Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib.
"Report" xatırladır ki, sentyabrın 19-u başlayan əməliyyat qısa müddətə - cəmi 23 saat 43 dəqiqəyə qarşıya qoyulan məqsədlərə çatan kimi dayandırılıb.
Lokal xarakterli antiterror tədbirlərinə üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə başlanılmışdı.
Qarabağın erməni sakinlərinin nümayəndələrinin o zaman Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu:
1. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi. Dövlət başçısı lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın suverenliyinin bərpa olunduğunu xalqa bəyan etdi.
Antiterror tədbirlərindən dərhal sonra isə dəfələrlə Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşməyə məcbur oldular. Görüşlərdə separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edildi. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradıldı.
2023-cü il sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 732 Tarix: 20 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlmaniyada tanınmış siyasətçinin ölümü ilə bağlı araşdırma başladılıb
Almaniyanın Azad Seçicilər Partiyasının lideri və Bavariyanın iqtisadiyyat naziri Hubert Ayvangerin ölümünün səhhətindəki problemlərlə əlaqəli olduğu ehtimal edilir. xəbər verir ki, bu barədə "Der Tagesspiegel" qəzeti məlumat yayıb. "Berlin hakimiyyəti ölümün təbii səbəblərdən baş verdiyində
10:35 193 Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır
5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq
04.11.2026 379 ABŞ-da demokratların planı: Ukraynaya yardım və Rusiyaya yeni sanksiyalar
ABŞ-da keçirilən ara seçkilərdə qələbə qazanan Demokratlar Partiyası Ukraynaya hərbi yardımların bərpasını və Rusiyaya qarşı yeni sanksiyaların hazırlanmasını planlaşdırır. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Konqresin hər iki palatasınd
10:45 217 XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik
12:31 193 8 Noyabr - Zəfər Günü milli birliyimiz, sarsılmaz iradəmiz
8 Noyabr - Zəfər Günü milli birliyimizin, sarsılmaz iradəmizin, Vətən sevgimizin və dövlətimizin qüdrətinin təntənəsini özündə əks etdirən möhtəşəm tarixi gün və Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, Azərbaycan Ordusunun döyüş qabiliyyətini, xalqımızın milli həmrəyliyini və Vətən uğrunda fədakarlığın
10:45 199 Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində
13:55 167 Polisin barmağını dişləyən şəxs saxlanıldı
İzmirdə 18 il 5 ay müddətinə həbs cəzası almış və 33 gündür ki, axtarışda olan oğurluq cinayətində təqsirləndirilən şəxs saxlanılarkən polisin barmağını dişləyərək yaralayıb. Bunu Türkiyə mediasına istinadən bildirib. Şəxs zərərsizləşdirilərək əlləri arxadan qandallanıb və məhkəməyə göndərilib. Onu
11:47 200 Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək
Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl
12:04 187 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini
12:25 176