Məhkəmə qərarından narazı qalanlar bunu bilməlidir
"Məhkəmədə iddia qaldırmış şəxs məhkəmənin qəbul etdiyi qərar, qərardad, qətnamə və digər məhkəmə aktları ilə razılaşmadıqda, qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin məhkəmə aktından yuxarı məhkəmə instansiyasına şikayət verə bilər. Bu, şəxsin öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçün istifadə edə biləcəyi əsas hüquqi mexanizmlərdən biridir".
Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.
O, qeyd edib ki, lakin məhkəmə aktından narazı qalmaq eyni mübahisə üzrə yenidən ayrıca iddia qaldırmağa əsas vermir. Yəni şəxs eyni tərəflər arasında, eyni predmet və eyni əsaslarla bağlı mübahisəni yenidən məhkəməyə təqdim edə bilməz. Belə hallarda qanunvericilik yuxarı məhkəmə instansiyasına müraciət edilməsini nəzərdə tutur:
"Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatındadırsa, məhkəmə ərizəni baxılmamış saxlayır.
Bu baxımdan, məhkəmə qərarı ilə razılaşmayan şəxsin yeni iddia qaldırmaq əvəzinə, məhkəmə aktından qanunla müəyyən edilmiş müddət və qaydada apellyasiya və ya digər müvafiq qaydada şikayət verməsi mümkündür. Bununla yanaşı, konkret halda hansı hüquqi müdafiə vasitəsindən istifadə edilməli olduğu məhkəmə aktının növündən və işin prosessual mərhələsindən asılıdır.
Odur ki, eyni mübahisənin təkrarən məhkəməyə təqdim edilməsi əvəzinə, mövcud məhkəmə aktının qanuni qaydada mübahisələndirilməsi daha doğru hüquqi mexanizmdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 116 Tarix: 07 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlmaniya kəşfiyyatının keçmiş rəhbəri casusluq ittihamı ilə həbs edilib
Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Avqust Hanninq casusluq və dövlətə xəyanət ittihamları ilə həbs edilib. xəbər verir ki, bu barədə "Merkur.de" məlumat yayıb. Almaniya Federal Kriminal Polisi İdarəsinin əməkdaşları 80 yaşlı Hanninqi səhər saatlarında Münster yaxınlığındak
11:17 165 Çində təhsil alan azərbaycanlı tələbədən qürurverici addım - Video
Çinin Zhengzhou Tibb Universitetində təhsil alan sumqayıtlı gənc Fateh Novruzlu oxuduğu təhsil müəssisəsinin önündə Azərbaycan bayrağındakı rəng xətasını fərq edərək dərhal onu düzəldib. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu olan F.Novruzl
10:38 165 Yüksək təzyiqin daha bir səbəbi məlum oldu
Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio
06.10.2026 426 Palandökendən dünyaya
Palandökendən dünyaya / Zəngəzur və Orta Dəhlizin yenidən formalaşdırdığı ticarət denklemində Ərzurumun əsas sınağı Palandöken Logistika Mərkəzini gözləyən bir obyektdən işlək ticarət bazasına çevirməkdir. Bir şəhərin iqtisadi gələcəyindən danışarkən bəzən kilometrləri, yolları, dəmir yollarını və layihələr
12:41 138 7 yaşlı oğlan sahildə insan dişləri tapdı - 300 illik sirr üzə çıxa bilər
Britaniyada 7 yaşlı oğlan sahildə insan dişləri tapıb. xəbər verir ki, People nəşrinin məlumatına görə, dişlər XVII əsrdə baş vermiş gəmi qəzasının qurbanlarına aid ola bilər. Yeddi yaşlı Artur bu qeyri-adi kəşfi 2025-ci ilin avqustunda Lizard Point sahilində edib. Polis dişlərin arxeoloji mənşəli olduğun
10:47 178 "Der Spiegel" və digər xarici KİV-də yayılan iddialara Azərbaycandan reaksiya
"Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Auqust Hanninqlə bağlı aparılan istintaq çərçivəsində bir sıra xarici media resurslarında Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiya xarakteri daşıyır və son dövrlərdə Azərbaycana qarşı intensiv şəkild
11:00 0 Britaniya İsrailin 27 diplomatını ölkədən çıxaracaq?
İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunun bağlanması barədə qərar versə, İsrailin Londondakı səfirliyinin 27 diplomatı ölkədən çıxarılacaq. Bizim.Media xəbər verir ki, bu barədə Reuters dörd mənbəyə istinadən məlumat yayıb. İsrail sentyabrın 8-də Britaniyaya Şərqi Qüdsdəki konsulluğu 30 gün ərzind
06.10.2026 267 Keçmiş xanımı Tatlısəsin son durumunu açıqladı
Türkiyəli müğənni İbrahim Tatlısesin keçmiş həyat yoldaşı Ayşegül Yıldız sənətçinin səhhətindən danışıb. Axşam.az xəbər verir ki, tədbirlərdən birinə qatılan Yıldız jurnalistlərin Tatlısesin son vəziyyəti ilə bağlı suallarını cavablandırıb. O, müğənninin müalicəsinin davam etdiyini bildirib. "Fikrimcə
06.10.2026 449 "Onsuz da ərə gedəcək": Qızların məktəbdən uzaqlaşdırılması niyə hələ də davam edir?
"Bir qız uşağı dördüncü, beşinci və ya altıncı sinfi oxuyur, daha sonra isə məktəbdən çıxarılır. Səbəb müxtəlif ola bilər: "Qız uşağıdır, onsuz da ərə gedəcək", "evdə iş çoxdur", "uzağa getməsin", "oxumağın nə mənası var, "ailənin maddi imkanı yoxdur"
14:39 113