Azərbaycan-Ermənistan sülhündə son düyün: "Bakı bu məsələdə haqlıdır"

Azərbaycan-Ermənistan sülhündə son düyün: "Bakı bu məsələdə haqlıdır"Yerdə de-fakto sülh mövcuddur, lakin dönməz sülhə gedən yolda mühüm maneə hələ də aradan qaldırılmalıdır.
Teleqraf xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Finlandiyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlər zamanı Azərbaycan-Ermənistan normallaşma prosesini dəyərləndirərkən deyib.

E.Əmirbəyov Finlandiya Prezident Administrasiyasının xarici siyasət və təhlükəsizlik məsələləri departamentinin rəhbəri Aliisa Tornberq, sülh vasitəçiliyi departamentinin rəhbəri Ville Brummer, Baş nazirin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Marja Kosela, Xarici İşlər və Müdafiə nazirliklərinin siyasi məsələlər üzrə Dövlət katibi Pasi Rayala, Xarici İşlər Nazirliyinin Avroatlantik əməkdaşlıq departamentinin rəhbəri Sari Rautio, eləcə də Finlandiya parlamentində Finlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vilhelm Yunnila ilə görüşüb.
Görüşlərdə Azərbaycan-Finlandiya münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoqun daha da gücləndirilməsi, habelə iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə geniş fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, iki ölkə prezidentləri arasında mövcud olan səmimi və dostluq münasibətləri Azərbaycan ilə Finlandiya arasında qarşılıqlı anlaşmaya və konstruktiv dialoqa mühüm töhfə verir.
Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətləri də görüşlərin əsas mövzularından biri olub. Finlandiya tərəfi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, Orta Dəhlizin inkişafında, Avropa ilə Asiya arasında nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsində və Mərkəzi Asiya ilə əlaqələrin genişləndirilməsində Azərbaycanın artan rolunu yüksək qiymətləndirib.
Son dövrdə Azərbaycan-Aİ münasibətlərində müşahidə olunan müsbət dinamikanın davam etdirilməsinin qarşılıqlı strateji maraqlara cavab verdiyi vurğulanıb.
Görüşlər zamanı E.Əmirbəyov Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin hazırkı vəziyyəti, əldə olunmuş nəticələr və perspektivləri barədə də ətraflı məlumat verib.
Bildirilib ki, hazırda yerdə mövcud olan de-fakto sülh artıq real və praktiki nəticələr verir. İqtisadi əlaqələrin və ikitərəfli ticarətin genişlənməsi qarşılıqlı etimadın möhkəmlənməsinə və regionda sülh mühitinin formalaşmasına xidmət edir.
Bununla belə, E.Əmirbəyov vurğulayıb ki, əldə olunmuş praktiki irəliləyiş və yerdəki de-fakto sülh vəziyyəti sülh prosesinin başa çatdığı anlamına gəlmir.
"De-fakto sülhün mövcudluğu çox mühüm nailiyyətdir. Lakin sülhün davamlı və dönməz olması üçün onun rəsmi şəkildə rəsmiləşdirilməsi istiqamətində hələ də mühüm məsələ öz həllini tapmalıdır", - E.Əmirbəyov qeyd edib.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında politoloq Asif Nərimanlı bildirib ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün yeganə və əsas maneə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı mövcud konstitusiyasının dəyişdirilməsidir:

"Bu məsələ rəsmi Bakı tərəfindən dəfələrlə gündəmə gətirilib. Ermənistan hakimiyyəti də bunu qəbul edir və Paşinyan səviyyəsində bildirilib ki, mövcud konstitusiyanın dəyişdirilməsi Ermənistanın gələcəyi baxımından mühümdür. 
Vaşinqton görüşündən sonra tərəflər arasında məsələlərin böyük əksəriyyəti həll olunub. Ən mühüm məsələlərdən biri olan Zəngəzur dəhlizinin açılması, yəni kommunikasiyanın bərpası şərtləri də həll olunmuş sayılır və bu istiqamətdə praktiki addımlar atılır. Sərhədin delimitasiyası və cəmiyyətlər arasında ictimai etimad mühitinin yaradılması, hətta ticarət əlaqələrinin qurulması istiqamətində də addımlar var. Bütün bunlara baxdıqda sülhlə bağlı yeganə maneə Ermənistanın mövcud konstitusiyasının dəyişdirilməsi olaraq qalır. 
Rəsmi Bakı bu məsələdə haqlıdır".

Politoloq qeyd edib ki, konstitusiya dəyişdirilmədən sülh sazişi imzalansa, bu, davamlı sülh demək deyil və regionda təhdid yaradacaq:

"Çünki Ermənistanda istənilən vaxt revanşistlər hakimiyyətə qayıtsa, sülh sazişini deyil, Ermənistan konstitusiyasının tələbini - istinad edən ərazi iddialarını əsas götürəcəklər. Konstitusiyada Qarabağı Ermənistana birləşdirmək dövlət məqsədi kimi göstərildiyi üçün bu iddialar ana qanunla dəstəklənir. Ona görə də rəsmi Bakı bu məsələdə prinsipial mövqe ortaya qoyub. 
Ermənistan hakimiyyəti parlament seçkilərindən sonra referendum keçirərək konstitusiyanı dəyişdirmək niyyətindədir. Lakin əsas maneə referendumun keçirilməsi üçün Paşinyan hakimiyyətinin parlamentdə lazım olan konstitusion çoxluğa sahib olmamasıdır. Paşinyan komandası hökuməti təkbaşına formalaşdıra bilsə də, referendum qərarı üçün parlamentdə tələb olunan səs sayını toplamaq çətindir. Çünki parlamentdəki müxalifət və revanşist qüvvələr sülhə qarşı çıxırlar. Buna baxmayaraq, Ermənistan hakimiyyəti konstitusiyanı dəyişdirmək hədəfinin qüvvədə olduğunu bildirir. Yekun sülh sazişinin imzalanması məhz bu prosesin necə həll olunacağından asılı olacaq".

Müsahibimiz vurğulayıb ki, Prezident İlham Əliyevin de bildirdiyi kimi, konstitusiya dəyişdirildikdən sonra hətta bir gün sonra da sülh sazişi imzalana bilər:

"Əsas gözlənti ilin sonuna qədər bu məsələnin həlli mexanizminin aydınlaşması və növbəti ilin ilk yarısında yekun sülh sazişinin imzalanmasıdır. Bunu təkcə Azərbaycan və Ermənistan deyil, prosesdə fəal olan ABŞ də dəstəkləyir. Paşinyan hakimiyyətinin bu məsələni necə həll edəcəyini hadisələrin gedişində görəcəyik".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 135   Tarix: 07 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb" - Misir Mərdanov

"Elə bir ölkə yoxdur ki, onun təhsil sahəsində problemi olmasın. Mən işləyən dövrdə də olub, bu gün də var, gələcəkdə də olacaq. Ancaq fikrimcə, təhsildə ən ciddi problemlərdən biri müəllimlərin əməkhaqqı məsələsi idi". Qaynarinfo xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində keçmiş təhsi

06.10.2026 273
.

Məhkəmə qərarından narazı qalanlar bunu bilməlidir

"Məhkəmədə iddia qaldırmış şəxs məhkəmənin qəbul etdiyi qərar, qərardad, qətnamə və digər məhkəmə aktları ilə razılaşmadıqda, qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin məhkəmə aktından yuxarı məhkəmə instansiyasına şikayət verə bilər. Bu, şəxsin öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçü

14:54 132
.

Ov mövsümü başlayır

"Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 10-dan etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ov etmək istəyən vətəndaşla

14:33 118
.

Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib

Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək

16:32 0
.

Ekspert Yaxın Şərqdəki vəziyyətdən danışdı: "Daha geniş müharibəyə yol vermək olmaz"

"Məkkə Birgə Müdafiə Sazişinin bu gün real təhlükəsizlik böhranı fonunda işə düşməsi Yaxın Şərqdə yeni hərbi-siyasi mərhələnin başladığını göstərir. Sazişin mahiyyəti ondan ibarətdir ki, üç dövlətdən birinə qarşı silahlı hücum digərlərinə qarşı hücum kimi qəbul edilir. Bu baxımdan Türkiyə və Pakistanı

14:27 130
.

Putin və Pezeşkian görüşəcək:"Sözləri bir-birinin boğazından keçir"

Vladimir Putinin və Məsud Pezeşkian oktyabrın 9-da Türkmənistanda görüşəcəklər. Bunu Rusiya Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov bildirib. Bu görüş Türkmənistanda keçiriləcək MDB sammiti çərçivəsində baş tutacaq. Y.Uşakovun sözlərinə görə, Putin və Pezeşkian Yaxın Şərqdək

12:35 208
.

Hamının 8 saat yatmasına ehtiyac yoxdur - ARAŞDIRMA

Səkkiz saatlıq yuxu uzun illərdir böyüklər üçün bir növ "qızıl standart" hesab olunur. Lakin yeni elmi icmal göstərir ki, bu müddət hər kəs üçün eyni dərəcədə optimal olmaya bilər. xarici mediaya istinadən xəbər verir ki, hər gecə mütləq səkkiz saat yatmaq qaydasını bütün böyüklər üçün dəyişmə

06.10.2026 320
.

İran: ABŞ etimadı bərpa etməlidir

İran ABŞ-la danışıqlarda artıq "kifayət qədər güzəştə getdiyini" bildirib. İranın keçmiş diplomatı Hadi Əfqahi deyib ki, bundan sonra etimadı bərpa etmək ABŞ-ın üzərinə düşür. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Əfqahi bildirib ki, İran ABŞ-la apardığı danışıqların dəfələrlə müharib

14:55 120
.

Yəməndəki uşaqlar məktəbə qayıtmaq arzusundadır

Yəmənin Taiz vilayətinin Cəbəl Həbəşi rayonunda, Vadi Bəni Xəvlan ərazisindəki didərgin düşərgəsində yaşayan 12 yaşlı Əhməd səhərlər çadırda oyanır. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Əhməd "Al Jazeera"ya deyib ki, toqquşmalardan qaçarkən məktəb çantasını evdə qoyub: "Bilmirəm

11:09 160
.