Bankların portfeli dəyişdi - 2,7 milyard hara gedir?
Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənaye və kənd təsərrüfatının payı isə azalıb.
Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən xəbər verir ki, son bir ildə biznes kreditlərinin istiqamətləri dəyişib. Müşahidə göstərir ki, əslində biznes kreitlərdəki dəyişiklik ümumi iqtisadiyyatdakı vəziyyəti əks etdirir.
AMB-nin məlumatına görə, 2026-cı ilin avqustun sonuna bankların biznes kreditlərinin həcmi 17 milyard 823 milyon manata yüksəlib. Bu 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyard 731 milyon manat və ya 18% artıqdır. Bir il əvvəl biznes kreditləri 15 milyard 92 milyon manat olmuşdu.
2,7 milyard manatlıq artım sahələr arasında fərqli bölünüb.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında maliyyə eksperti Əkrəm Həsənov bildirib ki, Azərbaycandakı mövcud kreditləşmə meyli birbaşa kreditlərin yönəldildiyi sahələrdən qaynaqlanır:
"Bu gün bu kreditlərin böyük hissəsi dövlət layihələrinə, infrastruktura və işğaldan azad olunmuş ərazilərdəki tikinti işlərinə xərclənir.
Ölkədəki mövcud iqtisadi durğunluq şəraitində dövlət layihələrini icra edən özəl qurumlardan başqa heç kimin aktiv bizneslə məşğul olmadığı görünür. Ticarət, kənd təsərrüfatı və sənaye kimi real özəl sektor sahələri inkişaf etmir. "Qeyri-neft sektorunda artım var" dedikdə, bu, əsasən dövlət layihələrinə söykənən tikinti sektorunu əhatə edir. Özəl tikinti sektorunda da yaşayış binaları tikilir. Lakin şişirdilmiş qiymətlər ucbatından alınan mənzillərin bir çoxu boş qalıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdəki bəzi tikinti işlərinin keyfiyyəti ilə bağlı da narazılıqlar var".
Mütəxəssis mövcud biznes kreditləşməsinin iqtisadiyyata mənfi təsirlərindən bəhs edib:
"Birincisi, şaxələndirmə yoxdur. Kreditlər bütün sahələri əhatə etmir, şaxələnməyib və yalnız müəyyən istiqamətlərə yönəlib. İkincisi, özəl sektor sıxışdırılır:
"Əsasən dövlət layihələrinin maliyyələşdirilməsi müstəqil özəl biznesi sıradan çıxarır. Bankların dövlət layihələrinə üstünlük verməsinin əsas səbəbi bu təsnifatın daha təhlükəsiz olması və pulun geri qayıtma riskinin aşağı olmasıdır. Lakin bank və kredit sisteminin son məqsədi yalnız puldan pul qazanmaq deyil, real iqtisadiyyatın inkişafını təmin etməkdir. Mövcud mənzərənin real sektora xidmət etməməsi isə ciddi problemdir".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 161 Tarix: 30 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)
Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər
10:18 194 Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama
"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır". Bunu BİG.AZ-a açıqlamasında Libera
11:57 173 Rubio Kuba hökumətinə sərt xəbərdarlıq edib
ABŞ Prezidenti Donald Trampın administrasiyası Kubanın ABŞ üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək. EFE-nin məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. "Prezident Tramp olduğu müddətdə Kubanın ABŞ-yə qarşı əməliyyatlar üçün bazaya çevrilməsinə heç vaxt imkan verməyəcəyik"
29.09.2026 217 Ermənistan yeni atom elektrik stansiyasının tikintisinə hazırlaşır
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yaxın aylarda yeni atom elektrik stansiyasının (AES) tikint çox vacib olan sözlərini eşitdik: yaxın bir neçə ay ərzində Ermənistan yeni stansiyanın tikintisi üçün texniki dizayn və tərəfdaşla yeganə atom elektrik stansiyasıdır və ölkənin elektrik enerjisini
11:08 147 Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir
33 il əvvəl, 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Cəbrayıl rayonu işğal edilmişdi. İşğal zamanı rayonun 1 şəhər, 4 qəsəbə və 97 kəndi erməni vandalları tərəfində dağıdılmış, nəticədə rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdi. 1050 km2-i əhatə edən rayo
09:59 141 Romada "Harmoniya" sənədli filminin təqdimatı olub
Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada "Harmoniya" sənədli filminin təqdimat mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə tərəfdaşlığ
29.09.2026 230 İlham Əliyev xanımı ilə sərgidə
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi il
13:33 132 Vergidən azad edildilər, amma nəticə yoxdur - SƏBƏB
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər bir sıra vergilərdən azaddırlar. Güzəştlər mənfəət və gəlir vergisi, əlavə dəyər vergisi (ƏDV), sadələşdirilmiş vergi və əmlak vergisini əhatə edir. Lakin vergi azadolmaları məhsulun ilkin formada satılmas
14:47 105 Pentaqona ŞOK KİBERHÜCUM: 3 milyon əməkdaşın məlumatı oğurlandı
ABŞ Müdafiə Nazirliyinin məlumat sisteminə genişmiqyaslı kiberhücum edilib. xarici KİV-ə istinadən xəbər verir ki, hakerlər Pentaqon əməkdaşları və hərbçiləri barədə məxfi məlumatların saxlanıldığı böyük kadr bazasına giriş əldə ediblər. Hadisə nəticəsində 2 milyon 760 min sağ şəxsin, həmçinin 294 mi
29.09.2026 226