Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"
"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
O qeyd edib ki, zəfərə gedən yolda Aprel və Tovuz döyüşləri mühüm rol oynayıb:
"Atam hər iki döyüşdə iştirak edib və Tovuz döyüşlərində böyük şücaət göstərərək əsgərlərinin yanında şəhidlik zirvəsinə ucalıb. Atamı itirmək mənim üçün kədərlidir. Lakin qazandığımız zəfər qürurverici hadisədir.
Atamın bizimlə bağlı ən böyük arzusu ali təhsilli, tərbiyəli, vətənini, dövlətini sevən övladlar yetişdirmək idi. Şükür bu günə ki, arzusuna nail olduq. İnanıram ki, atam bizi görür və bizimlə qürur duyur. Bundan sonra da onun nə arzusu var idisə, hamısını yerinə yetirəcəyik ki, gözü arxada qalmasın. Həmçinin biz ailəliklə bu gün Ali Baş Komandanın qayğısını görürük, dövlətimizin dəstəyini hiss edirik. Ona görə də təşəkkür edirəm.
Xalqın yaddaşında İlqar Mirzəyev şərəfli döyüşçü, igid zabit kimi xatırlanır. Ancaq İlqar Mirzəyev eyni zamanda çox gözəl ata və ailə başçısı idi. Atamın gülüşü, baxışı, səsi heç vaxt yaddaşımdan silinməyəcək. O, ailəsinə hər zaman qayğı göstərirdi, mülayim idi, bizi çox sevirdi. O bizi necə çox sevirdisə, eyni yanaşmanı əsgərlərinə də göstərirdi".
Milli Qəhrəmanın oğlu atası ilə son söhbətini də xatırlayıb:
"Atamla son dəfə danışanda gülərək demişdi ki, "Hər şey qaydasındadır, narahat olmayın, gözünüz arxada qalmasın, ürəyinizi buz kimi saxlayın". Atam bu döyüşü uzun müddətdir ki, gözləyirdi.
Milli Qəhrəmanın oğlu olmaq mənim üçün şərəfli missiyadır. O vəfat etməmişdən qabaq da adına layiq olmağa çalışmışam. Ancaq artıq atam o yüksəkliyə ucalandan sonra mənim məsuliyyətim daha da artdı. İstər dost, istər iş seçimində daha diqqətli olmağa çalışıram. Milli Qəhrəmanın övladı olmaq fəxrdir, bu adı layiqli şəkildə daşımaq mənim borcumdur və bunu edəcəyəm".
E.Mirzəyev qeyd edib ki, zəfərdən sonra işğaldan azad edilmiş ərazilərin demək olar ki, hamısına səfər edib:
"İşğaldan azad edilmiş ərazilərdə gəzəndə hər bir addımımı ehtiyatla atıram, çünki orada bizim şəhidlərimizin ruhu yatır. Bunu da anlayıram ki, şəhidimizin qanı yerdə qalmadı, qazilərimizin əziyyəti boşa getmədi. Əziyyəti olan hər bir kəs haqlarınızı bizə halal etsinlər, onların əməyi danılmazdır.
Gələcək nəsillərin İlqar Mirzəyevi böyük şəxsiyyət, peşəkar hərbçi kimi tanımasını istəyirəm. Çox istərdim ki, gələcək nəsillər onun adını ehtiramla ansınlar, bir rəhmət oxusunlar. Uğrunda döyüşdüyü, canını verdiyi torpaqlara səfər edərkən anlasınlar ki, bu torpaqlar kimlərin sayəsində qazanılıb".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 88 Tarix: 08 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə
00:10 279 Yaponiya kibertəhlükəsizliyi gücləndirmək üçün 63 milyon dollar ayıracaq
Yaponiya hökuməti şirkətlərə və dövlət qurumlarına artan haker hücumlarına cavab olaraq kibertəhlükəsizlik tədbirlərini gücləndirmək üçün büdcənin ehtiyat fondundan 10 milyard yen (təxminən 63 milyon dollar) ayıracaq. "Report"un "Kyodo" agentliyinə istinadən verdiyi məlumata görə
11:45 0 65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai
00:13 253 İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
İranın cənubundakı Sirik, Cask və Bəndər-Abbas şəhərlərində, eləcə də Keşm adasında partlayışlar baş verib. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Hələlik partlayışların səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Onların İran Silahlı Qüvvələrinin Hörmüz boğazının müdafiəs
01:19 277 Səfir: "TRIPP İrəvan və Bakı arasında dialoq üçün yeni imkanlar yaradacaq"
"TRIPP ("Tramp marşrutu") layihəsinin icra edilməsi Azərbaycanın bölgə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandak
07.11.2026 187 Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"
"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüs
07.11.2026 214 Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü
Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad
07.11.2026 195 "Haber Global": 44 gündə yazılan dastan - Video
"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ
07.11.2026 234 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto
Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu
07.11.2026 201