Netanyahu ABŞ-a səfər edir, Trampla görüş isə müəmmalı qalır - münasibətlərdə nə baş verir?
İsrail Baş naziri Benyamin Netanyahunun sentyabrın 22-23-də ABŞ-a səfəri ərəfəsində Vaşinqton-Qüds münasibətlərində diqqətçəkən məqam ortaya çıxıb. Netanyahu BMT Baş Assambleyasının toplantıları çərçivəsində ABŞ-a səfər edəcək və Donald Trampla görüşmək istəyini ifadə edib. Lakin hazırda nə İsrail Baş nazirinin ofisinin, nə də Ağ Evin açıqlamalarında iki liderin ayrıca, təkbətək görüşünün təsdiqlənməsi barədə məlumat yer alır.
Bu vəziyyət son aylarda ABŞ və İsrail arasında xüsusilə İran, Yaxın Şərqdə hərbi strategiya və müharibələrin gələcək istiqaməti ilə bağlı ortaya çıxan fikir ayrılıqları fonunda diqqət çəkir. ABŞ mediasında Tramp administrasiyası ilə Netanyahu hökumətinin bəzi məsələlər üzrə mövqelərinin əvvəlki dövrlə müqayisədə daha çox fərqləndiyi barədə məlumatlar yayılıb.
Mövzu ilə bağlı politoloq, Resurs Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin sədri Rasim Quliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın prezidentləri Corc Buş (oğlu), Barak Obama və Co Baydeni İranla mümkün müharibəyə inandıra bilməmişdi. Hətta Barak Obamanın dövründə, 2015-ci ildə İranla nüvə sazişi imzalanmış və problemin diplomatik həllinə üstünlük verilmişdi. Onun sözlərinə görə, Trampın ikinci prezidentliyi dövründə isə Netanyahu ABŞ prezidentini İranla müharibəyə cəlb edə bildi: "Yeri gəlmişkən, Tramp birinci prezidentliyi dövründə bu müharibəni başlatsaydı, ikinci dəfə seçilmək imkanından məhrum olacağı üçün müharibəni məhz ikinci dönəmində başlatdı qənaətindəyəm. Beləliklə, ABŞ-İsrail-İran müharibəsində İsrail tərəfinin hərbi kəşfiyyat və müharibə strategiyası özünü doğrultmadı, təsdiq etmədi və qarşıya qoyulan hədəflərin heç birinə çata bilmədi. Regionda və beynəlxalq müstəvidə yeni siyasi, iqtisadi və digər proseslərə təkan verdi. ABŞ müxtəlif variantlarda yaranmış vəziyyətdən çıxmağa çalışaraq diplomatik cəhdlər edərkən, İsrailin Baş naziri vəziyyəti gərginləşdirərək sabitliyin və stabilliyin yaranmasına imkan vermir. Həm də İsraildə yaxınlaşan seçki Netanyahunun hazırkı davranışına təsir edən amillərdən biridir. Əgər Netanyahunun ABŞ səfəri planlaşdırılıbsa bu, qarşılıqlı razılıq əsasında baş verir və sözsüz ki, müzakirə mövzuları müəyyən olunub. Amma ümumi götürdükdə, İsrailin İranla müharibəyə cəlb edə bildiyi ABŞ prezidenti Donald Tramp eyni zamanda İsrail dövlətini və hökumətini müxtəlif səviyyələrdə sərt ifadələrə də "qonaq" edib.
Əlbəttə ki, hazırda həm İran müharibəsi, həm də İsrailin regiondakı hərbi-siyasi manevrləri planında yaranmış, çıxışı çətin olan böhran ABŞ-İsrail münasibətlərindəki gərginliyə səbəb ola bilər və yaxud da əksinə münasibətlərin gərgin olması İran məsələsində və bu müharibənin plan üzrə getmədiyinin göstəricisidir.
Müqayisə üçün deyək ki, zaman-zaman erməni dövlətini yaradan Rusiya ilə Ermənistanın hazırkı münasibətləri daha gərgin və Rusiyanın zərərinədir, nəinki ABŞ-İsrail münasibətləri".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 791 Tarix: 17 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrdoğan Azərbaycana gələcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək
12:41 276 Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana
04.11.2026 444 Bayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
12:20 211 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini
12:25 214 Prezidentin təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır
Prezident İlham Əliyevin bu gün təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır. -ın məlumatına görə, onlar Baku TV-nin işçiləridir. Telekanalın əməkdaşları - Elçin Əlibəyli (müəllif-aparıcı), Gülnar Muradova (müəllif-aparıcı) və Jalə Ədilova (xəbər aparıcısı) "Tərəqqi"
17:14 122 Sakinləri dəhşətə gətirən nəhəng çöl donuzu saxlanıldı
Trabzonun Araklı rayonunda vaxtaşırı yaşayış məntəqələrinə qədər enərək məhəllə sakinlərini təşvişə salan və "Yaragar Canavarı" adlandırılan nəhəng çöl donuzu ovlanıb. Heyvanın çəkisi 250-300 kiloqramdır. Bunu saytı Türkiyə mediasına istinadən bildirib. Ovçular sakinləri narahat edən heyvan
12:20 327 Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar
Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi
04.11.2026 361 Polad Həşimovun anasının vəziyyəti açıqlandı
Səhhətində problemlər yarandığına görə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, S.Həşimova oktyabrın 27-də saat 10:00 radələrində Mərkəzi
11:22 289 Nigar Fərhadın həyat yoldaşı yenidən həbs olundu
Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan "AİD Group" xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. APA-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qəra
15:02 245