Serial qəhrəmanından ilhamlanıb qızı öldürdü

Serial qəhrəmanından ilhamlanıb qızı öldürdüABŞ-ın məşhur "Dekster" serialına böyük maraq göstərən britaniyalı kriminalistika tələbəsi kirayələdiyi evdə hazırladığı "qətl otağı"nda seks işçisini öldürüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 20 yaşlı Benjamin Dey 24 yaşlı rumıniyalı Mariya Saçanunu plastik örtüklərlə hazırlanmış otağa gətirib. Hadisə ötən il dekabrın 21-də Vest-Midlendsin Tividale bölgəsində kirayələnmiş evdə baş verib.

İstintaq materiallarına əsasən, Dey qadına 78 bıçaq zərbəsi vurub və daha sonra onun meyitini parçalamağa başlayıb. O, saxlanılarkən "Dekster" serialının qəhrəmanının geyiminə bənzəyən xaki rəngli köynəkdə olub.

Cinayət törədilən zaman 19 yaşı olan Dey Vulverhempton Kral Məhkəməsində keçirilən prosesin ikinci günündə vəkili ilə məsləhətləşdikdən sonra ifadəsini dəyişərək özünü təqsirli bilib. Ona dekabrın 4-də hökm oxunacağı bildirilir.

Prokuror Reyçel Brend məhkəmədə bildirib ki, təqsirləndirilən şəxs qətldən əvvəl bir neçə saat ərzində xüsusi otaq hazırlayıb. O, Vest-Midlendsin Tividale bölgəsində, yaşadığı Reddiç şəhərində ev kirayələyib.

Məhkəmədə ilkin olaraq Benjamin Deyin özünümüdafiə arqumentindən istifadə edəcəyi gözlənilib. Onun otağı "Dekster" serialına həsr olunan və TikTok-da paylaşılması nəzərdə tutulan video çəkmək üçün hazırladığını iddia edəcəyi bildirilirdi.

"Dekster" serialının baş qəhrəmanı Dekster Morqan Mayami polisində qan izləri üzrə məhkəmə eksperti işləyən, eyni zamanda serial qətllər törədən obrazdır. O, əsasən cəzadan yayınmış ağır cinayətkarları əvvəlcədən hazırladığı otaqlarda öldürür və meyitlərini parçalayır.

Prokurorluğun məlumatına görə, Benjamin Dey Mariya Saçanu ilə xüsusi internet saytı vasitəsilə əlaqə saxlayıb və bunun üçün birdəfəlik telefondan istifadə edib.

Prokuror Reyçel Brend bildirib ki, mövcud sübutlar cinayətin əvvəlcədən və detallı şəkildə planlaşdırıldığını göstərir. Onun sözlərinə görə, Dey qadını kirayələdiyi otağa gətirib, onu öldürməyə hazırlaşıb və daha sonra meyiti iz buraxmadan yox etməyi planlaşdırıb.

Lakin plan baş tutmayıb. Məhkəmədə bildirilib ki, Dey qadına 78 bıçaq zərbəsi vurduqdan sonra meyiti parçalamağa çalışarkən özünü kəsib və bu işi yarımçıq qoyub.

Daha sonra o, evdən çıxaraq müəyyən məsafə getdikdən sonra 999 təcili yardım nömrəsinə zəng edib və kömək istəyib.

Polisin bədən kamerası ilə çəkilmiş görüntülərdə Benjamin Deyin əvvəlcə ona vəhşi it və ya tülkünün hücum etdiyini söylədiyi görünür. O, xəstəxanaya aparıldıqdan sonra polis tərəfindən saxlanılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 133   Tarix: 07 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aleyna Tilki sevgi həyatından DANIŞDI: "Küçədə heç kimlə əl-ələ gəzməmişəm"

Türkiyəli məşhur müğənni Aleyna Tilki şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, gənc yaşlarından musiqi dünyasında tanınan ifaçı hazırda həyatında heç kimin olmadığını bildirib. Aleyna Tilki indiyədək sevgilisi ilə küçədə əl-ələ gəzmədiyini də etiraf edib. "Sevgilim yoxdur

18:15 144
.

"Nənələr"in üzvünün oğlu Ukrayna müharibəsində öldürüldü

Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan 58 yaşlı azərbaycanlı dron hücumu zamanı öldürülüb. Axşam.az xəbər verir ki, Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyə

12:37 249
.

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlə

16:58 248
.

Parkinson olan əmisini pula görə öldürdü

Avstraliyanın Viktoriya ştatının Ali Məhkəməsi 45 yaşlı Cetro Kertisi əmisi, zərgər Stiven Kertisi öldürdüyünə görə 24 il müddətinə azadlıqdan məhrum edib. xarici mediaya istinadla bildirir ki, hadisə mərhumun Maffra şəhərindəki evində baş verib. Məhkəmə materiallarına əsasən, qardaşı oğlu Parkinso

19:15 99
.

Bu şəxslər 2000 manat cərimə olunacaq

Heyvanlara qarşı qəddarlıq, işgəncə və zorakılıq halları cəmiyyətdə narahatlıq doğuran məsələlərdəndir. Xüsusilə heyvanların qəsdən xəsarət yetirilməsi və ya öldürülməsi ilə bağlı görüntülərin yayılması bu əməllərə görə məsuliyyətin nə dərəcədə effektiv olduğunu gündəmə gətirir. Bəs Azərbaycan qanunvericiliyind

14:39 229
.

İranın Baş Qərargah rəisi: İsrailin sonunu onlar gətirəcək

"Müqavimət cəbhəsi (İranın Yaxın Şərqdəki proksi qüvvələri - red.) İsrailin sonunu gətirəcək". Teleqraf xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Əli Abdullahi HƏMAS-ın İsrailə hücumunun üçüncü ildönümü münasibətilə bəyanatında deyib. "Bu əməliyyat İsraili

20:30 1
.

Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib

Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək

16:32 305
.

Jurnalistlərin IX qurultayının vaxtı dəyişdi

Azərbaycan jurnalistlərinin IX qurultayı Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Jurnalistlərin IX qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi məlumat yayıb. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi, eyni zamanda, qurultayın keçirilmə tarixini

14:12 158
.

Ekspert Yaxın Şərqdəki vəziyyətdən danışdı: "Daha geniş müharibəyə yol vermək olmaz"

"Məkkə Birgə Müdafiə Sazişinin bu gün real təhlükəsizlik böhranı fonunda işə düşməsi Yaxın Şərqdə yeni hərbi-siyasi mərhələnin başladığını göstərir. Sazişin mahiyyəti ondan ibarətdir ki, üç dövlətdən birinə qarşı silahlı hücum digərlərinə qarşı hücum kimi qəbul edilir. Bu baxımdan Türkiyə və Pakistanı

14:27 166
.