Avtomobil sığortası bahalaşdı: "Başqa səbəb yoxdur"
Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AQSİS) üzrə həm yığımlarda, həm də ödənişlərdə kəskin artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında bu sığorta növü üzrə 131,228 milyon manat sığorta haqqı toplanıb. Bu, 2025-ci ilin müvafiq dövründəki 118,534 milyon manatlıq göstərici ilə müqayisədə 10,7% və ya 12,694 milyon manat çoxdur.
Hesabat dövründə həyata keçirilən sığorta ödənişlərinin məbləği isə 104,770 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 87,173 milyon manat olub ki, bu da illik müqayisədə 20,2% və ya 17,597 milyon manatlıq artım deməkdir.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, əsas səbəb odur ki, sığorta ödənişlərində (haqlarında) artım var, yəni əvvəlki əmsallar dəyişib:
"Bütün kateqoriyalar üzrə necə hesablasan da, əvvəlki dövrlə müqayisə edəndə ödənişin fərqli olduğunu və məbləğin artdığını görürsən. Təbii ki, bu da ümumi yığıma öz təsirini göstərir, başqa bir səbəb yoxdur. Çox təəssüf ki, Mərkəzi Bank yalnız sığorta ödənişlərinin artırılmasına uyğun qərarlar verir, lakin sığorta məbləğinin artırılmasına baxmır. Yəni sürücülərə ziyan dəyəndə, qəza törədiləndə yenə də maksimum 5000 manat ödənilir. Bu 5000 manatdan artıq sığorta ödənişi yoxdur.
Bunun qarşılığında isə vətəndaşın etdiyi sığorta ödənişi demək olar ki, hər il artır".
Ekspert qeyd edib ki, əmsalları elə hesablayırlar ki, nə olur-olsun, sonda məbləğdə həmişə artım yönündə fərq yaranır:
"Əvvəlki dövrlə müqayisə etsək görürük ki, dünənə qədər 50 manata sığorta olunan avtomobili bu gün 70-80 manatdan aşağı sığortalamaq mümkün olmur. Artıq ortada belə bir ciddi fərq var".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 896 Tarix: 05 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu xəstələrə şad xəbər - Dərmanlar PULSUZ OLACAQ
Azərbaycanda gələn ilin aprel ayından etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır. BİG.AZ report-a istinadən xəbər verir ki bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev "Dövlət biznes əməkdaşlıq forumu"
00:09 130 Pensiyaçılara ikiqat XOŞ XƏBƏR - Aprelin 1-dən etibarən…
Əmək Məcəlləsinə təklif olunan dəyişiklik işçilərin əməkhaqlarının ödənilməsi qaydasında yeniliyə səbəb olacaq. Layihəyə əsasən, işəgötürənlər işçinin maaşını onun seçdiyi bank hesabına köçürməli olacaqlar. Bəs yeni qayda işçilərə və işəgötürənlərə hansı dəyişiklikləri gətirəcək? İşçinin maaşını istədiy
00:15 100 Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb - Foto
Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyev
21.11.2026 190 Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək
Ermənistan hökuməti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək. "Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan "Digitec" yüksək texnologiyalar forumund
21.11.2026 168 Fin körfəzində iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib
Fin körfəzinin neytral sularında iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko məlumat verib. "Fin körfəzinin neytral sularında, Rusiya Federasiyasının sərhədində
21.11.2026 174 Almaniya XİN başçısı: Ermənistan Konstitusiyasının dəyişdirilməsi Bakı ilə sülh üçün zəruri addımdır
Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün Ermənistan öz Konstitusiyasını dəyişməlidir. "Report" xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful Almaniyanın "Tagesschau" telekanalına müsahibəsində bildirib. XİN başçısı qeyd edib ki, hazırda Cənubi Qafqazd
21.11.2026 189 Pentaqon rəhbəri ABŞ-ın Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb
ABŞ-ın müdafiə naziri Pit Heqset Kanada ilə hərbi əməkdaşlığın məhdudlaşdırılması barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon rəhbəri müvafiq göstəriş
21.11.2026 120 Qırğızıstanın səhiyyə naziri həmkarının həyatını xilas etdi
Qırğızıstanın səhiyyə naziri Damir Osmonov həmkarının ürəyində əməliyyat apararaq stent yerləşdirib. xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesablarında məlumat paylaşıb. Nazirin sözlərinə görə, bu tibbi müdaxilə infarktın qarşısını vaxtında almağa kömək edib:. "Mənim üçün xüsusi bir iş gün
21.11.2026 134 Börnhem Britaniyanı Avropa İttifaqına qaytarmaq istəyir
Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkəsinin yenidən Avropa İttifaqına (Aİ) qatılmasının tərəfdarıdır və cəmiyyətin də bu fikri bölüşdüyünə inanır. bildirir ki, bu barədə "The Times" nəşri onun ətrafındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb. Qaynağın sözlərinə görə, bu
21.11.2026 160