Ət qədər faydalı, yoxsa sağlamlıq üçün riskli? - İçalatla bağlı bilinənlər

Ət qədər faydalı, yoxsa sağlamlıq üçün riskli? - İçalatla bağlı bilinənlər"Heyvanların daxili orqanlarının istehlakı əslində qədim mətbəx mədəniyyətimizin bir hissəsidir. Məsələn, bir tikə qaraciyər qida dəyəri baxımından zəngin məhsullardan hesab olunur. Qaraciyər yalnız dəmir mənbəyi deyil, həm də orqanizm üçün vacib olan B12 vitamini, fol turşusu və A vitamini ilə zəngindir. Ürək isə əzələ quruluşuna görə ətə yaxın olsa da, tərkibindəki Koenzim Q10 sayəsində enerji mübadiləsində mühüm rol oynayır".

Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib.

O, qeyd edib ki, heyvanların daxili orqanlarını istehlak edərkən bir neçə vacib qaydaya riayət etmək lazımdır. İlk növbədə, heyvanın necə bəsləndiyi və harada kəsildiyi mühüm əhəmiyyət daşıyır. Qaraciyər və digər daxili orqanlar orqanizmin müəyyən filtrasiya və maddələr mübadiləsi proseslərində iştirak edir. Əgər heyvan keyfiyyətsiz yemlərlə qidalanıbsa və ya ağır metallarla çirklənməyə məruz qalıbsa, bəzi zərərli maddələr orqanlarda toplana bilər. Buna görə də mənşəyi və keyfiyyəti məlum olmayan içalatlardan uzaq durmaq lazımdır:

"Digər mühüm məsələ isə miqdardır. Milli mətbəximizdə qovurma, kəllə-paça və digər içalat yeməkləri geniş yayılıb. Lakin daxili orqanlar bəzi hallarda yüksək miqdarda xolesterin və purin ehtiva edə bilər. Bu səbəbdən ürək-damar xəstəliyi və ya podaqra diaqnozu olan şəxslər belə qidaların istehlakına daha diqqətlə yanaşmalıdırlar. Sağlam insan üçün isə içalatın qida rasionunda mütəmadi, lakin ölçülü şəkildə yer alması daha məqsədəuyğundur.

Mətbəximizdə bu məhsulları hazırlayarkən gigiyena qaydalarına mütləq əməl edilməlidir. İçalatlar mikrobioloji çirklənməyə daha həssas olduğundan, onların saxlanmasına və hazırlanmasına xüsusi diqqət yetirmək lazımdır. Alındığı gün bişirilməsi və ya dərhal dondurulması daha məqsədəuyğundur. Bişirmə zamanı məhsulun daxili hissəsinin də kifayət qədər qızdığından və çiy qalmadığından əmin olmaq vacibdir.

Xüsusilə uşaqların və yaşlı insanların qidalanmasında bu məhsulların düzgün saxlanması və hazırlanması qida zəhərlənməsi riskinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 145   Tarix: 07 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Minlərlə ailə illərdir gözü yolda qalıb" - Zahid Orucdan Ermənistana TƏLƏB

Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin "İtkin düşmüş şəxslər probleminin həllind

16:07 284
.

Palandökendən dünyaya

Palandökendən dünyaya / Zəngəzur və Orta Dəhlizin yenidən formalaşdırdığı ticarət denklemində Ərzurumun əsas sınağı Palandöken Logistika Mərkəzini gözləyən bir obyektdən işlək ticarət bazasına çevirməkdir. Bir şəhərin iqtisadi gələcəyindən danışarkən bəzən kilometrləri, yolları, dəmir yollarını və layihələr

12:41 159
.

Putin və Pezeşkian görüşəcək:"Sözləri bir-birinin boğazından keçir"

Vladimir Putinin və Məsud Pezeşkian oktyabrın 9-da Türkmənistanda görüşəcəklər. Bunu Rusiya Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov bildirib. Bu görüş Türkmənistanda keçiriləcək MDB sammiti çərçivəsində baş tutacaq. Y.Uşakovun sözlərinə görə, Putin və Pezeşkian Yaxın Şərqdək

12:35 224
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının oktyabrın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. BİG.AZ xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri

13:40 185
.

"Der Spiegel" və digər xarici KİV-də yayılan iddialara Azərbaycandan reaksiya

"Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Auqust Hanninqlə bağlı aparılan istintaq çərçivəsində bir sıra xarici media resurslarında Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiya xarakteri daşıyır və son dövrlərdə Azərbaycana qarşı intensiv şəkild

11:00 94
.

Bələdiyyə sənədi ilə evə çıxarış almaq üçün 5 əsas mərhələ

Hazırda bələdiyyə sənədi olan evə çıxarış almaq üçün hansı addımların atılmalı olduğu sualı vətəndaşlar tərəfindən tez-tez gündəmə gətirilir. Xüsusilə bələdiyyədən verilmiş sənədlərin daşınmaz əmlakın dövlət qeydiyyatı üçün nə dərəcədə əsas təşkil etdiyi, ev və torpaq sahəsinin hansı qaydada rəsmiləşdirilməl

12:37 200
.

"Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"

Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz. "Report"a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib. Onun sözlərin

11:41 197
.

Ət qədər faydalı, yoxsa sağlamlıq üçün riskli? - İçalatla bağlı bilinənlər

"Heyvanların daxili orqanlarının istehlakı əslində qədim mətbəx mədəniyyətimizin bir hissəsidir. Məsələn, bir tikə qaraciyər qida dəyəri baxımından zəngin məhsullardan hesab olunur. Qaraciyər yalnız dəmir mənbəyi deyil, həm də orqanizm üçün vacib olan B12 vitamini, fol turşusu və A vitamini il

16:59 117
.

Ov mövsümü başlayır

"Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 10-dan etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ov etmək istəyən vətəndaşla

14:33 136
.