Qrip mövsümü başladı - Bu şəxslər vaksin vurdura bilməz

Qrip mövsümü başladı - Bu şəxslər vaksin vurdura bilməzHavaların soyuması ilə mövsümi virus infeksiyaları yenidən gündəmə gəlir. Payız aylarında insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və otaqların az havalandırılması respirator virusların yayılmasını asanlaşdırır. Son günlər havanın yağıntılı və sərin keçməsi də diqqəti qripdən qorunma yollarına yönəldib. Xüsusilə uşaqların, yaşlıların və xroniki xəstəliyi olan şəxslərin sağlamlığının qorunması bu dövrdə daha çox əhəmiyyət daşıyır. Belə bir vaxtda qrip peyvəndinin nə zaman vurulması, kimlərə tövsiyə edilməsi və mümkün yan təsirləri ilə bağlı suallar yaranır.

Bu dövrdə qrip vaksini vurdurmaq olarmı? Həmin vaksin ödənişlidirmi? Kimlərə vaksin vurdurmaq qadağandır? Onun hansı əks-təsirləri var?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, peyvənd üçün ən optimal dövr qrip mövsümü başlamazdan əvvəldir:

"Qrip peyvəndi (vaksini) hər il mövsümi qrip epidemiyalarından qorunmaq üçün ən effektiv vasitələrdən biri hesab olunur. Peyvənd üçün ən optimal dövr qrip mövsümü başlamazdan əvvəldir. Peyvəndi noyabr, dekabr, hətta yanvar və fevral aylarında da vurdurmaq olar. Qrip virusları yaz aylarına, adətən aprel-may aylarınadək dövr etdiyi üçün mövsüm ərzində peyvənd olunmaq müəyyən qoruyuculuq təmin edir. Vaksindən sonra orqanizmdə immunitetin, yəni anticisimlərin formalaşması təxminən 2 həftə çəkir.

Azərbaycanda mövsümi qrip peyvəndi həm dövlət, həm də özəl tibb müəssisələrində vurulur. Səhiyyə Nazirliyi tərəfindən hər il payız mövsümündə qripin A və B tiplərinə qarşı vaksinlər ölkəyə gətirilir. Qripə qarşı vaksinasiya dövlət tibb müəssisələrində ödənişsiz həyata keçirilir və vətəndaşlar yaşayış və ya iş yeri üzrə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər. Özəl tibb müəssisələrində vaksinasiya ödənişli ola bilər".

Həkim qeyd edib ki, yüksək hərarət zamanı vaksinasiya təxirə salınır:

"Qrip peyvəndinin tərkib hissələrindən hər hansı birinə və ya əvvəlki dozasına qarşı anafilaksiya, yəni ağır allergik reaksiya keçirmiş şəxslərə, həmçinin 6 aydan kiçik uşaqlara qrip peyvəndi vurulmur. Kəskin xəstəlik, yəni yüksək hərarət, kəskin respirator virus infeksiyası və ya xroniki xəstəliyin kəskinləşməsi zamanı vaksinasiya təxirə salınır və şəxs sağaldıqdan sonra həyata keçirilir.

Müasir qrip vaksinlərinin böyük əksəriyyəti yumurta allergiyası olan şəxslərə də təhlükəsiz şəkildə tətbiq edilə bilər. Lakin əvvəllər ağır allergik reaksiya keçirmiş şəxslər peyvənddən əvvəl bu barədə həkimə məlumat verməlidirlər.

Qrip vaksinləri canlı virus saxlamır, əksəriyyəti inaktivləşdirilmiş vaksinlərdir. Buna görə də peyvənd insanın qripə yoluxmasına səbəb ola bilməz.

Yarana biləcək yan təsirlər adətən yüngül və müvəqqəti olur və 1-3 gün ərzində öz-özünə keçir. İynə vurulan nahiyədə ağrı, qızartı və ya cüzi şişkinlik, həmçinin bədən hərarətinin yüngül yüksəlməsi, halsızlıq, baş və əzələ ağrıları, ürəkbulanma və yorğunluq hissi müşahidə oluna bilər.

Nəfəs darlığı, üz və boğazda şişkinlik, geniş yayılmış səpgi, huşun itməsi və ya yüksək hərarət yaranarsa, təcili tibbi yardıma müraciət edilməlidir. Bu hallar nadir olsa da, vaxtında tibbi qiymətləndirmə tələb edir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 101   Tarix: 06 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.