Dünyada yenidən populyarlaşan 10 qədim ad

Dünyada yenidən populyarlaşan 10 qədim adBu adlar əvvəlki nəsillərə məxsus olsa da, sadə səslənişi və zamana meydan oxuyan cazibəsi sayəsində bu gün yenidən dəbdədir.

Bəzi adlar əslində heç vaxt tamamilə dəbdən düşmür. Uzun müddət yaşlı nəsillə assosiasiya olunan bir çox "vintaj" ad indi yenidən qayıdır və valideynlər arasında maraq doğurur.

Lent.az xarici mediaya istinadən sözügedən adları təqdim edir.

Artur

Artur adı yenidən yeni doğulan körpələr üçün populyar adlar siyahısında görünməyə başlayıb. Bu ad əfsanəvi Kral Arturla əlaqələndirilir və xüsusi nüfuzlu səslənişə malikdir. Klassik səslənişi sayəsində bu gün ənənəvi, lakin köhnəlmiş görünməyən ad kimi qəbul edilir.

Florens

Bu ad zərif, eyni zamanda fərqli bir ad axtaran valideynlər arasında yenidən populyarlaşıb. Viktoriya dövrünə gedib çıxan kökləri var və firavanlıq, rifah anlayışları ilə assosiasiya olunur. Bundan başqa, yumşaq və romantik səslənişi onu müasir qız uşaqları üçün də cəlbedici edir.

Feliks

Latın mənşəli bu ad "xoşbəxt" və ya "uğurlu" mənasını verir. Feliks bir qədər köhnə ad təsiri bağışlasa da, onun pozitiv mənası bu adı yenidən aktual edir. Bildirilir ki, XX əsrin əvvəllərində də kifayət qədər populyar olan Feliks bu gün yenidən dəbə qayıdır.

Uma

Klassik hind adı olan Uma sanskrit dilində dərin köklərə malikdir və ənənəvi olaraq ilahə Parvati ilə əlaqələndirilir. Qısa və zərif səslənən bu ad bir vaxtlar daha çox yaşlı nəsillər arasında geniş yayılmışdı. Sadəliyi sayəsində isə müxtəlif mədəniyyət və nəsillər arasında asanlıqla qəbul olunur.

Beatris

Beatris həm köhnə ailə albomunda, həm də müasir doğum haqqında şəhadətnamədə eyni dərəcədə təbii görünən adlardan biridir. Latın mənşəli bu ad xoşbəxtliklə assosiasiya olunur və zərif səslənişi ilə seçilir.

Yuki

Yuki bir çox nəsillər boyu istifadə edilən klassik yapon adıdır və bu gün də müasir səslənir. Ad "qar" və ya "xoşbəxtlik" mənasını verə bilər. Qısa və yumşaq səslənişi bu ənənəvi ada müasir cazibə qazandırır.

Klara

Klara adı heç vaxt istifadədən tamamilə çıxmayıb. Lakin bu gün övladları üçün zamana bağlı olmayan adlar axtaran valideynlər onun cazibəsini yenidən kəşf edirlər. Latın mənşəli bu ad "işıqlı", "aydın" kimi mənalarla əlaqələndirilir.

Meybel

"Sevimli" və ya "sevilməyə layiq" mənasını verən sözdən yaranan bu ad istilik və pozitivlik hissi yaradır. Qısa və yumşaq səslənişinə görə Meybel adı müasir dövrdə də olduqca aktual təsir bağışlayır.

Otis

Bir vaxtlar daha çox əvvəlki nəsillər arasında populyar olan Otis adı indi qısa və fərqli ad axtaran valideynlərin diqqətini yenidən cəlb edir.

Hüqo

Qısa, zərif və aydın şəkildə vintaj üsluba malik Hüqo adı Avropada bir çox nəsillər boyunca istifadə olunub.

German mənşəli bu ad ağıl və intellekt anlayışları ilə əlaqələndirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 925   Tarix: 06 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu xəstələrə şad xəbər - Dərmanlar PULSUZ OLACAQ

Azərbaycanda gələn ilin aprel ayından etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır. BİG.AZ report-a istinadən xəbər verir ki bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev "Dövlət biznes əməkdaşlıq forumu"

00:09 130
.

Pensiyaçılara ikiqat XOŞ XƏBƏR - Aprelin 1-dən etibarən…

Əmək Məcəlləsinə təklif olunan dəyişiklik işçilərin əməkhaqlarının ödənilməsi qaydasında yeniliyə səbəb olacaq. Layihəyə əsasən, işəgötürənlər işçinin maaşını onun seçdiyi bank hesabına köçürməli olacaqlar. Bəs yeni qayda işçilərə və işəgötürənlərə hansı dəyişiklikləri gətirəcək? İşçinin maaşını istədiy

00:15 100
.

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb - Foto

Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyev

21.11.2026 190
.

Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək

Ermənistan hökuməti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək. "Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan "Digitec" yüksək texnologiyalar forumund

21.11.2026 168
.

Fin körfəzində iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib

Fin körfəzinin neytral sularında iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko məlumat verib. "Fin körfəzinin neytral sularında, Rusiya Federasiyasının sərhədində

21.11.2026 174
.

Almaniya XİN başçısı: Ermənistan Konstitusiyasının dəyişdirilməsi Bakı ilə sülh üçün zəruri addımdır

Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün Ermənistan öz Konstitusiyasını dəyişməlidir. "Report" xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful Almaniyanın "Tagesschau" telekanalına müsahibəsində bildirib. XİN başçısı qeyd edib ki, hazırda Cənubi Qafqazd

21.11.2026 189
.

Pentaqon rəhbəri ABŞ-ın Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb

ABŞ-ın müdafiə naziri Pit Heqset Kanada ilə hərbi əməkdaşlığın məhdudlaşdırılması barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon rəhbəri müvafiq göstəriş

21.11.2026 120
.

Qırğızıstanın səhiyyə naziri həmkarının həyatını xilas etdi

Qırğızıstanın səhiyyə naziri Damir Osmonov həmkarının ürəyində əməliyyat apararaq stent yerləşdirib. xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesablarında məlumat paylaşıb. Nazirin sözlərinə görə, bu tibbi müdaxilə infarktın qarşısını vaxtında almağa kömək edib:. "Mənim üçün xüsusi bir iş gün

21.11.2026 134
.

Börnhem Britaniyanı Avropa İttifaqına qaytarmaq istəyir

Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkəsinin yenidən Avropa İttifaqına (Aİ) qatılmasının tərəfdarıdır və cəmiyyətin də bu fikri bölüşdüyünə inanır. bildirir ki, bu barədə "The Times" nəşri onun ətrafındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb. Qaynağın sözlərinə görə, bu

21.11.2026 160
.