İlham Əliyev Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi

İlham Əliyev Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdiAzərbaycan Prezidenti İlham Əliyev bu gün Estoniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycanla Estoniya arasında əməkdaşlığın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların önəminə toxunub.

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bu xüsusda Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın ölkəmizə builki səfərlərini qeyd edib.

Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.

Estoniyanın Azərbaycana ilk səfiri təyin olunmasından şərəf hissi duyduğunu deyən Tiina Nirk ölkələrimiz, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafı üçün səylə çalışacağını vurğulayıb.

Azərbaycanın Orta Dəhlizdə mühüm mövqedə yerləşdiyini qeyd edən səfir bir çox sahədə, o cümlədən siyasi dialoq, biznes, informasiya texnologiyaları, logistika və digər istiqamətlər üzrə tərəfdaşlığı genişləndirmək üçün yaxşı potensialın olduğunu deyib.

Tiina Nirk təhsil sahəsində də əməkdaşlıq baxımından geniş imkanlara toxunaraq, bu xüsusda 200-ə yaxın azərbaycanlı tələbənin Estoniyada təhsil aldığını qeyd edib.

Səfir həmçinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımları yüksək qiymətləndirib.

Görüşdə Estoniyanın Azərbaycanda səfirliyinin açılmasının ikitərəfli münasibətlərimizin daha da inkişaf etməsinə mühüm töhfə verəcəyi vurğulanıb, iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunulub və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

İlham Əliyev Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdiİlham Əliyev Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdiİlham Əliyev Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdiİlham Əliyev Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 109   Tarix: 23 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Apennin dağları necə yaranıb? - Alimlərdən təəccübləndirən kəşf

İtaliyadakı Apennin dağları paltardakı fermuarın açılmasına bənzər prosesin təsiri altında formalaşa bilər. Bu qənaətə Florensiya Universitetinin alimləri zəlzələlər, Yer səthinin hərəkətləri və yer qabığının quruluşu ilə bağlı məlumatları araşdırdıqdan sonra gəliblər. Qaynarinfo xəbər verir ki, yen

22.09.2026 236
.

Qızıl neçəyədir?

Azərbaycanda qızılın sentyabrın 22-nə olan rəsmi qiymətləri bəlli olub. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7404.7410 manat təşkil edib. Növlərə və əyyarlara görə 1 qram qızılın satış qiyməti isə 99 əyyar təmiz qızıl üçün 238.07 manat, 750 əyyar İtalyan qızılı üçün 178.7

22.09.2026 234
.

Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq

"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"

22.09.2026 479
.

Trampın reytinqi Respublikaçılarda narahatlıq yaradıb

ABŞ Respublikaçılar Partiyasının üzvləri noyabrın 3-də keçiriləcək ara seçkilərdə Konqresin hər iki palatasında çoxluğu qorumağa çalışarkən, prezident Donald Trampdan getdikcə daha çox uzaqlaşırlar. xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, respublikaçıla

11:22 109
.

Nə otel var, nə kafe - bu adaya turistlər donuzlara görə gəlirlər

Yunanıstanın kiçik Atokos adasında nə otel, nə də kafe var. Buna baxmayaraq, ada turistlərin diqqətini çəkir. Səbəb isə çimərlikdə sərbəst gəzən və istirahətçilərlə birlikdə dənizdə üzən qara donuzlardır. xarici mediaya istinadla xəbər verir ki, İon dənizində yerləşən Atokos İtaka, Lefkada və Kefaloniy

22.09.2026 306
.

Tramp İran nümayəndələri ilə görüşmək istəyir

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının iclası çərçivəsində İran nümayəndələri ilə görüşməyə ümid edir. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Kanalın məlumatına görə, Tramp müşavirlərinə "şərtlər uyğun olarsa", Nyu-Yorkda İran rəsmiləri ilə görüş təşkil etmək istədiyini bildirib

11:36 89
.

Prezident əfv Sərəncamı imzaladı - Adlar

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən aza

11:35 146
.

Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub

Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidenti Donald Trampın ev sahibliyi keçirilən qəbulda iştirak edib. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb. Qəbul 8 avqustda keçirilmiş Vaşinqton Sammiti və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasında

10:16 123
.

Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı - Siyahı

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artırılıb. Axşam.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin saytında müvafiq bölmə yenilənib. Hazırda sistemdə olan plastik cərrahların sayı 46-dan 51-ə çatdırılıb. Siyahıya əlavə olunanlar Amin Müzakir oğlu Əliyev, Turab Qurba

22.09.2026 346
.