Ülviyyə İsmayılova: "Müəllimlik təkcə bilik vermək deyil, şagirdlərə həyati bacarıqlar qazandırmaqdır"
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlik peşəsinin mahiyyəti, müasir təhsildə müəllimin dəyişən rolu və şagirdlərin gələcək həyatında pedaqoqun təsiri barədə danışdıq. Tofiq İsmayılov adına 6 nömrəli liseyin tarix müəllimi Ülviyyə İsmayılova ilə söhbətimizdə müəllimlik missiyasından tutmuş, müasir şagirdlərin xüsusiyyətlərinə və müəllimdən gözlənilən yeni bacarıqlara qədər bir sıra məsələlərə toxunduq.
BiG.AZ müsahibəni təqdim edir:
- İlk növbədə sizi 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirik! Müəllimlik yalnız bilik vermək deyil, həm də gələcək nəsli yetişdirməkdir. Sizcə, müəllimin cəmiyyət qarşısında ən böyük məsuliyyəti nədən ibarətdir?
- İlk öncə təbrikiniz üçün təşəkkür edirəm. Mənim üçün müəllimlik bir missiyadır. Yəni təkcə şagirdə elm öyrətməkdən ibarət deyil, həm də şagirdləri gələcəyə hazırlamaqdır. Bir tarix müəllimi kimi də düşünürəm ki, şagirdlər üçün ən vacib məqamlardan biri məhz keçmişini yaxşı bilməkdir.
- Müəllimlik fəaliyyətinizə başladığınız ilk günlərlə bugünkü təcrübənizi müqayisə etdikdə hansı dəyişiklikləri görürsünüz?
- Çox dəyişikliklər görürəm. Əslində, ilk fəaliyyətə başlayanda çox həyəcanlı idim və düşünürdüm ki, şagirdlərə yalnız bilik ötürməliyəm. Onlar nə qədər çox öyrənərsə, daha uğurlu nəticələri ola bilər. Amma indiki dövrdə fikirləşirəm ki, şagirdlərə bilik ötürməkdən vacib, onlara həyati bacarıqları öyrətmək lazımdır. Həmçinin verilən sualların cavablarını bilməkdən çox, o sualların cavabını necə tapmağı, necə öyrənə bilməyi öyrətmək lazımdır.
- Şagirdlərin həyatında müəllimin rolu nə dərəcədə əhəmiyyətlidir? Müəllim bir uşağın gələcəyinə necə təsir göstərə bilər?
- Müəllimin rolu şagirdin həyatında çox önəmlidir. Hətta düşünürəm ki, valideyndən sonra övladına istiqamət verən ikinci şəxs müəllimdir. Şagirdin potensialını birinci aşkara çıxarmaq lazımdır. Şagirdin potensialını bildikdən sonra ona yön vermək, istiqamət vermək müəllim üçün də çox rahat olur. Belə hallarla dəfələrlə rastlaşmışam. Həqiqətən də, bir məqamda şagirdin potensialı üzə çıxıb və mən ona dəstək göstərə bilmişəm. Şükür Allaha ki, nəticədə uğurlu olub.
- Müasir dövrdə şagirdlərin maraqları, düşüncə tərzi və öyrənmə üsulları dəyişir. Bu dəyişikliklər müəllimdən hansı yeni bacarıqları tələb edir?
- Müasir dövrün şagirdləri, təbii ki, əvvəlki nəsildən çox fərqlənir. Çünki onlar informasiyaya çox rahat və tez çıxış əldə edirlər. Ona görə də müəllimlər həmin şagirdləri maraqlandırmaq, onların diqqətini cəlb etmək üçün mütləq yaradıcı olmalıdırlar, rəqəmsal savadlılıqları olmalıdır. Öz üzərində daim çalışmalı və şagirdlərə sualları əzbərləməkdən çox, sualların cavabını necə tapa biləcəklərini öyrətməyə çalışmalıdırlar.
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 517 Tarix: 05 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda dələduzluq edən 66 yaşlı jurnalist HƏBS OLUNDU
Bakıda oğlu həbsdə olan qadına qarşı dələduzluq edilib. -ın xəbərinə görə, 66 yaşlı Firudin Əmirov (şərti soyadla) oğlunu həbsdən qurtarmaq istəyən qadına özünü geniş əlaqələri olan şəxs kimi təqdim edib. O, həmçinin özünün qəzetdə jurnalist kimi çalışdığını deyib. Edəcəyi "xidmət" qarşılığınd
04.11.2026 239 Dünyanın ən sakit adası seçildi: Burada sivilizasiyanın izlərinə az rast gəlinir
Səs-küydən, şəhər həyatının yorucu tempindən uzaqlaşaraq təbiətin qoynunda dincəlmək istəyənlər üçün dünyanın ən sakit adası müəyyənləşdirilib. Yeni Zelandiyada yerləşən Stüart adası (Rakiura) təbiətin qorunub saxlanılması və insan fəaliyyətinin minimum səviyyədə olması ilə reytinqdə birinci yeri tutub
04.11.2026 138 Böyük Qayıdış Qarabağ iqtisadiyyatına necə təsir edəcək?
Qarabağın işğaldan azad edilməsindən sonra həyata keçirilən Böyük Qayıdış prosesi Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm mərhələlərdən biri hesab olunur. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıtması yalnız demoqrafik baxımdan deyil, həm də bölgənin iqtisadi həyatını
04.11.2026 330 Bred Pittə daha bir zərbə: qızı atasının soyadından imtina etdi
Ancelina Coli və Bred Pittin ayrılığından illər keçsə də övladları ilə bağlı hadisələr gündəmdən düşmür. xarici mediaya istinadən xəbər verir ki, məşhur cütlüyün 18 yaşlı qızı Vivyen Coli-Pittin də bacı və qardaşları kimi atasının soyadından rəsmi imtina etdiyi bildirilir. Los-Anceles Ali Məhkəməsind
04.11.2026 227 NATO kəşfiyyat təyyarəsi Kalininqrad ətrafında ikinci dəfə dövrə vurub
ABŞ-da qeydiyyatdan keçmiş NATO kəşfiyyat təyyarəsi bu həftə Kalininqrad vilayəti ətrafında ikinci dəfə dövrə vurub. APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə TASS aviadispetçer xidmətinə istinadən məlumat yayıb. Bildirilib ki "Bombardier Artemis II" təyyarəsi Polşa, Litva hava məkanında
04.11.2026 196 Qarabağın dirçəlişi Azərbaycan iqtisadiyyatına hansı töhfələri verə bilər?
Qarabağın dirçəlişi Azərbaycanın müasir tarixində yalnız ərazi bütövlüyünün bərpasından sonra qarşıya qoyulan quruculuq vəzifəsi deyil. Bu proses, eyni zamanda, ölkənin iqtisadi inkişafı, yeni investisiya imkanlarının yaranması və regionların iqtisadi potensialının genişlənməsi baxımından mühüm əhəmiyyə
04.11.2026 310 Vətən müharibəsinin Zəfərindən Şuşa Bəyannaməsinə, Böyük Qayıdışdan Qarabağın dirçəlişinə
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində dönüş nöqtəsi olmaqla yanaşı, regionun geosiyasi mənzərəsini dəyişdirən mühüm hadisə kimi yadda qaldı. Azərbaycan xalqının uzun illər ərzində qəlbində yaşatdığı torpaq həsrəti, ərazi bütövlüyünün bərpası arzusu və milli ədaləti
04.11.2026 223 "Fənərbaxça" "Liverpul"a qarşı
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu davam edir. "Qafqazinfo" xəbər verir ki, bu gecə Türkiyə təmsilçisi "Fənərbaxça" İstanbulda "Liverpul"u qəbul edəcək. UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur. 4 noyabr. 21.45. AEK (Yunanıstan) - "Real"
04.11.2026 273 1960-cı illərin dəbi geri qayıdır - Bu çəkmələr yenidən trenddədir
2026-cı ilin payızında 1960-cı illərdə məşhur olan "go-go boots" çəkmələri yenidən dəbə qayıdıb. xəbər verir ki, bu ayaqqabılar baldırın ortasına qədər uzanan hündürlüyü, alçaq kvadrat dabanı və sadə forması ilə seçilir. Əvvəllər belə çəkmələr əsasən ağ rəngdə istehsal olunurdu. Lakin müasi
04.11.2026 245