İran müharibəsi uzanır, neft bahalaşır: Politoloqdan XƏBƏRDARLIQ

İran müharibəsi uzanır, neft bahalaşır: Politoloqdan XƏBƏRDARLIQABŞ-nin İrana qarşı hərbi əməliyyatı "çox tezliklə" başa çatacaq.

Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Tramp İranla hərbi münaqişənin başa çatmasının dünya bazarında yanacağın qiymətlərinin kəskin azalmasına səbəb olacağını yenidən iddia edib.

"Müharibəni başa çatdıran kimi neftin qiyməti daş kimi düşəcək. Bu isə çox tezliklə olacaq. Bu, çox tezliklə baş verəcək. Biz bu məsələni bu və ya digər şəkildə həll edəcəyik", - ABŞ Prezidenti deyib.

Trampın fikrincə, neftin qiyməti hətta müharibə başlamazdan əvvəl müşahidə olunan səviyyədən də aşağı düşə bilər.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib ki, İran müharibəsinin uzanması qlobal enerji və maliyyə bazarlarında yeni risklər formalaşdırır:

İran müharibəsi uzanır, neft bahalaşır: Politoloqdan XƏBƏRDARLIQ"ABŞ-İran müharibəsi ətrafında formalaşan mövcud durum onu nümayiş etdirir ki, bu kəskin qarşıdurmanın təsirləri artıq yalnız hərbi əməliyyatlarla və Yaxın Şərqdəki təhlükəsizlik vəziyyəti ilə çərçivələnmir. Müharibənin uzanması qlobal enerji bazarlarında qeyri-müəyyənliyi artırır, neft qiymətlərini yüksəldir. Bu da nəticə etibarilə inflyasiya, faiz dərəcələri və fond bazarları üzərində təzyiq yaradır. Bu zəncirvari təsir get-gedə daha aydın xarakter alır. Hörmüz boğazı indiki durumda əsas risk mərkəzidir. Enerji təchizatının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirən amil İranın tankerlərə hücumları artırması ilə bağlı olan məlumatlardır. Buna əlavə təsir edən məsələ ABŞ və İran arasında müharibəni başa çatdıracaq razılaşmanın hələ əldə olunmaması ilə bağlı qeyri-müəyyənliyin davam etməsidir. Məhz mövcud şəraitdə neft qiymətlərinin əvvəlki günlərdə azalmasından sonra yenidən yüksəlməsi bazarın hərbi-siyasi risklərə nə qədər həssas olduğunu nümayiş etdirir".

Müsahibimiz qeyd edib ki, nəzərə çarpan başqa amil ABŞ administrasiyasının mümkün yeni hərbi əməliyyatlarla bağlı müzakirələridir:

"Euronews-un məlumatına görə, Ağ Ev Pentaqondan İrana qarşı mümkün zərbələr üzrə variantlar hazırlamağı istəyib və bu məsələnin noyabr ayında keçiriləcək aralıq seçkilərindən əvvəl gündəmə gəldiyi bildirilir. Buna paralel olaraq mümkün hərbi əməliyyatların İranı danışıqlar masasına sövq edəcəyinə və Hörmüz boğazında təhlükəsiz keçidi bərpa edəcəyinə dair gözləntilərin aşağı olduğu qeyd edilir. Bu isə bir sualı ön plana çıxardır. Qarşıdurmanın hərbi yolla genişləndirilməsi diplomatik nəticə baxımından nə dərəcədə effektiv ola bilər? Məsələnin iqtisadi tərəfi də var, hansı ki daha geniş nəticələr yaradır. Neftin bahalaşması sadəcə ABŞ-da deyil, başqa iqtisadiyyatlarda da inflyasiya narahatlığını yenidən artırır. Bunun fonunda dövlət istiqrazlarının gəlirliliyi yüksəlir. Yüksək borclanma xərclərinin özü isə şirkətlərin mənfəətinə və səhmlərin cəlbediciliyinə təzyiq edir. ABŞ-da 10 illik Xəzinə istiqrazlarının gəlirliliyinin çoxillik yüksək səviyyələrə yaxınlaşması və Federal Ehtiyat Sisteminin əlavə faiz artımını nəzərdən keçirməsi enerji böhranının artıq monetar siyasətə də təsir edən amilə çevrildiyini göstərir. Pul siyasətinə təsirdən danışdıqda isə dolların riskdən qaçış dövrlərində investorlara əvvəlki kimi güclü qorunma təmin etməsi ehtimalı az görünür".

Politoloqun sözlərinə görə, ABŞ fond bazarlarında müşahidə olunan geriləmə dünya iqtisadiyyatından ayrı düşən hadisə kimi dəyərləndirilməməlidir:

"Çünki Asiya bazarlarında da eniş qeyd edilir. Yəni, geosiyasi riskin maliyyə bazarlarına keçidi artıq diqqətçəkən səviyyədədir. İnvestorlar üçün başlıca problem yalnız neftin hazırkı qiyməti deyil, onun növbəti dövrdə hansı istiqamətdə hərəkət edəcəyinin qeyri-müəyyənliyidir. Başqa bir tərəfdən isə enerji bazarında vəziyyəti sabitləşdirmək üçün beynəlxalq səviyyədə müəyyən mexanizmlər də dövriyyəyə gətirilir. G7 ölkələrinin və Beynəlxalq Enerji Agentliyinin strateji neft ehtiyatlarının bazara çıxarılması ilə bağlı qərarı qiymət təzyiqini azaltmağa hədəflənib. Al Jazeera-nın məlumatına görə, BEA üzvləri zərurət yaranacağı təqdirdə əlavə ehtiyatların buraxılmasına hazır olduqlarını bildiriblər və xüsusilə dizel təchizatına üstünlük verilməsi nəzərdə tutulur. Lakin bu addımların əsas funksiyası bazarda yaranmış təzyiqi yumşaltmaqdır. Bu da müharibənin yaratdığı geosiyasi qeyri-müəyyənliyi aradan qaldırmır".

Şəbnəm Həsənova əlavə edib ki, hazırkı mənzərədə əsas məsələ neft qiymətinin 100 dolları keçməsi deyil, enerji təhlükəsizliyinin birbaşa geosiyasi qarşıdurmanın gedişindən asılı vəziyyətə düşməsidir:

"Hörmüz boğazında hücumların artması, ABŞ və İran arasında razılaşmanın əldə olunmaması və mümkün yeni hərbi əməliyyatlarla bağlı müzakirələr bazarlara qarşıdurmanın daha da uzana biləcəyi mesajını verir. Əsas siyasi reallıq ondan ibarətdir ki, ABŞ-İran qarşıdurmasının növbəti mərhələsi yalnız Yaxın Şərqin təhlükəsizlik arxitekturasına deyil, qlobal iqtisadi sabitliyə də təsir göstərə bilər. Neft qiymətlərinin artması inflyasiya təzyiqini gücləndirir, inflyasiya faiz siyasəti ilə bağlı gözləntiləri dəyişir, yüksək istiqraz gəlirliliyi isə fond bazarlarına əlavə təzyiq yaradır. Deməli, İran ətrafında hərbi eskalasiyanın davam edib-etməməsi artıq yalnız regional təhlükəsizlik məsələsi deyil, qlobal iqtisadi və maliyyə sabitliyi baxımından da mühüm amildir".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 141   Tarix: 08 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Serial qəhrəmanından ilhamlanıb qızı öldürdü

ABŞ-ın məşhur "Dekster" serialına böyük maraq göstərən britaniyalı kriminalistika tələbəsi kirayələdiyi evdə hazırladığı "qətl otağı"nda seks işçisini öldürüb. xarici mediaya istinadla bildirir ki, 20 yaşlı Benjamin Dey 24 yaşlı rumıniyalı Mariya Saçanunu plastik örtüklərlə hazırlanmı

07.10.2026 309
.

Deputat: Azərbaycan-Türkmənistan əlaqələri bütün sahələrdə inkişaf edir

Oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. Söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqul

14:30 68
.

Sevgiləri kimi serialları da bitdi

"Mercan köşk" serialının aqibəti bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi 7-ci bölümdə final edərək izləyiciləri ilə vidalaşacaq. Xatırladaq ki, layihənin baş rollarını Kubilay Aka, Hafsanur Sancaktutan və Bertan Asllaninin canlandırır. Bundan əvvəl "A.B.İ." və "Aşk v

07.10.2026 397
.

Tokayev Böyük Britaniyanın baş nazirini Qazaxıstana səfərə dəvət edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Böyük Britaniyanın Baş naziri Endi Börnhemi ölkəyə səfərə dəvət edib. "Report" 24 KZ-yə istinadən xəbər verir ki, bu barədə Tokayev Astanada Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Anas Sarvarla görüşü zamanı bildirib. Tokayev və Sarvar iki ölk

07.10.2026 241
.

Türkmənbaşıda sənədlər imzalandı

Bu gün Türkmənistanın Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezident

12:39 109
.

Si Cinpinin istirahəti üçün sammitin proqramı dəyişdirilib

Çin rəsmiləri ABŞ-dakı həmkarlarından Çin Prezidenti Si Cinpinin ABŞ-a səfəri zamanı istirahəti üçün xüsusi şərait yaradılmasını istəyiblər. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Qəzetin məlumatına görə, Si Cinpinin qeyri-adi uzun istirahə

10:37 145
.

ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı

ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd

07.10.2026 328
.

Əliyevi "Avaza" Kompleksində qarşıladı - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün "Avaza" Kompleksinə gəlib. "Qafqazinfo" xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədo

11:05 150
.

Uşaqlıq FOTOSUDUR: İndi məşhur aktyordur

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğun uşaqlıq illərinə aid fotosu gündəm olub. xəbər verir ki, Tatlıtuğun uşaqlıq görünüşü ilə indiki halı arasındakı oxşarlıq sosial şəbəkə istifadəçilərində maraq yaradıb. Onun azyaşlı vaxtlarında çəkilmiş fotosunda üz cizgilərinin illər ərzində çox dəyişmədiy

07.10.2026 321
.