İlham Əliyevin 23 illik prezidentlik fəaliyyəti: inkişafdan Zəfərə, Zəfərdən yeni mərhələyə
"2003-cü il Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Həmin il, 15 oktyabrda İlham Əliyev ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. Cənab İlham Əliyevin prezidentliyi dövrünü yalnız seçki tarixləri ilə xarakterizə etmək mümkün deyil. Bu dövr Azərbaycanın dövlətçilik, iqtisadi inkişaf, enerji siyasəti, beynəlxalq münasibətlər və təhlükəsizlik strategiyasının bir-biri ilə əlaqəli şəkildə formalaşdığı uzunmüddətli mərhələdir.
2003-cü ildən etibarən qarşıya qoyulan əsas məqsədlərdən biri güclü iqtisadi baza yaratmaq, Azərbaycanın enerji resurslarını milli inkişafın əsas alətlərindən birinə çevirmək və ölkənin beynəlxalq mövqelərini möhkəmləndirmək idi. Sonrakı illərdə Azərbaycanın enerji və nəqliyyat layihələri regionun geoiqtisadi xəritəsinə təsir göstərdi".
Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, İlham Əliyevin prezidentliyi dövrünün əsas siyasi nəticələrindən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır. Onun sözlərinə görə, 2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın uzun müddət işğal altında qalan ərazilərinin böyük hissəsi azad edilib. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərindən sonra isə Azərbaycanın bütün ərazisində suverenliyin bərpa olunduğu elan edilib.
"Qələbəmiz Azərbaycan dövlətçiliyi baxımından yeni mərhələ yaratdı. Artıq əsas məsələ yalnız azad edilmiş ərazilərin bərpası deyil, Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın iqtisadi, sosial və nəqliyyat sisteminə reinteqrasiyasıdır.
Eyni zamanda, Azərbaycanın xarici siyasətində müstəqil qərarvermə xətti, regional nəqliyyat və enerji layihələrində fəal iştirak, türk dünyası və digər tərəfdaşlarla əlaqələrin genişləndirilməsi son iki onilliyin əsas istiqamətlərindən biri kimi diqqəti çəkir.
İqtisadi sahədə isə qarşıdakı mərhələnin əsas çağırışı neft-qaz gəlirlərindən əldə olunan imkanların qeyri-neft sektorunun inkişafına, sənayeləşməyə, texnologiyalara və insan kapitalına daha çox yönəldilməsidir. Prezident İlham Əliyev də son illərdə iqtisadiyyatın şaxələndirilməsini və qeyri-neft sektorunun inkişafını prioritet istiqamətlər kimi vurğulayır.
Beləliklə, 2003-cü ildən 2026-cı ilə qədər olan dövrü üç əsas mərhələdə xarakterizə etmək olar: dövlətin iqtisadi və siyasi dayaqlarının möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası və post-Zəfər dövrünün quruculuq mərhələsi.
Bu baxımdan İlham Əliyevin prezidentlik fəaliyyətinin əsas siyasi xəttini bir cümlə ilə ifadə etsək, belə deyərdim: Güclü dövlət quruculuğundan güclü və bütöv Azərbaycan mərhələsinə keçdik", - deyə B.Quliyev əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 721 Tarix: 17 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrdoğan Azərbaycana gələcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək
12:41 276 Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana
04.11.2026 444 Bayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
12:20 211 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini
12:25 214 Prezidentin təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır
Prezident İlham Əliyevin bu gün təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır. -ın məlumatına görə, onlar Baku TV-nin işçiləridir. Telekanalın əməkdaşları - Elçin Əlibəyli (müəllif-aparıcı), Gülnar Muradova (müəllif-aparıcı) və Jalə Ədilova (xəbər aparıcısı) "Tərəqqi"
17:14 122 Sakinləri dəhşətə gətirən nəhəng çöl donuzu saxlanıldı
Trabzonun Araklı rayonunda vaxtaşırı yaşayış məntəqələrinə qədər enərək məhəllə sakinlərini təşvişə salan və "Yaragar Canavarı" adlandırılan nəhəng çöl donuzu ovlanıb. Heyvanın çəkisi 250-300 kiloqramdır. Bunu saytı Türkiyə mediasına istinadən bildirib. Ovçular sakinləri narahat edən heyvan
12:20 327 Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar
Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi
04.11.2026 361 Polad Həşimovun anasının vəziyyəti açıqlandı
Səhhətində problemlər yarandığına görə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, S.Həşimova oktyabrın 27-də saat 10:00 radələrində Mərkəzi
11:22 289 Nigar Fərhadın həyat yoldaşı yenidən həbs olundu
Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan "AİD Group" xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. APA-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qəra
15:02 245