Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - Foto

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - FotoAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yini qəbul edib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərini, bu əsnada Sədr Si Cinpinlə görüşlərini, həmçinin səfər çərçivəsində ölkələrimizin strateji tərəfdaşlığına dair Birgə Bəyanatın qəbul edilməsini məmnunluqla xatırladı və qeyd etdi ki, bununla da əlaqələrimiz yeni səviyyəyə qalxıb.

Qonaq daha əvvəllər ölkəmizə səfərini və dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırlayaraq, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Sədr Si Cinpinə çatdırmağı xahiş edib.

Prezident İlham Əliyevin Çinə səfəri zamanı Azərbaycanla Çinin strateji tərəfdaşlığına dair qəbul edilmiş Birgə Bəyanatın əhəmiyyətinə toxunan Vanq Yin vurğuladı ki, Çin Azərbaycanın etibarlı və uzunmüddətli tərəfdaşıdır.

Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığı deyən qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlu və dinamik inkişafını qeyd edib, bütün bunlara Azərbaycanın yaxın dostu kimi Çinin səmimi-qəlbdən sevindiyini bildirib.

Qonaq Çinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini qeyd edib, ölkəmizin beynəlxalq və regional məsələlərdə artan rolunu xüsusi vurğulayıb.

O, Azərbaycanın AQEM-də sədrliyi, həmçinin ölkəmizin bu təşkilatın Zirvə Görüşünə ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev öz növbəsində Çinin dinamik inkişafını qeyd edərək, bu ölkənin Qlobal Cənubun maraqlarını təmsil etməsinin və davamlı inkişafa verdiyi dəstəyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Dövlətimizin başçısı ölkəmizin "Vahid Çin" siyasətini daim dəstəklədiyini vurğulayıb.

Prezident İlham Əliyev, həmçinin "Bir kəmər, bir yol" layihəsinin önəmini qeyd etdi və Azərbaycanın buna dəstək verən ilk ölkələrdən biri olduğunu xatırlayıb.

Orta Dəhlizin dinamik inkişaf etdiyini deyən dövlətimizin başçısı bu xüsusda Azərbaycanla Çin arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.

Qonaq Azərbaycanın Orta Dəhlizdə mühüm mövqeyə malik dövlət olduğunu vurğulayıb.

Prezident İlham Əliyev dedi ki, hazırda iqtisadi-ticari əlaqələrimiz də siyasi əlaqələrin ruhuna uyğun olaraq fəal inkişaf edir. Bu xüsusda dövlətimizin başçısı Çin şirkətlərinin Azərbaycanda müxtəlif investisiya layihələrində yaxından iştirakını qeyd edib.

Söhbət zamanı bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunulub, ölkələrimizin separatizm, ekstremizm və radikalizmə qarşı mübarizədə əməkdaşlıq etdiyi vurğulanıb.

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - FotoPrezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - FotoPrezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - FotoPrezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - FotoPrezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - FotoPrezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - Foto


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 129   Tarix: 14 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi

İsrail Baş naziri Benyamin Netanyahu hazırkı şəraitdə - ölkədə seçkilər keçirilməzdən əvvəl İrana qabaqlayıcı zərbə endirilməsinin əleyhinədir. Teleqraf xəbər verir ki, bu barədə o, İsrail Ordusunun Radiosuna müsahibəsində bildirib. "Fikrimcə, hazırda bizim üçün münasib vaxt deyil. Mən bütün həyatı

21:30 1
.

ÇL: Oyunlara hansı kanallarda baxmaq olar?

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək bəzi matçlara Azərbaycan telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd olunan kanallar vasitəsi ilə nümayiş etdiriləcək:. Azərbaycan. "CBC Sport"

21:00 7
.

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərini

20:16 107
.

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi

19:42 134
.

"Yuventus" Ronaldoya borcunu ödəmək istəmir: Ali Məhkəməyə ŞİKAYƏT

İtaliyanın "Yuventus" klubu Kriştiano Ronaldoya ödənilməmiş əməkhaqqına görə 9,8 milyon avro verilməsi barədə qərardan İtaliyanın Ali Məhkəməsinə şikayət edib. xəbər verir ki, klub kassasiya şikayəti təqdim edib və məhkəmə iclasının tarixinin təyin olunmasını gözləyir. Bu, 2021-ci ildən dava

18:30 158
.

Azərbaycan-Laos arasında yeni əməkdaşlıq imkanları və perspektivlər

Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməs

12:00 190
.

Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı

12:39 364
.

Uşaqlığı əlindən alınan qızlar: İran, Əfqanıstan və ərəb cəmiyyətlərində erkən nikahın acı reallığı

Erkən nikah müasir dünyanın ən ağrılı sosial problemlərindən biri, uşaqların hüquqlarını, azadlığını və gələcəyini təhdid edən ciddi insan hüquqları pozuntusudur. Azyaşlı qızın öz uşaqlığını yaşamadan həyat yoldaşı, ana və ailənin bütün məsuliyyətlərini daşımağa məcbur edilməsi sadəcə ailədaxili qəra

14:20 203
.

"Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"

"Avroviziya 2011" qalibi Nigar Camal vahid məktəbli forması ilə bağlı müzakirələrə münasibət bildirib. Axşam.az xəbər verir ki, müğənni sosial şəbəkə hesabında paylaşım edərək insanları təxribatlara uymamağa və milli birliyi qorumağa çağırıb. Nigar qeyd edib ki, vahid məktəbli forması din

20:45 81
.