Sədərəyi qoruyan "Fərqlilər": Onları birləşdirən Vətən sevgisi

Sədərəyi qoruyan "Fərqlilər": Onları birləşdirən Vətən sevgisiBu yazımı "Fərqlilər" adlandırmağım səbəbsiz deyil. Çünki orduda həm hərbçilər var, həm də döyüşçülər. Mənim bu dəfə "fərqlilər" adlandırdığım qəhrəmanlar könüllü döyüşçülərdir. O könüllülər ki, ürəkləri hər zaman Azərbaycan xalqı ilə bir döyünür. Onları yetişdirən bir amal, bir məqsəd var: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi.

Torpaq - uğrunda ölən varsa, Vətən olur. Bizə, Azərbaycan xalqına torpağımızı Vətən edənlər peşəsindən, təhsilindən asılı olmayaraq silahı əlinə alıb "Vətən mənimdir" deyərək onun müdafiəsinə qalxanlardır.

"Fərqlilər" adlı yazı yazmağı planlaşdırdığım zaman könüllü döyüşçülərimizi, xüsusilə də Sədərək uğrunda gedən döyüşlərdə düşmən qarşısına çıxmış igidlərin harayına düşdüm. Qaynaqları araşdırıb, məqalələri oxuduğum zaman könüllülərin çoxunun hərbi təcrübəsinin olmadığını gördüm. Bəziləri müəllim, bəziləri həkim, bəziləri isə yenicə hərbi xidmətdən qayıtmış gənclər idi. Onlar karyera qurmaq, ailə həyatı haqqında düşünmədən silaha sarılaraq Vətənin müdafiəsinə qalxmış qəhrəman oğullarımızdır.

Şairin də dediyi kimi:

Torpağın qoynunda şəhidlər yatır,
Şəhidlik! Ulu ad daşıyır onlar.
Nə qədər bu torpaq, bu Vətən durur,
Beləcə ömr edib yaşayır onlar.

Vətən uğrunda şəhid olmaq böyük şərəfdir. Bu şərəfə nail olmaq isə hər kəsin qismətinə düşmür. Bu uca zirvənin sahibləri heç vaxt yaddaşlardan silinmirlər. Onlar daim qəlblərdə yaşayırlar. İllər, əsrlər keçsə də, şəhidlərimiz hər zaman xatırlanır, böyük hörmət və ehtiramla yad edilirlər.
Sədərəyi qoruyan "Fərqlilər": Onları birləşdirən Vətən sevgisi1990-cı illərin əvvəllərində imperiya əsarətindən qurtulmuş Azərbaycan ən ağır tarixi dövrlərindən birini yaşayırdı. İqtisadiyyatın çökdüyü, dövlətçiliyin ciddi sınaqlardan keçdiyi bir vaxtda düşmən yaranmış vəziyyətdən istifadə edərək Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən qədim diyarımız Naxçıvana qarşı təcavüzkar hücumlar həyata keçirməyə başlamışdı.

1990-cı ildə erməni silahlı birləşmələrinin Sədərək kəndinə hücumu zamanı bir yumruq kimi birləşərək qədim diyarın müdafiəsinə qalxan, düşmənə ciddi müqavimət göstərən naxçıvanlıların arasında silaha sarılan könüllülər az deyildi.

Həmin döyüşlərdə öz qəhrəmanlığı ilə seçilən igidlərdən biri Əliyev Kamran Yaqub oğlu olmuşdur. 1971-ci il iyulun 15-də Culfa rayonunun Əbrəqunus kəndində anadan olan Kamran ilk təhsilini doğma kəndindəki tam orta məktəbdə alıb. 1988-ci ildə məktəbi bitirdikdən sonra Ukraynada texnikuma qəbul olub. Təhsilini başa vuraraq Vətənə qayıdan Kamran ordu sıralarına yazılıb.

Vətənin müdafiəsinə qalxan yüzlərlə gəncdən biri olan Kamran Sədərək uğrunda gedən döyüşlərdə qorxmazlığı ilə seçilib. Bu səbəbdən əsgər yoldaşları arasında "Tampo" ləqəbi ilə tanınıb.

Çox qısa müddət ərzində hərbi strategiyanı mənimsəyən Kamran Əliyev Sədərək istiqamətində edilən hücumların qarşısının alınmasında böyük dəyanət və igidlik göstərib. Lakin 1992-ci il mayın 18-də Sədərək istiqamətində düşmənin qəfil hücumunu dəf edərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Subay olan xalqımızın unudulmaz övladı doğulduğu Əbrəqunus kəndində dəfn edilib.

"Qəhrəman olmursan, qəhrəman doğulursan", deyib atalarımız. Xalqımız bu baxımdan bəxtəvər xalqdır. Çünki onun igid yetişdirməsinə gərək yoxdur - oğulları anadan igid doğulur.

1990-cı illərdə Naxçıvanın işğalı düşmən üçün əsas hədəflərdən birinə çevrildiyi bir vaxtda Sədərəyin müdafiəsinə yollanan qəhrəman oğullardan biri də Əliqulu Ağayev olub.

1948-ci il avqustun 11-də Culfa rayonunun Yaycı kəndində anadan olan Əliqulu Ağayev orta məktəbi bitirdikdən sonra Naxçıvan şəhərində sürücülük məktəbində, Bakı şəhərində isə mexanizatorluq kursunda təhsil alıb. Daha sonra Sovet Ordusu sıralarında hərbi xidmət keçib.

Əsgər həyatını başa vurduqdan sonra kənddə müxtəlif işlərdə çalışan Əliqulu Ağayev 1992-ci ilin mayında əsas qüvvələrini Sədərək istiqamətində cəmləşdirmiş erməni silahlı birləşmələri ilə döyüşə yollanıb.

Həmin günlərdə silah-sursatları az olsa da, Vətənin mərd oğulları düşmən qarşısından bir addım belə geri çəkilmək barədə düşünmürdülər. 1992-ci ilin mayında Sədərək kəndi və "Miltəpə" istiqamətində ağır döyüşlər gedirdi. Xüsusilə "Miltəpə" istiqamətində gedən döyüşdə çoxsaylı düşmən qüvvələri ilə üz-üzə qalan igidlərimizin qərarı belə olmuşdu: sona qədər döyüşmək və ölsələr belə, bir qarış torpağı düşmənə verməmək.

Belə də oldu.

Şəhidlərimizin qanı bahasına qazanılan bu döyüş Sədərəyin gələcək taleyində mühüm rol oynadı. Qayaları qan rənginə boyanmış Mil dağında bir neçə yaralı yoldaşını ölümdən xilas edən Əliqulu Ağayev düşmən üzərinə növbəti həmlə zamanı - 1992-ci il mayın 19-da şəhidlik məqamına ucaldı. Ailəli olan şəhidimizdən geriyə iki övlad yadigar qaldı.

"Vətən mənə oğlum desin, başqa dərdim olmayacaq" deyən, 1990-cı illərin burulğanında silahsız-sursatsız Naxçıvanın müdafiəsinə qalxan oğullarımızdan biri də Coşqun Hüseynov idi. Coşqun düşmənə gözdağı olan igidlərimizdən idi.

1973-cü il dekabrın 21-də Culfa rayonunun Teyvaz kəndində dünyaya göz açan Coşqun 1980-ci ildə Teyvaz kənd tam orta məktəbinin birinci sinfinə daxil olub, 1990-cı ildə həmin məktəbi bitirib. 1991-ci ildə həqiqi hərbi xidmətə çağırılan Coşqun Hüseynov erməni silahlı birləşmələrinin Vətənimizə hücumlarının qarşısının alınmasında böyük qəhrəmanlıq göstərib. O, Sədərək uğrunda gedən döyüşlərdə öz şücaəti ilə tanınıb.

1992-ci il mayın 18-də strateji baxımdan mühüm coğrafi mövqedə yerləşən Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra erməni silahlı birləşmələri bütün qüvvələrini cəmləşdirərək üç istiqamətdən hücuma keçib və nəyin bahasına olursa-olsun Sədərəyi ələ keçirməyi planlaşdırıblar.

Mayın 22-dək davam edən döyüşlərdə 20-yə yaxın əsgərimiz və kəndin dinc sakini şəhid olub. Bu şəhidlərin arasında 19 yaşlı Coşqun Hüseynov da vardı. Teyvaz kəndində dəfn olunan igidimizi erməni snayperi şəhid edib.

Düşmənin ağır hücumları nəticəsində Mil dağı istiqamətində şəhidliyə yüksələn, bir qarış belə torpağı düşmənə verməyən və qəhrəmanlıq tarixi yazan Coşqun Hüseynovla bağlı maraqlı bir hadisə bu gün də xatırlanır.

Mayın 18-də qardaşı ilə eyni səngərdə igidliklə döyüşən Coşqun qardaşının qucağında şəhid olduqdan sonra onun doğulduğu kənddəki atının həmin gün dayanmadan kişnədiyi və havalanmış halda kəndi dolaşdığı söylənilir. Bir gün sonra şəhidi kənddə dəfn edərkən atı da kənd məzarlığına gəlib. Sonrakı günlərdə kənd sakinləri həmin atı dəfələrlə Coşqunun qəbrinin üzərində görüblər. Sanki vəfalı heyvan öz şəhid sahibinə yas saxlayırdı...

Şəhidlik... Elə bir zirvədir ki, o ənginliyə ucalmaq hər insana qismət olmur. Bəlkə də yüzlərlə, minlərlə insan Tanrının onu şəhidliklə mükafatlandırmasını arzulayır. Lakin şəhidlik hər kəsə nəsib olmur.

Şəhidlik mənəvi zirvədir. Bu zirvədə Vətən oğullarının sarsılmaz əzmi, fədakarlığı və yenilməzlik gücü var. Məhz həmin güc 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarix yazmağımıza, cəmi 44 gün ərzində böyük Zəfərə imza atmağımıza və Vətən sevgisinin necə böyük bir qüvvə olduğunu bütün dünyaya göstərməyimizə yol açdı.

Bu gün aradan illər keçsə də, Sədərək döyüşlərində Vətən uğrunda canından keçən həmin könüllülərin adı yaşayır. Onlar peşələri, yaşları, həyat planları ilə fərqli olsalar da, bir amalın ətrafında birləşmişdilər: Vətəni qorumaq.

Məhz buna görə onlar "Fərqlilər"dir.

NURAY NƏZƏROVA


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 778   Tarix: 21 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı

Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon

05.11.2026 143
.

Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər

Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki

05.11.2026 168
.

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb. DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəli

05.11.2026 218
.

Soğanı kartofla bir yerdə saxlamayın: nəticəsi sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

Mətbəxdə ən çox istifadə olunan tərəvəzlərdən olan soğan və kartofu eyni yerdə saxlamaq rahat görünsə də, bu vərdiş onların daha tez xarab olmasına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, soğan və kartof eyni yeşikdə saxlanıldıqda ayrı-ayrılıqda saxlanılan məhsullarla müqayisədə dah

05.11.2026 241
.

Dişləri fırçalayanda bu üç səhvi etməyin

Ağız boşluğuna gündəlik qulluq zamanı yol verilən bəzi vərdişlər diş minasının zədələnməsinə və diş ətlərinin iltihabına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, stomatoloqlar insanların ağız boşluğuna qulluq zamanı yol verdiyi üç geniş yayılmış səhvi açıqlayıblar. Çoxları bu vərdişləri

05.11.2026 238
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 206
.

Sakinləri dəhşətə gətirən nəhəng çöl donuzu saxlanıldı

Trabzonun Araklı rayonunda vaxtaşırı yaşayış məntəqələrinə qədər enərək məhəllə sakinlərini təşvişə salan və "Yaragar Canavarı" adlandırılan nəhəng çöl donuzu ovlanıb. Heyvanın çəkisi 250-300 kiloqramdır. Bunu saytı Türkiyə mediasına istinadən bildirib. Ovçular sakinləri narahat edən heyvan

05.11.2026 416
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

05.11.2026 290
.

"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi

"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm

05.11.2026 178
.