinq zamanı jurnalistlərə məlumat verib.
"Cənab nazir müavini Bartoşevski istefa ərizəsini təqdim etdi. Baş nazir Donald Tusk Dublindən qayıtdığı zaman bu məktubla tanış olacaq, baş nazirin müavini Vladislav Kosinyak-Kamışla danışacaq və bu məsələ ilə bağlı qərar verəcək", - deyə Şlapka bildirib.
Qeyd edək ki, noyabrın əvvəlində Polşa Milli Prokurorluğu Vladislav Teofil Bartoşevskini başqasına məxsus təxminən 3 milyon dollar əmlakın mənimsənilməsində ittiham edib.
İstintaqın versiyasına görə, Bartoşevski 2004-cü ildən bəri Andjey Çexanovetskinin onun idarəçiliyinə həvalə edilmiş əmlaklarını, 2005-ci ilin sentyabrından isə "Non Omnis Moriar" Fondunun vəsaitlərini idarə edib. Prokurorluq vurğulayıb ki, siyasətçi fondun vəsaitləri hesabına 2005-2006-cı illərdə Varşavada əldə edilmiş üç mənzilin alınmasını, tamamlanmasını və mebellə təchiz edilməsini maliyyələşdirib. Bartoşevskiyə qarşı irəli sürülmüş ittihamlar üzrə onu 10 ilə qədər həbs cəzası gözləyir.
Qurum Bartoşevskinin həbsini tələb etmək niyyətində deyil, siyasətçinin özü isə bu iş üzrə proses çərçivəsində deputat toxunulmazlığından imtina edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 112 Tarix: 14 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQardaş 13 yaşlı bacısını bıçaqladı
Bakıda 13 yaşlı qız bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmala
10:58 288 Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı
Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın
14:46 238 Məşhur əsərdə 20 növ mikrob aşkarlandı
Alimlər rəssam Rembrandtın "Gecə keşikçiləri" adlı şah əsərində 20 növ mikrob aşkar ediblər. Axşam.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb. Bildirilib ki, Niderlandın Haaqa şəhərindəki "Reyksmuseum" muzeyində mikrobioloqlar rəsm əsərindən təxminən 60 nümun
13.11.2026 393 Ağdamda yeni və müasir şəhər salınır
Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy
11:18 229 Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib
Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib
13.11.2026 375 7 alma 100 minə satıldı
Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor
10:38 254 Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı
ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy
10:31 225 ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib
Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl
13.11.2026 350 Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi
Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə
13.11.2026 321