"Bu, siyasi dialoqumuzun intensivliyini əks etdirir" - Yenilənib
"Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik şəkildə inkişaf edir".
"Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bunu Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib.
Ötən ildən bəri artıq beş yüksəksəviyyəli səfərin həyata keçirildiyini vurğulayan dövlət başçısı qeyd edib: "Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələri daha da gücləndirmək üçün qarşılıqlı istəyimizi əks etdirir".
Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi vurğulayıb.
"Keçən il onun təməlinin qoyulmasında birgə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə verdiyi bu hədiyyə xalqlarımızın dostluğunun və mənəvi yaxınlığının daha bir sübutudur", - dövlət başçısı əlavə edib.
*
Prezident həmçinin deyib ki, son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib.
Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı qarşılıqlı yüksəksəviyyəli səfərlərin müntəzəm hal aldığını qeyd edib.
"İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir", - Prezident əlavə edib.
*
İlham Əliyev vurğulayıb ki, energetika sahəsi əməkdaşlığımızda xüsusi yer tutur.
"Azərbaycan enerji resurslarının Mərkəzi Asiyadan beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır. Türkmənistan və Qazaxıstan nefti ölkəmiz vasitəsilə nəql olunur və bu daşımaların həcmi artır. Bərpaolunan enerji sahəsində əməkdaşlığımız davamlı olaraq genişlənir. Biz Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyirik", - dövlət başçısı qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 116 Tarix: 08 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
ABŞ-nin Miçiqan ştatında bir fermerin təxminən 30 il ərzində tövlənin qapısını açıq saxlamaq üçün istifadə etdiyi 10 kiloqramlıq daşın 4,5 milyard illik meteorit olduğu üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, Miçiqan sakini Devid Mazurek 1988-ci ildə Edmor şəhərindəki fermasını alarkən da
07.10.2026 343 Türkmənbaşıda sənədlər imzalandı
Bu gün Türkmənistanın Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezident
12:39 69 Amansızlıqla qətlə yetirilən Fatimənin - Fotosu
Xəbər verdiyimiz kimi, ötən gün Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadə qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, Fatiməni bıçaqlayaraq öldürməkdə şübhəli bilinən həyat yoldaşı 1986-cı il təvəllüdlü Müseyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Amansızlıqla qətl
10:14 259 Tokayev Böyük Britaniyanın baş nazirini Qazaxıstana səfərə dəvət edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Böyük Britaniyanın Baş naziri Endi Börnhemi ölkəyə səfərə dəvət edib. "Report" 24 KZ-yə istinadən xəbər verir ki, bu barədə Tokayev Astanada Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Anas Sarvarla görüşü zamanı bildirib. Tokayev və Sarvar iki ölk
07.10.2026 240 "Bu, siyasi dialoqumuzun intensivliyini əks etdirir" - Yenilənib
"Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik şəkildə inkişaf edir". "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bunu Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib. Ötən ildən bəri artıq beş yüksəksəviyyəli səfəri
11:53 105 Bizi daha xoşbəxt edəcək dost tipi AÇIQLANDI
Son vaxtlar insanlar əvvəlcədən uzun-uzadı razılaşmalar tələb etməyən, daha sadə və sərbəst dostluqlar üçün darıxdıqlarını daha çox etiraf edirlər. Söhbət yaxın insanın qəfil bir fincan çay içməyə gəlməsindən, qəhvə içməyi təklif etməsindən və ya hər dəqiqəni söhbətlə doldurmağa çalışmadan sadəcə bi
07.10.2026 317 Nigar Fərhadın həyat yoldaşı başqa təcridxanaya köçürüldü
"AİD Group" xaricdə təhsil şirkətinin həbsdə olan faktiki rəhbəri Samir Yəhyazadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin müraciəti əsasında bel
11:40 133 Sevgiləri kimi serialları da bitdi
"Mercan köşk" serialının aqibəti bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi 7-ci bölümdə final edərək izləyiciləri ilə vidalaşacaq. Xatırladaq ki, layihənin baş rollarını Kubilay Aka, Hafsanur Sancaktutan və Bertan Asllaninin canlandırır. Bundan əvvəl "A.B.İ." və "Aşk v
07.10.2026 387 Azərbaycanda uşaqlı ailələrə güzəştlər tətbiq oluna bilər: ev, təhsil, iş…
Dünyanın müxtəlif ölkələrində uşağın doğulması ilə bağlı ailələrə yalnız birdəfəlik ödəniş deyil, uzunmüddətli maliyyə dəstəyi də göstərilir. Bu vəsait uşağın böyüdülməsi, təhsili, mənzil təminatı və gələcəyi ilə bağlı xərclərin qarşılanmasına yönəldilir. Belə mexanizmlər ailələrin üzərinə düşən maliyy
11:24 157