30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
ABŞ-nin Miçiqan ştatında bir fermerin təxminən 30 il ərzində tövlənin qapısını açıq saxlamaq üçün istifadə etdiyi 10 kiloqramlıq daşın 4,5 milyard illik meteorit olduğu üzə çıxıb.
"Qafqazinfo" xəbər verir ki, Miçiqan sakini Devid Mazurek 1988-ci ildə Edmor şəhərindəki fermasını alarkən daş artıq ərazidə olub.
Təxminən 10,22 kiloqram ağırlığında olan parça illər ərzində sadəcə qapının qarşısına qoyularaq ağırlaşdırıcı kimi istifadə edilib.
Mazurek sonradan daşın qeyri-adi görünüşündən şübhələnərək onu Mərkəzi Miçiqan Universitetinin geoloqu Mona Sirbeskuya göstərib. Nümunənin araşdırılmasına daha sonra Smitson İnstitutu da cəlb olunub. Təhlillər daşın təxminən 12 faiz nikel ehtiva edən dəmir meteorit olduğunu təsdiqləyib.
Meteoritə tapıldığı şəhərin adı ilə "Edmore" adı verilib və IIIAB sinif dəmir meteorit kimi təsnif edilib. "Edmore" Miçiqan Dövlət Universitetinin Abrams Planetariumuna 75 min dollara satılıb.
Mazurek əldə etdiyi vəsaitin 7500 dollarını Mərkəzi Miçiqan Universitetinin Yer və Atmosfer Elmləri Departamentinə bağışlayıb. Vəsaitin bakalavr tələbələrinin elmi araşdırmalarına dəstək üçün istifadə olunacağı bildirilib.
Fermanın əvvəlki sahibi Mazurekə daşın əraziyə necə gəldiyini də danışıb. Onun sözlərinə görə, 1930-cu illərdə ata və oğul gecə səmadan yerə düşən bir cismin şahidi olublar. Ertəsi gün hadisə yerinə gedən ata və oğul torpaqda yaranmış çuxurda daşı tapıblar. Rəvayətə görə, daş tapıldığı zaman hələ isti olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1032 Tarix: 07 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu xəstələrə şad xəbər - Dərmanlar PULSUZ OLACAQ
Azərbaycanda gələn ilin aprel ayından etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır. BİG.AZ report-a istinadən xəbər verir ki bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev "Dövlət biznes əməkdaşlıq forumu"
00:09 130 Pensiyaçılara ikiqat XOŞ XƏBƏR - Aprelin 1-dən etibarən…
Əmək Məcəlləsinə təklif olunan dəyişiklik işçilərin əməkhaqlarının ödənilməsi qaydasında yeniliyə səbəb olacaq. Layihəyə əsasən, işəgötürənlər işçinin maaşını onun seçdiyi bank hesabına köçürməli olacaqlar. Bəs yeni qayda işçilərə və işəgötürənlərə hansı dəyişiklikləri gətirəcək? İşçinin maaşını istədiy
00:15 100 Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb - Foto
Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyev
21.11.2026 190 Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək
Ermənistan hökuməti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək. "Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan "Digitec" yüksək texnologiyalar forumund
21.11.2026 168 Fin körfəzində iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib
Fin körfəzinin neytral sularında iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko məlumat verib. "Fin körfəzinin neytral sularında, Rusiya Federasiyasının sərhədində
21.11.2026 174 Almaniya XİN başçısı: Ermənistan Konstitusiyasının dəyişdirilməsi Bakı ilə sülh üçün zəruri addımdır
Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün Ermənistan öz Konstitusiyasını dəyişməlidir. "Report" xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful Almaniyanın "Tagesschau" telekanalına müsahibəsində bildirib. XİN başçısı qeyd edib ki, hazırda Cənubi Qafqazd
21.11.2026 189 Pentaqon rəhbəri ABŞ-ın Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb
ABŞ-ın müdafiə naziri Pit Heqset Kanada ilə hərbi əməkdaşlığın məhdudlaşdırılması barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon rəhbəri müvafiq göstəriş
21.11.2026 120 Qırğızıstanın səhiyyə naziri həmkarının həyatını xilas etdi
Qırğızıstanın səhiyyə naziri Damir Osmonov həmkarının ürəyində əməliyyat apararaq stent yerləşdirib. xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesablarında məlumat paylaşıb. Nazirin sözlərinə görə, bu tibbi müdaxilə infarktın qarşısını vaxtında almağa kömək edib:. "Mənim üçün xüsusi bir iş gün
21.11.2026 134 Börnhem Britaniyanı Avropa İttifaqına qaytarmaq istəyir
Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkəsinin yenidən Avropa İttifaqına (Aİ) qatılmasının tərəfdarıdır və cəmiyyətin də bu fikri bölüşdüyünə inanır. bildirir ki, bu barədə "The Times" nəşri onun ətrafındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb. Qaynağın sözlərinə görə, bu
21.11.2026 160