Kasıblar daha çox zəhərlənirdi - Alimlər orta əsrlərlə bağlı maraqlı fakt üzə çıxardı
Orta əsrlər İngiltərəsində kasıb ailələrdə böyüyən insanlar qurğuşunun zərərli təsirinə daha çox məruz qalıblar. Alimlər bunun səbəblərini araşdıraraq sosial təbəqə ilə zəhərli metala məruzqalma səviyyəsi arasında əlaqə müəyyən ediblər.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, araşdırmanın nəticələri "Antiquity" elmi jurnalında dərc olunub.
Tədqiqatçılar İngiltərənin əsrlər boyu qurğuşun hasil edilən Pik-Distrikt bölgəsində yaşamış insanların diş minasını araşdırıblar. Diş minası uşaqlıq dövründə formalaşdığı üçün onun kimyəvi tərkibi insanın erkən yaşlarda hansı səviyyədə zəhərli metallara məruz qaldığını müəyyənləşdirməyə imkan verir.
Araşdırılan 15 nəfərdən 10-nun diş minasında qurğuşunun miqdarı milyonda 15-40 hissə arasında olub. Daha dörd nəfərdə isə bu göstərici 40 hissəni ötüb. Müqayisə üçün, tədqiqatda istinad edilən fon göstəricisi milyonda 0,5 hissədən çox deyil.
Ən aşağı qurğuşun konsentrasiyası bahalı qılıncla dəfn edilmiş kişinin diş minasında aşkarlanıb. Alimlər ehtimal edirlər ki, cəmiyyətin varlı təbəqəsinə mənsub şəxslər filizin hasilatı və emalı ilə birbaşa daha az məşğul olduqlarından zəhərli metalla təmasları da nisbətən aşağı olub.
Tədqiqat zamanı başqa bir məqam da diqqət çəkib. Araşdırılan qrupdakı üç qadın 17-25 yaşlarında vəfat edib. Alimlər bu faktın qurğuşunla uzunmüddətli təmasın mümkün nəticələri ilə əlaqəli ola biləcəyini istisna etmirlər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 103 Tarix: 14 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Vilyarreal"ın qapıçısı silahlı basqına görə "Napoli" ilə oyuna çıxa bilmədi
İspaniyanın "Vilyarreal" klubunun qapıçısı Peter Qulaçi evinə silahlı basqın edildiyinə görə UEFA Çempionlar Liqasının "Napoli" ilə oyununu buraxıb. "AS" nəşrinə istinadən xəbər verir ki, hadisə oktyabrın 13-də səhər saatlarında, macar qolkiper ailəsi ilə birlikdə evind
21:15 116 "Can borcu"nun aktrisası yeni serialda - Foto
Türkiyəli aktrisa Alayça Öztürkün yeni layihəsi bəlli olub. Axşam.az xəbər verir ki, aktrisa "Centilmen" serialında rol alacaq. O, "Handan" obrazını canlandıracaq. Qeyd edək ki, Alayça daha əvvəl "Can borcu" serialında çəkilib
20:15 152 İki saata 300 manat - Konsert qiymətləri niyə cib yandırır?
Azərbaycanda musiqisevərlərin narazılığına səbəb olan məsələlərdən biri də son illər konsert biletlərinin yüksək qiymətə olmasıdır. Xüsusilə xarici ifaçıların konsertlərində ön sıralar və VIP yerlər üçün tələb olunan məbləğlər bir çox insanın büdcəsinə uyğun gəlmir. Maraqlıdır ki, 2 saat davam edən konsertləri
18:15 192 "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
"Avroviziya 2011" qalibi Nigar Camal vahid məktəbli forması ilə bağlı müzakirələrə münasibət bildirib. Axşam.az xəbər verir ki, müğənni sosial şəbəkə hesabında paylaşım edərək insanları təxribatlara uymamağa və milli birliyi qorumağa çağırıb. Nigar qeyd edib ki, vahid məktəbli forması din
20:45 165 Kimisi yemək səsinə dözə bilmir: Bunun səbəbi nədir?
Bəzi insanlar üçün adi səslər, məsələn, kiminsə yemək çeynəməsi, burnunu çəkməsi, nəfəs alması və ya qələmlə masaya toxunması dözülməz ola bilər. Bu hal misofoniya adlanır. BİG.AZ xəbər verir ki, araşdırmalara görə, misofoniya yaşayan insanlarda müəyyən səslər qəzəb, narahatlıq, ikrah və güclü gərginli
14:54 241 Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir
Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind
12:58 245 Məktəbli forması - bərabərliyin, nizam-intizamın və sağlam təhsil mühitinin göstəricisi
Təhsil yalnız bilik və bacarıqların mənimsənilməsi ilə məhdudlaşmır. Məktəb həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial münasibətləri öyrəndiyi, məsuliyyət hissi qazandığı və cəmiyyətin bir üzvü kimi yetişdiyi mühüm mühitdir. Bu prosesdə tədrisin keyfiyyəti, müəllimlərin peşəkarlığı, valideynləri
14:04 217 İlham Əliyevin 23 illik prezidentlik dövrü: Liderlik, strateji qərarlar və Azərbaycanın yeni tarixi mərhələsi
"2003-cü il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin müasir siyasi tarixində yeni mərhələ başladı. Ötən 23 il ərzində Azərbaycanın dövlətçilik strategiyası, iqtisadi inkişaf modeli, hərbi quruculuq siyasəti və beynəlxalq münasibətlər sistemindək
13:51 221 İlahə Nəsirova kosmetoloji fəaliyyətini harada və hansı əsasla həyata keçirir?
Sosial şəbəkələrdə "kosmetolog.ilahanasri" adı ilə fəaliyyət göstərən İlahə Nəsirova ilə bağlı BTV Xəbərə ciddi məlumat daxil olub. -ın redaksiyasına daxil olan məlumatda bildirilir ki, Nəsirova sosial şəbəkə üzərindən kosmetoloji prosedurlar təklif edir və müştərilər qəbul edir. Lakin onu
15:38 242