ŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA
"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanlı sosial yardım alan ailələrdə adambaşına düşən yardımın məbləğinin yüksəlməsinə, eyni zamanda yardımın əhatə dairəsinin genişlənməsinə şərait yaradacaq".
Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda əvvəlki illərdə olduğu kimi, bu il də dövlət büdcəsi sosialyönümlüdür.
"Artıq bir neçə ildir ki, dövlət büdcəsində sosialyönümlü xərclər 40 faizdən çox təşkil edir. Bu il dövlət büdcəsində sosialyönümlü xərclərin 18,9 milyard manat olması nəzərdə tutulur. Bu, ümumi büdcə xərclərinin 44 faizi deməkdir. Beləliklə, büdcənin təxminən yarısına yaxın hissəsi sosialyönümlü xərclərə yönəldiləcək.
Bu xərclərə əməkhaqlarının ödənilməsi, səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman siyasəti, eləcə də sosial müdafiə və sosial təminat tədbirlərinin maliyyələşdirilməsi daxildir. Məhz bu istiqamətlər üzrə büdcə xərcləri cari illə müqayisədə artacaq", - deyə komitə sədri bildirib.
Musa Quliyev qeyd edib ki, bu artımlar gələn il təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat siyasətinin daha uğurla həyata keçirilməsinə imkan yaradacaq: "Sözsüz ki, altıncı sosial zərfin qəbulunun əhəmiyyəti olduqca böyükdür. "Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyev altıncı sosial zərfin qəbul olunması ilə bağlı xalqımıza müjdə verdi. 2009-cu ildən bu günə qədər beş sosial zərf qəbul edilib. Bu sosial paketlərin həyata keçirilməsi nəticəsində dövlət büdcəsindən əlavə olaraq 8 milyard manata yaxın vəsait ayrılıb. Bununla da 4 milyona yaxın insanın sosial təminatı yaxşılaşdırılıb.
Gələn ildən altıncı sosial zərfin qəbul edilməsi minimum əməkhaqqının, minimum pensiyanın, orta aylıq əməkhaqqının və pensiyaların, eləcə də müavinətlərin, təqaüdlərin artırılmasına imkan verəcək".
O əlavə edib ki, minimum əməkhaqqının artırılması həm özəl sektorda, həm də dövlət büdcəsi hesabına fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan insanların əməkhaqlarının yüksəlməsinə şərait yaradacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 136 Tarix: 01 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMetro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA
Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə
00:11 127 Bu cərimənin məbləği KƏSKİN AZALIR
İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. BİG.AZ yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind
00:27 100 Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Noyabr ayında va bəzi ərazilərdə aylıq yağıntının miqdarı iqlim normasından çox olacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir. Tutqun və buludlu günlərin sayı çoxalır. Soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olmas
31.10.2026 259 15 yaşlı Məryəmin cəsarəti, alovların içindən uşağı xilas etdi - Milyonluq mükafat! - VİDEO
Dağıstanın Xasavyurt şəhərində 15 yaşlı məktəbli Məryəm Akavova yanan avtomobildə köməksiz qalan azyaşlı uşağı ölümdən xilas edib. Yeniyetmənin göstərdiyi cəsarət böyük əks-səda doğurub. xəbər verir ki, hadisə oktyabrın 27-də baş verib. Şəhərin 5 nömrəli məktəbinin 9-cu sinif şagirdi Məryəm küçədən keçərkə
01:08 0 Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
31.10.2026 184 ŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA
"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanl
00:13 121 Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli
00:25 93 Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…
Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də
00:23 107 Azərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
00:19 115