AQİL CAMAL: "Reytinqli sosial şəbəkə "fenomenləri" jurnalistin yazdığı mətni ortaya qoya bilməz"

AQİL CAMAL: "Reytinqli sosial şəbəkə "fenomenləri" jurnalistin yazdığı mətni ortaya qoya bilməz"Müasir dövrdə informasiya əldə etməyin yolları sürətlə dəyişir. Əvvəllər xəbərlərin əsas ünvanı televiziya, radio və qəzetlər idisə, bu gün sosial şəbəkələr milyonlarla insan üçün əsas informasiya mənbələrindən birinə çevrilib. Bəs bu dəyişiklik jurnalistikanın gələcəyinə necə təsir edir? Ənənəvi media öz mövqeyini qoruyacaq, yoxsa sosial şəbəkələr jurnalistikanın əsas platformasına çevriləcək?

Mövzu ilə bağlı BiG.AZ-a danışan "Türküstan" Media Qrupunun baş redaktoru, "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri, jurnalist Aqil Camal dəyişən informasiya mühitinin media sahəsinə təsirindən bəhs edib:

"İnformasiya mühitində gedən dəyişikliklərə və yeniliklərə yalnız bir ölkənin prizmasından baxmaq doğru olmaz. Bu baxımdan, Azərbaycan informasiya məkanında - istər ənənəvi mediada, istərsə, sosial şəbəkələrdə baş verənləri bütövlükdə qlobal miqyasda gedən proseslərin tərkib hissəsi kimi qəbul etməliyik. Çünki, dəyişikliklər xaricdə yaradılmış innovasiyaların, xaricdə istehsal edilərək ölkəyə gətirilən texniki vasitələrin hesabına baş verir. Bu halda biz tərəqqi etmiş, öndə olan ölkələrin, cəmiyyətlərin "media, yoxsa, sosial şəbəkə" dilemması qarşısındakı davranışlarına baxmalıyıq.

Əgər bu gün sosial şəbəkələri yaradaraq geniş tətbiq edən və dünyaya da təqdim edən ölkələrdə ənənəvi media, xüsusilə də, klassik mətbuat institutu saxlanılırsa, biz nə üçün ənənəvi medianın gələcəyinə bədgüman yanaşmalıyıq?

Ənənəvi mediada çalışanların, xəbər istehsalı ilə məşğul olanların peşə qabiliyyəti, məsuliyyəti və ciddiyyəti fərdi keyfiyyətlərlə və kollektiv qaydalarla, həmçinin, müvafiq qanunlarla tənzimlənir. Sosial şəbəkə iştirakçıları üçün isə nə peşə, nə məsuliyyət, nə ciddiyyət heç bir cavabdehlik doğurmur"
İctimai Birliyin sədri həmçinin qeyd edib ki, ənənəvi mediada xəbər məhsulunun - mətnin, foto və ya video görüntünün hansısa yaradıcı meyarları, ölçüləri var. Sosial mediada isə bu çərçivələr yoxdur:

"Heç sosial şəbəkə iştirakçısından tirajladığı məhsulun keyfiyyətini, doğruluğunu sorğu-sual edən də yoxdur. Çünki, sosial şəbəkə iştirakçısı hansısa media subyektini təmsil etmir. İctimai öhdəliyi yoxdur.

Bu mənada, dünyadakı tendensiyaları izləməliyik. Biz gün ərzində xəbər axtarışındayıq. Dünya mediasında ən son xəbərləri, ciddi, mötəbər, eksklüziv informasiyanı biz yenə də transmilli media nəhənglərindən alırıq. Məhz tanınmış media qurumlarının sosial şəbəkə hesablarına etimad var. Biz əgər ənənəvi medianı küncə sıxışdırıb, sosial şəbəkə "mediası"na yaşıl işıq yandırsaq, media cəmeəmiz bir azdan yerli şou-biznesin gününə düşə bilər.

Şimaldan, cənubdan, şərqdən, qərbdən davam etməkdə olan informasiya savaşının qarşısında ənənəvi mediamızın etibarına zərər vuran əks-təbliğatdan əl çəkmək lazımdır.

Mediada çalışanların sosial şəbəkə fenomeni olmaq qabiliyyəti var. Amma, reytinqli sosial şəbəkə fenomenləri mediaçının yazdığı mətni ortaya qoya bilməz. Ciddi informasiya isə hansısa həvəskar səviyyədə çəkilmiş video və ya fotoda yox, ciddi mətndə axtarılır".

"Mətbuatın gələcəyi: çap mediası nə qədər yaşayacaq?" sualımızı isə A.Camal belə cavablandırıb:

"Burada gizlədiləsi bir məsələ yoxdur. Çap mediasının, konkret, qəzetlərin indiki sürətli informasiya vasitələrinin qarşısında klassik formada rəqabətə davam gətirməsi və inkişafa nail olması mümkünsüzdür. Ancaq, qəzetçilik iki səbəbdən simvolik formada yaşamalıdır. Birincisi, qəzetçilik məktəbdir. İkincisi, ənənədir. Üçüncüsü, salnamədir. Bizim "Türküstan"ın müəllifləri var, texniki baxımdan etibarlı və qorunan ciddi saytlarda gedən məqalələrini belə, qəzetdə dərc etdirir. Səbəbi, yazını etibarlı mühafizə altına almaqdır.
Bu gün bir sıra qabaqcıl ölkələr qəzetçilikdən tam imtina etmir. Medianın başlanğıc simvolu kimi onu qoruyub saxlayır. Biz də, digər sahələrdə olduğu kimi bu cür örnəklərdən yararlanmalıyıq".

Baş redaktor gənc jurnalistlər arasında müşahidə olunan əsas problemə diqqət çəkib:

"Gənc jurnalistlərdə əsasən özünü göstərən problem mütaliənin zəifliyi, ensklopedik məlumatın az olması, ölkənin tarixi, yaxın keçmişi, bu günü ilə bağlı ictimai-siyasi hadisələrdən xəbərsiz olmaları, tanınmış simaları tanımamalarıdır. Öz üzərlərində işləməmələri, saat 6-dan sonra işini bitmiş hesab etmələridir. Halbuki, peşəsini sevən, bu peşədə çalışmağı qarşısına məqsəd qoymuş gənc jurnalist ən azı profilləşmək istədiyi sahə üzrə günlük dünyada gedən prosesləri, xəbərləri izləməlidir.

Təəssüf ki, gənc jurnalistlərimizin bir çoxu jurnalistika fakültəsini bitirməsi və nəticədə sahib olduğu ixtisasa görə hesab edir ki, media subyektlərinin qapıları onun üzünə taybatay açılmalıdır".

Lalə Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 892   Tarix: 17 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

12:41 276
.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

04.11.2026 444
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

12:20 211
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

12:25 214
.

Prezidentin təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır

Prezident İlham Əliyevin bu gün təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır. -ın məlumatına görə, onlar Baku TV-nin işçiləridir. Telekanalın əməkdaşları - Elçin Əlibəyli (müəllif-aparıcı), Gülnar Muradova (müəllif-aparıcı) və Jalə Ədilova (xəbər aparıcısı) "Tərəqqi"

17:14 122
.

Sakinləri dəhşətə gətirən nəhəng çöl donuzu saxlanıldı

Trabzonun Araklı rayonunda vaxtaşırı yaşayış məntəqələrinə qədər enərək məhəllə sakinlərini təşvişə salan və "Yaragar Canavarı" adlandırılan nəhəng çöl donuzu ovlanıb. Heyvanın çəkisi 250-300 kiloqramdır. Bunu saytı Türkiyə mediasına istinadən bildirib. Ovçular sakinləri narahat edən heyvan

12:20 327
.

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi

04.11.2026 361
.

Polad Həşimovun anasının vəziyyəti açıqlandı

Səhhətində problemlər yarandığına görə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, S.Həşimova oktyabrın 27-də saat 10:00 radələrində Mərkəzi

11:22 289
.

Nigar Fərhadın həyat yoldaşı yenidən həbs olundu

Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan "AİD Group" xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. APA-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qəra

15:02 245
.