Prezident dərman istehsalı müəssisəsinin açılışında - Fotolar

Prezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarAzərbaycan Prezidenti İlham Əliyev bu gün Pirallahı Sənaye Parkında "Gen Pharma Caucasus Manufacturing Operations" MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib.

"Qafqazinfo" xəbər verir ki, əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına sənaye zonaları və Pirallahı Sənaye Parkının fəaliyyəti barədə məlumat verib.

Qeyd edək ki, Pirallahı Sənaye Parkı Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmanla yaradılıb. Əsas məqsəd əczaçılıq sənayesini inkişaf etdirmək və dəstəkləmək, əczaçılıq məhsulları üzrə idxaldan asılılığı azaltmaq, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində məşğulluğu artırmaqdır. Pirallahı Sənaye Parkında 6 rezident qeydiyyatdan keçib.

Hazırda ölkəmizdə 8 sənaye parkı - Sumqayıt Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Ağdam Sənaye Parkı, Hacıqabul Sənaye Parkı, "Araz Vadisi İqtisadi Zonası", Balaxanı Sənaye Parkı fəaliyyət göstərir. Bu il Naxçıvan Sənaye Parkının təməli qoyulub, zəruri infrastrukturun yaradılması istiqamətində iş aparılır. Həmçinin Gəncə şəhərinin və Şəmkir rayonunun inzibati ərazilərini əhatə edəcək Qərb Sənaye Parkında zəruri infrastrukturun yaradılması üçün layihələndirmə işləri görülür.

"Gen Pharma Caucasus Manufacturing Operations" MMC-nin təsisçisi Abidin Gülmüş müəssisə barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, bu müəssisəyə 2023-cü ildə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib. Təsisçilər Türkiyənin "Gen İlaç ve Sağlık Ürünleri Sanayi A.Ş." şirkəti (66%), İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) (29%) və Türkiyənin "SİA Pharmaceuticals" şirkətidir (5%). Ümumi dəyəri 113,9 milyon manat olan layihənin maliyyələşdirilməsində özəl investisiya ilə yanaşı, Azərbaycan Biznesinin İnkişafı Fondunun 13,2 milyon manat investisiyasından, 10 milyon manat isə güzəştli kredit vəsaitindən istifadə edilib. Sənaye Parkının rezidenti kimi müəssisə 7 milyon manatdan çox ƏDV və gömrük rüsumlarından azad olunub.

Ərazisi 5,2 hektar olan müəssisənin illik istehsal gücü 60 milyon qutu dərman, o cümlədən 2,5 milyard tablet və kapsul təşkil edir. Burada kardiologiya, nevrologiya, urologiya, diabetologiya, qastroenterologiya, ağrıkəsici, antibiotiklər və digər dərmanlar istehsal olunacaq.

Müəssisənin inkişaf perspektivlərinə istehsalın artırılması, 5 il ərzində 500-dən artıq preparatın istehsalının lokallaşdırılması, daxili tələbatın maksimum dərəcədə qarşılanması və ixrac coğrafiyasının genişləndirilməsi daxildir.

Zavodda ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Çin, Danimarka, İsveç və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan avadanlıq quraşdırılıb ki, bu da yüksək beynəlxalq standartlara uyğun dərman vasitələrinin istehsalına imkan verir. Məhsulların daxili bazara satılması ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər xarici ölkələrə ixracı da nəzərdə tutulur.

Burada 178 nəfər daimi işlə təmin ediləcək.

Müəssisə fəaliyyətində təhsil və elmi əməkdaşlığa da yer ayırıb. Belə ki, burada Qarabağ Universiteti və Azərbaycan Tibb Universiteti üçün rəsmi tədris bazası yaradılıb.
Prezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarPrezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarPrezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarPrezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarPrezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarPrezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarPrezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarPrezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarPrezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarPrezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarPrezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarPrezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarPrezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarPrezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarPrezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarPrezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarPrezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarPrezident dərman istehsalı müəssisəsinin açılışında - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 105   Tarix: 05 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric

04.10.2026 238
.

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - Video

Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verən amansız qətlin dəhşətli təfərrüatı məlum olub. BİG.AZ -a istinadla xəbər verir ki, həyat yoldaşını amansızlıqla qətlə yetirən Əsgər Ağarəhim oğlu Hüseynovun kecmişi ilə bağlı diqqətçəkən məqamlar ortaya çıxıb. 1993-cü ildə Lerik rayonunda anadan olan Əsgə

04.10.2026 488
.

Alman siyasətçidən Merzə sərt reaksiya: "Vergi ödəyicilərinin pullarını paylayır"

Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Alis Vaydel Almaniya kansleri Fridrix Merzin Ukraynaya səfərini və yeni yardım paketi vəd etməsini tənqid edib. xəbər verir ki, Vaydel bu barədə X sosial media platformasında paylaşım edib. "Ukraynaya milyardlarla avro həcmində yardım paketin

11:04 110
.

Almaniyanın keçmiş kansleri Rusiyada yeni vəzifəyə təyin olundu

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiyada fəaliyyət göstərən "Globus" hipermarketlər şəbəkəsinin müşahidə şurasının üzvü olub. O, şirkətin Rusiyadakı biznesinin strateji inkişafına dəstək verəcək. "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Giperglobus"

04.10.2026 193
.

Tramp: CAATSA ilə bağlı problem yoxdur

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara

04.10.2026 193
.

İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

Milli Məclisin deputatı Jalə Fazil qızı Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, J.Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif olunu

10:41 124
.

Pezeşkian: İran yeni iqtisadi plan hazırlayıb

İran yeni iqtisadi plan hazırlayıb. "Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. "Hökumət xüsusi şəraiti idarə etmək üçün yeni mövqe tutub. Ötən aylarda düşmənin planı, İran xalqına təzyiq göstərmək məqsədil

04.10.2026 239
.

Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağın

04.10.2026 225
.

Şagird məktəbdə sinif yoldaşlarına və müəlliməsinə hücum etdi

Slovakiyanın şimal-qərbində yerləşən Staşkov kəndindəki məktəbdə şagirdin hücumu nəticəsində iki nəfər yaralanıb. xəbər verir ki, bu barədə JOJ televiziyası məlumat yayıb. Slovakiya polisi bildirib ki, hadisə yerinə bütün zəruri təcili yardım xidmətləri cəlb olunub. "Bütün zəruri təcili yardım xidmətlər

10:51 123
.