Qarabağda yeni iqtisadi həyat: rifahın əsas göstəricisi nə olacaq?

Qarabağda yeni iqtisadi həyat: rifahın əsas göstəricisi nə olacaq?Qarabağın gələcək rifahını yalnız tikilən binaların və yolların sayı ilə qiymətləndirmək düzgün olmaz. Burada əsas məsələ dağıdılmış yaşayış məkanlarının yenidən qurulması ilə yanaşı, dayanıqlı iqtisadi və sosial həyatın formalaşdırılmasıdır.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən əmlak üzrə ekspert Fərid Cəfərli bildirir ki, Qarabağda gedən prosesi üç əsas mərhələdə qiymətləndirmək mümkündür. Birinci mərhələ təhlükəsizliyin və əsas infrastrukturun təmin edilməsidir. İkinci mərhələ insanların geri qayıtması və yaşayış mühitinin formalaşdırılmasıdır. Üçüncü mərhələ isə iqtisadi aktivliyin, məşğulluğun, sahibkarlığın və özəl investisiyaların davamlı şəkildə artırılmasıdır.

Ekspertin fikrincə, Qarabağın real rifah göstəricisi gələcəkdə tikilən evlərin sayı deyil, insanların burada nə qədər rahat yaşaması, işləməsi, biznes qurması və gəlir əldə etməsi olacaq.

Bu baxımdan Qarabağ əmlak bazarında da fərqli mərhələdən keçir. Hazırda burada klassik mənada formalaşmış bazardan daha çox, yeni bazarın institusional və iqtisadi təməlinin yaradılması prosesi gedir.

Əmlakın dəyərini müəyyən edən əsas amillər sırasında yerləşmə, infrastruktur, nəqliyyat əlçatanlığı, iş yerləri, sosial xidmətlər, kommersiya aktivliyi, əhalinin gəlir səviyyəsi və gələcək inkişaf perspektivi dayanır. Əmlak bazarında qiymət yalnız torpağın və ya tikilinin özündən formalaşmır. Əsas məsələ torpağın iqtisadi dövriyyəyə daxil olmasıdır.

Məsələn, hər hansı əraziyə yol çəkilir, kommunal infrastruktur yaradılır, əhali məskunlaşır, iş yerləri formalaşır və ticarət dövriyyəsi artır. Bu zaman həmin ərazidə həm yaşayış, həm də kommersiya daşınmaz əmlakına tələbin yaranması üçün iqtisadi baza formalaşır.

Fərid Cəfərliyə görə, Qarabağda gələcək əmlak bazarını qiymətləndirərkən üç əsas göstəriciyə xüsusi diqqət yetirmək lazımdır: əhalinin faktiki məskunlaşma tempi, yeni iş yerlərinin və bizneslərin sayı, həmçinin infrastruktur və nəqliyyat əlçatanlığının səviyyəsi.

Bu göstəricilər artdıqca əmlak bazarının daha fundamental və dayanıqlı şəkildə formalaşması üçün imkanlar da genişlənir.

Qarabağda investisiya imkanları isə yalnız yaşayış daşınmaz əmlakı ilə məhdudlaşmır. Kommersiya obyektləri, xidmət sektoru, hotelçilik, turizm, logistika, kənd təsərrüfatı, sənaye və icarə bazarı da potensial investisiya istiqamətləri kimi nəzərdən keçirilə bilər.

Lakin investor üçün əsas məsələ yalnız dövlət təşviqlərinin mövcudluğu deyil. Tələbin real olub-olmaması, layihənin gəlirliliyi, hüquqi statusu, infrastruktur təminatı, likvidliyi və gələcəkdə investisiyadan çıxış strategiyası kompleks şəkildə qiymətləndirilməlidir.

Ekspertin diqqət çəkdiyi əsas risklərdən biri isə əmlak bazarının real iqtisadi fəaliyyətdən əvvəl sürətlə qiymətləndirilməsi, yəni spekulyativ gözləntilərin real tələbi qabaqlamasıdır. Əgər qiymət artımı ərazidə formalaşan real iqtisadi aktivliklə dəstəklənmirsə, bu, bazarın dayanıqlılığı baxımından risk yarada bilər.

Bu səbəbdən Qarabağda yeni əmlak bazarının formalaşmasını yalnız tikinti həcmi və qiymət dəyişiklikləri ilə ölçmək kifayət deyil. Əsas göstəricilər insanların bölgəyə qayıdışı, yeni iş yerlərinin yaradılması, bizneslərin fəaliyyətə başlaması, gəlirlərin formalaşması və iqtisadi dövriyyənin genişlənməsidir.

Başqa sözlə, Qarabağın gələcək rifahını tikilən binaların miqyası ilə deyil, yaradılan iqtisadi həyatın keyfiyyəti ilə ölçmək lazımdır. Davamlı məskunlaşma, məşğulluq, sahibkarlıq və investisiya mühiti formalaşdıqca əmlak bazarı da daha sağlam iqtisadi əsaslar üzərində inkişaf edə bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 807   Tarix: 21 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

05.11.2026 327
.

60 yaşdan sonra dostların sayı niyə azalır?

Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz

05.11.2026 219
.

"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi

"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm

05.11.2026 178
.

Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı

Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon

05.11.2026 143
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

05.11.2026 241
.

Azərbaycanda ilk dəniz milli parkı yaradılacaq

Azərbaycanda ilk dəniz milli parkının yaradılması istiqamətində işlərə başlanılıb, xəritələşmə işləri artıq yekunlaşıb. "Trend"ə istinadən xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumunun "Xəzərdən təsərrüfata: Balıq ehtiyatlarının qorunmasınd

05.11.2026 261
.

Soğanı kartofla bir yerdə saxlamayın: nəticəsi sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

Mətbəxdə ən çox istifadə olunan tərəvəzlərdən olan soğan və kartofu eyni yerdə saxlamaq rahat görünsə də, bu vərdiş onların daha tez xarab olmasına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, soğan və kartof eyni yeşikdə saxlanıldıqda ayrı-ayrılıqda saxlanılan məhsullarla müqayisədə dah

05.11.2026 241
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

05.11.2026 237
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

05.11.2026 309
.