Əmlakın bazar dəyəri ilə satış qiyməti niyə fərqlənir?

Əmlakın bazar dəyəri ilə satış qiyməti niyə fərqlənir?"Əmlakın qiymətləndirilməsi sadəcə bir rəqəmin müəyyən edilməsi deyil. Bu, əmlakın bazardakı real mövqeyini və iqtisadi dəyərini müəyyənləşdirən, onunla bağlı qəbul ediləcək qərarların əsaslandırılmasını təmin edən peşəkar prosesdir".

Bunu BiG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib.

O, qeyd edib ki, əmlakın real dəyərini bilmək, ilk növbədə, düzgün qərar qəbul etmək üçün vacibdir. Çünki əmlakın sahibinin müəyyən etdiyi qiymət ilə onun real bazar dəyəri hər zaman eyni olmaya bilər. Sahib əmlakını olduğundan baha qiymətləndirə və bunun nəticəsində satış prosesini uzada bilər. Əksinə, əmlakın real dəyəri düzgün müəyyən edilmədikdə, o, bazar qiymətindən aşağı satıla və sahibinə maliyyə itkisi yarada bilər:

"Qiymətləndirməyə yalnız əmlakın satışı zamanı ehtiyac yaranmır. Bu proses ipoteka və kreditləşmə, əmlakın alqı-satqısı, investisiya qərarlarının qəbulu, sığorta, mühasibat uçotu, məhkəmə və digər hüquqi proseslər, əmlak bölgüsü və bir sıra digər hallarda mühüm rol oynayır.

Peşəkar qiymətləndiricinin əsas vəzifəsi sifarişçinin gözləntisinə uyğun rəqəm müəyyən etmək deyil. Onun işi mövcud məlumatları, bazar göstəricilərini və əmlakın xüsusiyyətlərini obyektiv şəkildə təhlil edərək əsaslandırılmış nəticəyə gəlməkdir.

Düzgün aparılmış qiymətləndirmə əmlak sahibinə yalnız əmlakının real bazar dəyəri barədə məlumat vermir, həm də satış, alış, investisiya və digər maliyyə qərarlarının daha düzgün və əsaslandırılmış şəkildə qəbul edilməsinə imkan yaradır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 112   Tarix: 08 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sezen Aksunun sevənlərinə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Axşam.az xəbər verir ki, ifaçı Nişantaşındakı özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətində ciddi problem olmadığı, hazırda evində istirahət etdiyi bildirilib. Seze

14:54 186
.

Tramp Putinlə telefon danışığı planlaşdırdığını açıqladı

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını açıqlayıb. xəbər verir ki, Tramp bu barədə jurnalistlərin Putinlə planlaşdırılan telefon danışığı ilə bağlı suallarını cavablandırarkən bildirib. Mətbuat konfransı Ağ Evin YouTube kanalında yayımlanıb. "Telefo

10:41 159
.

Hindistan Rusiya və Ukrayna arasında atəşkəs üçün şərtlər irəli sürdü

Hindistan Rusiya və Ukrayna arasında atəşkəs üçün yeni plan təqdim edib. Üç bənddən ibarət təklif Kiyev tərəfindən əvvəlki təşəbbüslərlə müqayisədə daha əhatəli hesab olunub. xəbər verir ki, planın birinci bəndinə əsasən, tərəflər enerji və digər mühüm infrastruktura hücumları dayandırmalıdır. İkinc

10:48 162
.

Türkmənbaşıda sənədlər imzalandı

Bu gün Türkmənistanın Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezident

12:39 145
.

Amansızlıqla qətlə yetirilən Fatimənin - Fotosu

Xəbər verdiyimiz kimi, ötən gün Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadə qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, Fatiməni bıçaqlayaraq öldürməkdə şübhəli bilinən həyat yoldaşı 1986-cı il təvəllüdlü Müseyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Amansızlıqla qətl

10:14 342
.

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"nun məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşlı Mina yenicə oğul övladını dünyaya gətiribmiş. Qeyd edək ki, Məleykə Əsədovanın bacısı İran vətəndaş

16:04 216
.

Si Cinpinin istirahəti üçün sammitin proqramı dəyişdirilib

Çin rəsmiləri ABŞ-dakı həmkarlarından Çin Prezidenti Si Cinpinin ABŞ-a səfəri zamanı istirahəti üçün xüsusi şərait yaradılmasını istəyiblər. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Qəzetin məlumatına görə, Si Cinpinin qeyri-adi uzun istirahə

10:37 155
.

İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib - Foto/Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənistana işgüzar səfərə gedib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Türkmənistanın baş nazirini

10:10 164
.

Çiyələk yeyirsiniz, yarpağını atırsınız? Alimlərdən maraqlı nəticə

Çiyələyin yalnız meyvəsi deyil, yarpaqları da alimlərin diqqətini çəkib. Yeni araşdırmada çiyələk yarpağından hazırlanmış ekstraktın yaşlı insanlarda yaddaş və stress göstəricilərinə mümkün təsiri araşdırılıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Belçikadakı Katolik Lovan Universitetinin tədqiqatçılar

15:27 134
.