Qadınları gizli lentə alan "ağıllı" eynəklərlə bağlı araşdırma başladı
Paris prokurorluğu "ağıllı" eynəklərdən istifadə etməklə cinsi qısnamada şübhəli bilinən şəxslə bağlı cinayət təhqiqatına başlayıb. Eyni zamanda, dünya ölkələri bu cihazların istifadəsinin sosial nəticələri ilə mübarizə apardığı bir vaxtda, Fransanın məlumatların mühafizəsi orqanları müxtəlif müəssisələrdən şikayətlər qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Hazırda bazarda "ağıllı" eynəklərin bir neçə modeli mövcuddur. Lakin ABŞ-nin texnologiya nəhəngi "Meta" şirkətinin "EssilorLuxottica" ilə birgə istehsal etdiyi məhsul qlobal bazarın təxminən 76 faizinə sahib olmaqla mütləq liderə çevrilib.
İstifadəçiyə gizli şəkildə çəkiliş aparmağa imkan verən kiçik daxili kamera və süni intellektlə təchiz edilmiş "Meta" eynəkləri dünyada böyük rəğbət qazanıb. Ötən il bu cihazlardan 7 milyon ədəd satılıb. "Essilor"un son satış göstəriciləri isə 2026-cı ildə "eksponensial artım" proqnozlaşdırır.
Bununla belə, sözügedən cihazların populyarlığı cinsi qısnama, korporativ pozuntular və qanunsuz izləmə kimi problemləri gündəmə gətirib. Nəticədə prokurorluq, tənzimləyici orqanlar, hüquq müdafiə təşkilatları və şirkətlər tərəfindən beynəlxalq nəzarət əhəmiyyətli dərəcədə gücləndirilib.
Məxfilik qanunlarının pozulmasını əsas gətirən Almaniyanın istehlakçı hüquqlarını müdafiə təşkilatı cihazların bu ölkədə satışı ilə məşğul olan "Meta" və digər qurumlara qarşı cinayət şikayəti verib.
Böyük Britaniyada bəzi kinoteatrlar isə smart eynəklərdən istifadəyə ümumiyyətlə qadağa qoyub.
Paris prokurorluğundan "Reuters"ə bildirilib ki, qadınların küçədə xəbərsiz şəkildə lentə alınması və həmin videoların internetdə yayılması kimi sosial şəbəkə trendləri ilə əlaqədar ən azı bir cinayət işi başlanıb. Bu addım cinsi qısnama ilə bağlı şikayətlər əsasında atılıb.
Qurum daha ətraflı məlumat verməkdən imtina edib. Lakin vurğulanıb ki, kibercinayətkarlıqla mübarizə şöbəsi smart eynəklərin hansı potensial cinayətlərin törədilməsində istifadə oluna biləcəyini daha ətraflı öyrənmək üçün iki həftə əvvəl bu cihazları testdən keçirib.
Öz növbəsində, "Meta"nın nümayəndəsi bəyan edib ki, şirkət ilk gündən süni intellektli eynəklərdə məxfiliyin qorunması funksiyasını tətbiq edib. O, həmçinin cihazların funksionallığı artdıqca təhlükəsizlik tədbirlərinin də davamlı olaraq gücləndiriləcəyini bildirib.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 342 Tarix: 20 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar
Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin
17.09.2021 877 Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO
Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd
11.09.2021 1188 Üz dərisini ağardan unikal vasitə
Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində
13.09.2021 741 Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO
Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric
13.09.2021 490 Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi
15.09.2021 1571 Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR
"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə
11.09.2021 2925 Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO
Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib
14.09.2021 2001 Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO
Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ
14.09.2021 1946 "Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"
Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi
12.09.2021 5476